2019-cu il fevralın 24-ü saat 09:30-da Xəzər Universitetinin şəhər mərkəzində (B.Səfəroğlu küç. 122) yerləşən korpusundakı Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində İqtisadiyyat və menecment fakültəsi və Milli Mühasiblər Forumunun əməkdaşlığı ilə növbəti seminar keçiriləcək. Mühasibat uçotu sahəsində təhsil alan və çalışan şəxslərin maarifləndirilməsi məqsədilə keçirilən seminar “Azərbaycan Respublikası Vergi Məcəlləsinə son düzəlişlərdən yaranan sualların (sənədsiz malların mədaxili, mənfəət və gəlirlər üzrə cari vergi ödəmələri və s.) cavablandırılması və idxal-ixrac üzrə bank hesablaşmalarında baş verən problemlərin həlli” mövzusunda olacaq.
100-dən çox şirkətin mühasiblərinin iştirak etməsi planlaşdırılan seminarın tələbə və müəllimlər üçün səmərəli müzakirə və fikir mübadiləsinə səbəb olacağı gözlənilir. Ətraflı məlumat və qeydiyyat üçün Dr. Ceyhun Məmmədovla (jmammadov@khazar.org) əlaqə saxlanılması xahiş olunur.
Maraqlanan hər kəs iştirak edə bilər.