2018-ci il oktyabrın 16-dan 18-dək Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə universitetinin “Neftçilər” kampusunda Tartu Universitetinin Yohan Skytte Siyasi Araşdırmalar İnstitutunun Avropa Tədqiqatları üzrə elmi araşdırmaçısı Dr. Stefano Braghiroli 3 gün ərzində müxtəlif mövzularda mühazirələr keçirəcək.
“Ümumi xarici və təhlükəsizlik siyasəti və Aİ-NATO münasibətləri” adlı 1-ci mühazirə oktyabrın 16-sı saat 14:00-da konfrans zalında (otaq 102N); “Aİ-Rusiya münasibətləri” adlı 2-ci mühazirə oktyabrın 17-si saat 11:00-da (otaq 506); “Avropa Qonşuluq Siyasəti və Şərq tərəfdaşlığı”adlı 3-cü mühazirə oktyabrın 18-i saat 11:00-da konfrans zalında (otaq 102N) keçiriləcək.
Maraqlanan hər kəs tədbirdə iştirak edə bilər.