2018-ci il oktyabrın 5-də Xəzər Universiteti Erasmus+ PAWER layihəsi çərçivəsində bir günlük regional konfrans təşkil edəcək. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Gürcüstanın İlia Cavcavadze adına Dövlət Universiteti, Akaki Tsereteli Dövlət Universiteti, Batumi Dövlət Universiteti və Gürcüstan Respublikasının Təhsil, Elm, İdman və Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir layihədə həyata keçirilmiş işlərin geniş ictimaiyyətə çatdırılması məqsədini daşıyır.