2018-ci il iyunun 29-u və 30-da Xəzər Universitetində “Təlim nəticələrinə əsaslanan inteqrativ dərs materiallarının hazırlanması” adlı təlim (seminar və vorkşop) keçiriləcək. Təlimçilər Prof. Dr. Buket Akkoyunlu (Çankaya Universiteti/Türkiyə), dosent Elza Səmədova (Xəzər Universiteti/Azərbaycan) olacaqlar.
Təlimdə iştirak etmək istəyənlərin mayın 30-na qədər https://doodle.com/poll/9a6rzxgsbndz3b79 ünvanında qeydiyyatdan keçməsi xahiş olunur.