2017-ci il dekabrın 14-ü saat 14:00-da Xəzər Universitetində seminar-konfrans keçiriləcək. Dəvət edilmiş məruzəçi Dr. Mehrdad Cəlaliyən Hüsseini “Elmi yazı və biotibbi tədqiqatların dərc edilməsi və etikası haqqında ümumi məlumat” mövzusunda məruzə edəcək. Dr.Mehrdad Cəlaliyən Hüsseini Elektron Həkim Jurnalının (PubMed İndeksləşmiş) baş redaktoru və Mehr Nəşriyyatının təsisçisidir. O, bir sıra ölkələrdə çoxsaylı seminarlar və vorkşop təlimləri keçirmiş, həmçinin, tibbi konfranslarda dəvətli məruzəçi kimi çıxış etmişdir. Onun təcrübə sahələri etika, elmi yazı və elmi tədqiqatlardan nəşrlərin maksimum artırılmasıdır.
Seminar-konfrans iki hissədən və çay fasiləsindən ibarət olacaq.
Seminar Xəzər Universitetinin “Neftçilər” kampusunun konfrans zalında (otaq 102N) keçiriləcək.
Maraqlanan hər kəs dəvətlidir. PhD və magistr tələbələrin seminara qatılmağı və iştirakı ciddi şəkildə təşviq olunur.