2017-ci il aprelin 14-ü və 15-də saat 09:00-dan 17:00-a qədər Xəzər Universitetinin və Estoniyanın OÜ Lingatore təşkilatının birgə əməkdaşlığı ilə məşhur “English Language Portfolio” proqramı əsasında “Xarici dil dərslərində interaktiv təlim metodları” adlı iki günlük seminar təşkil olunacaq. Seminar universitetin “Neftçilər” korpusunda keçiriləcək.
Seminar ali və orta məktəblərdə dərs deyən ingilis dili müəllimləri və xarici dil dərslərinin tədrisi ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulur. Seminarda praktik nümunələr və rollu oyunlar əsasında müəllimlərə konkret, praktik fəal tədris metodlarının tətbiq edilməsi yolları, müxtəlif mövzulara və həmçinin, yaş həddinə uyğunlaşdırılmış fəal tədris metodları və digər metodlar öyrədiləcək.
Seminarda iştirak ödənişsizdir.
İştirak etmək istəyənlərin 2017-ci il martın 31-nə qədər qeydiyyat üçün müraciət etməsi xahiş olunur: Ülkər Bayramova (Xəzər Universiteti İnkişaf Mərkəzinin əməkdaşı), E-mail: ubayramova@khazar.org, Telefon: (+ 99412) 421 10 93 (249 daxili).