2017-ci il mayın 13-də Xəzər Universitetinin “Dünya” konsert zalında (Ünvan: B.Səfəroğlu küç. 122) “TEDxKhazarUniversity” adlı tədbir keçiriləcək.
Məlumat üçün bildirək ki, TED-dən xüsusi lisenziya almaqla, bu tədbirin təşkilatçılarından biri olmaq olar.
Qeyd edək ki, TEDx tədbiri artıq Azərbaycanda bir neçə dəfə keçirilmişdir. Ötən ilin sonlarında Xəzər Universiteti həmin lisenziyanı almış və növbəti keçiriləcək tədbirin hazırlıqlarına başlamışdır.
TEDxKhazarUniversity tədbirində məruzəçi kimi çıxış etmək istəyənlər qısa tərcümeyi-hallarını və məruzələrinin qısa təsvirini 2017-ci il fevralın 15-nə qədər education@khazar.orgemail ünvanına göndərə bilərlər. Məruzələr maksimum 18 dəqiqəlik və TED formatına uyğun olamalıdır. Formatla youtube.com saytında TED kanalı vasitəsi ilə tanış olmaq olar.
Məruzəçilərin seçimi haqqında qərar fevralın sonuna qədər veriləcək və müraciət edənlərlə əlaqə saxlanılacaqdır.
Tədbirdə tamaşaçı olaraq iştirak etmək istəyənlər üçün biletlər 2017-ci il martın15-dən etibarən Xəzər Universitetinin girişində satılacaq. Biletin qiyməti 5 AZN-dir.
Tədbir haqqında əlavə məlumat almaq üçün müraciət etmək olar: E-mail: education@khazar.org;Facebook:Tedxkhazaruniversity;XəzərUniversiteti “Neftçilər” kampusu (otaq 303).