Xəzər Universiteti Həyat elmləri departamentinin dissertantları Dr. Rouhallah Moradpour və Mahshid Damandanın həmmüəllifi olduğu “Ərdəbil əyalətində yeni doğulmuş uşaqlar arasında alfa-talassemiyanın yayılması və molekulyar səciyyələndirilməsi” adlı məqalə “Elektron həkim” Beynəlxalq elmi jurnalında dərc edildi.
Bu sahələr arası araşdırmasında, Ərdəbil əyalətindəki uşaq bölməsində 2016-cı ilin apreldən 2018-ci ilin martınadək yeni doğulmuş min körpənin alfa talassemiya müayinəsi üçün müraciət edilmişdir. Müayinə altında olan yeni doğulmuşlarda α-talassemiyanın yayılması Ərdəbil vilayətində 3,3% təşkil etmişdir. Ən çox görülən mutasiya, α-talassemiyası olan yeni doğulmuş uşaqların 42.4% -də (14 hal) aşkar edilmiş 3,7 vahid gen delesiyası olmuşdur. Nəticələr Ərdəbil əyalətində α-talassemiyanın yayılmasının ölkə üzrə orta nisbətdən daha aşağı olduğunu və ən çox yayılmış mutasiyanın İranın digər ərazilərindəki kimi –α3.7/ααmutasiyası olmasını göstərmişdir.
Məqaləni bu link vasitəsilə oxumaq olar: