Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müəllimi, siyasi elmlər doktoru Prof. Vəsilə Hacıyevanın “The Dilemma of Monopoly and Democracy in Azerbaijani Party Politics” (“Azərbaycan partiya siyasətində monopoliya və demokratiya dilemması”) mövzusunda məqaləsi “Demokratizatsiya: The Journal of Post-Soviet Democratization” - da dərc edilmişdir (2024-cü il, cild 32, sayı 3),
Məqalədə Azərbaycanda siyasi partiyaların daxili quruluşu və partiya sisteminin demokratiyaya təsiri təhlil edilir. Araşdırmada həm iqtidar, həm də müxalifət partiyalarının daxili idarəçiliyi və demokratik dəyişikliyə töhfə vermək potensialı qiymətləndirilir. Məqalənin nəticəsinə görə, Azərbaycanda konstitusional səviyyədə demokratik dəyişikliklərə nail olmaq üçün əvvəlcə partiya sistemində islahatlar aparılmalıdır.
Qeyd edək ki, “Demokratizatsiya: The Journal of Post-Soviet Democratization” jurnalı Scopus elmmetrik bazasına daxildir.
Məqaləyə keçid: https://muse.jhu.edu/pub/280/article/953961