Xəzər Universitetinin İctimai Əlaqələr və Media Qurumu (İƏMQ) 2008-ci ilin mart ayında yaradılmışdır. Əsas məqsədi Xəzər Universitetinin daxilindəki bütün qurumlarla, ölkə ictimaiyyəti və media qurumları ilə əlaqə yaratmaq, yerli və xarici şirkətlərlə təmasda olmaq, məlumatlar əldə etmək və universitetin adını yüksəltmək üçün geniış fəaliyyət göstərməkdir.
İƏMQ – Universitetin akademik qurumlarının təşkil etdiyi konfrans, simpozium və digər elmi kütləvi tədbirlərin təşkili və keçirilməsində köməklik göstərir.
1. Akademik tədbirlərin keçirilməsinə yardım etmək;
2. Təşkilati işlərin mahiyyətinə uygun olaraq lazımı şəxslər və qurumlarla əlaqə yaratmaq;
3. Kütləvi tədbirlər haqqında məlumatları mətbuata çatdırmaq;
1. Tələbələr və onların ailələri ilə bağlı ictimai anket sorğularının keçirilməsi;
2. Universiteti ziyarət edən valideynlərlə görüşmək və universitet ilə əlaqədar onları məlumatlandırmaq;
3. Universitetdə təhsil alan əcnəbi tələbələrlə əlaqə yaratmaq və onlara problemlərində köməklik göstərmək;
4. Tələbə klublarının (Tələbə Məclisinin) tədbirlərində yaxından iştirak etmək;
1. Simpozium, konfrans və digər elmi-kütləvi tədbirlərin, sərgi, konsert və digər fəaliyyətlərin mətbuatda işıqlandırılması;
1. Xəzər universitetsini bitirmiş məzunları müəyyənləşdirmək və onlarla iş birliyində yardımçı olmaq;
a. Qurum tərəfindən xüsusi blankların məzun olacaq tələbələr tərəfindən doldurulması (Məzun Məlumat Bankının–MMB-nin yaradılması)
b. Xəzər Universitetinin məzun olan tələbələrin yaratdıqları ictimai qurumlarla əlaqə saxlamaq;
c. Məzunlara Universitet haqqında mütəmadi olaraq məlumatlar çatdırmaq;
1. Universitet ilə əlaqədar ölkə daxilində və xaricində geniş fəaliyyət göstərmək;
2. Media mənsubları ilə əlaqə yaratmaq;
3. Universitet rəhbərliyinin məsləhətinə uygun olaraq professor-müəllim heyətinin, tələbələrin Radio – Televiziya və KİV-də fəal iştiraklarına yardımçı olmaq;
4. Rado-Televiziya və KİV-də Universitet ilə əlaqədar mühüm xəbərlərin yer almasına çalışmaq;
5. Universitet ilə əlaqədar büllitenlərin hazırlanması;
6. Mətbuatda dərc edilən yazılı məlumatların toplanması və Xəzər Universitetinin Mətbuat Arxivinin (MA) yaradılması;
7. Mətbuatda dərc edilən məlumatlar əsasında ildə bir dəfə “Xəzər Universiteti Mediada” kitabını buraxmaq;
8. Universitetin tanıtımı üçün video çəkilişlərində yaxından köməklik göstərmək;
1. Orta məktəbi, liseyi bitirmiş hər bir şagird Xəzər Universitetinin əsas hədəfi olmalıdır;
2. Orta məktəbi, Liseni bitirəcək şagirdlərlə, onlara və ailələrinə ən çox təsir edə biləcək şəxslərin görüşlərini təşkil etmək;
3. Orta məktəb və liselərin şagirdlərinə Universitetin bütün fakültələri haqqında geniş məlumatların çatdırılması;
4. Respublikada və ondan kanar ölkələrdə Universitetin tanıtılmasında yaxından iştirak etmək;
5. Xəzər Universitetinin tanıtımı ilə əlaqədar broşür, CD, afişalar, video filmlər və digər materialların hazırlanması və təbliğatı;
6. Universitetə daxil olmaq arzusunda olan orta məktəb, Lisey şagirdlərini universitet ilə yaxından tanış etmək üçün “Açıq Qapı” günlərini təşkil etmək;
7. Universitetyə qeydiyyat zamanı tələbələrlə və onların valideynləri ilə görüşmək;
8. Universitetin açılışında (hər il sentyabr ayında) universitetin həyətində valideynlərlə kütləvi şəkildə görüşmək və universitetin əsas məramını onlara çatdırmaq;
1. Yerli və beynəlxalq gənclər təşkilatları ilə yaxından əlaqə yaratmaq;
2. Sponsorların dəstəyi ilə bayram və yubiley proqramları hazırlamaq;
1. Bələdiyyələrlə və digər idarəetmə orqanları ilə əlaqə yaratmaq, Xəzər Universitetinin fəaliyyəti ilə onları məlumatlandırmaq;
2. Turizm, bank, sığorta və mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlarla Xəzər Universitetinin birgə tədbirlərini təşkil etmək.