
1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.2001-ci ildə Zəngi liseyinin biokimya sinfini bitirmişdir və sonralar təhsilini davam etdirmək üçün Amerikaya getmişdir.Amerikanın Los Anceles şəhərində Santa Monika kolleində və Türkiyənin İstanbul şəhərində Boğaziçi Universitetində Psixologiya üzrə bakalavr təhsili almışdır.2008- ci ildə Böyük Britaniyanın York Universitetində Koqnitiv Neyropsixologiya üzrə magistr dərəcəsini almışdır.
O vaxtdan etibarən , Ülkər İsayeva Xəzər Universitəsində çalışmış, Azərbaycanda ilk Psixoloji Məsləhət və Psixoterapiya mərkəzlərindən birini yaratmışdır. Hal –hazırda o, Xəzər Universitetinin İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışır və həmçinin Psixologiya departamentinin müəllimidir.
Ülkər İsayeva xarici ölkələrdə keçirilən bir çox treyninqlərin və konfransların daimi iştirakçısıdır. ASAİF (Xaricdə Təhsil Alan və Məzun olmuş Tələbələrin Forumu) və ASAAP (Azərbaycan Sosial Dəstək və Maarifləndirmə Proqramı) təşkilatlarının həmtəsisçisidir.
Ülkər İsayeva , həmçinin , Amerika Psixologiya Assosiasiyasının üzvüdür.