Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
Çap edin
Siyasi elmlər və FəlsəfəHaqqımızdaİşçi heyətiFənlər və tədris proqramlarıTədris planıKurikulumNəşrlərKhazar TalksKhazar University ForumConferenceJean Monnet ModuleSəfir görüşüQonaq mühazirəçilərQonaq tədqiqatçılarTempus proqramıXəbərlərBizimlə əlaqə

Əsas səhifə



Siyasi elm və beynəlxalq münasibətlər departamenti



İxtisasların mahiyyəti

 

050208 – Politologiya ixtisası (bakalavriat səviyyəsində)

Politologiya ixtisası yerli və qlobal səviyyədə siyasi fəaliyyəti araşdırır. Bu ixtisası seçən hər bir tələbəmiz hakimiyyət və onun bölgüsü, siyasi sistemlər, cəmiyyət və dövlət, siyasi rejimlər, demokratiya anlayışı, siyasi mədəniyyət və siyasi ideologiya, beynəlxalq müna­si­bət­lər və xarici siyasət problemləri barəsində dərin biliklərə yiyələnə bilər. Eyni zamanda, bu ixtisas üzrə təhsil alaraq siz bəşəriyyətin qlobal problemləri və onların mümkün həlli yollarını, dünyanın müasir siyasi xəritəsinin formalaşma mərhələlərini və Azərbaycan Respublikasının müasir dünyanın iqtisadi və siyasi sistemində özünəməxsus yerini müəyyən etmək üçün bilik və bacarıqlara sahib ola bilərsiniz.

 

050213 – Beynəlxalq münasibətlər

Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alan bakalavr tələbəmiz bəşəriyyətin qlobal problemləri və onların həlli yollarını, dünyanın müasir siyasi xəritəsinin formalaşma mərhələlərini, Azərbaycan Respublikasın müasir dünyanın iqtisadi və siyasi sistemində yerini müəyyən etməyi öyrənir. Eyni zamanda, müasir inteqrasiya proseslərinin formalaşma şəraitini, inteqrasiya proseslərinin nəzəri və praktik aspektlərini təhlil etməyi, Azərbaycan Respublikasının bu qloballaşma prosesində iştirakını təhlil etməyi öyrənir.

 

050211 – Regionşünaslıq (Avropa)

Regionşünaslıq üzrə təhsil imkanı tələbəyə ixtisas regionundakı beynəlxalq münasibətlərin tarixini, sistemini yaradan konfransları və müqavilələri, beynəlxalq münasibətlərin təzahürləri, böhran və problemləri, müasir dövrdə bu münasibətlərin dünya diplomatiyasında səciyyəsini öyrənmək imkanı verir. Eyni zamanda, ixtisas regionunun ədəbiyyatını, siyasi sistemlərini, dövlətlərinin quruluşu və hakimiyyət orqanlarını, ixtisas regionunun tarixi, onun dövrləri, ümumdünya tarixində yerini, region ölkələrinin dünya iqtisadiyyatında ixtisaslaşdığı sahələri və dünya iqtisadi inkişafına təsir imkanlarını bilməyə şərait yaradır.

 

Niyə biz?

Politologiya ixtisası üzrə fənlər Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər departamenti tərəfindən əsasən ingilis dilində tədris olunur. Sağlam və şəffaf akademik təməllərə söykənən və tələbələrə dünya standartlarına yaxın təhsil verməyi hədəfləyən kafedramız əsasən xaricdə ixtisaslaşmış və uzunmüddətli təlim təcrübəsinə malik müəllim heyətindən ibarətdir. Qeyd olunmalıdır ki, universitetimizdə tətbiq olunan kredit sistemi və xaricdə tanınan diplomumuz gələcəkdə qabaqcıl dünya universitetlərində də təhsilini davam etmək istəyən hər bir məzunumuza geniş fürsətlər yaradır.

 

Təcrübə imkanları

Departamentimiz gəncləri sadəcə nəzəri biliklərə yiyələndirməklə kifayətlənmir. Universitetdə qazanılan nəzəri bilikləri praktiki təcrübəyə çevirməsini asanlaşdırmaq məqsədilə 2015-ci ildən etibarən məcburi təcrübə proqramlarımız təklif olunur. Müxtəlif qurumlarla imzalanmış çoxsaylı ikitərəfli müqavilələrimiz tələbələrimizə professional sahədə praktik biliklərə yiyələnmək imkanı verir.

 

Məzunlarımız harada işləyə bilər?

Politologiya ixtisasımız tələbələrimizdə araşdırma bacarıqları və analitik düşüncə inkişafı üçün imkanlar açmaqla bərabər məzun olduqdan sonra dövlət və özəl sektorda, müxtəlif beynəlxalq şirkətlərdə və dövlət qurumlarında peşəkar həyata başlamaq imkanı yaradır. Eyni zamanda, politologiya ixtisası üzrə təhsil tələbələrə müxtəlif universitetlərdə, media qurumlarında, beynəlxalq təşkilatlar və onların regional ofislərində, digər dövlət və özəl qurumlarda iş imkanları yaradır.

 

Dərsdənkənar fəaliyyət və tədbirlər

Departamentimizdə fəaliyyət göstərən müxtəlif klub və mərkəzlər tələbələrimizə bənzərsiz imkanları qazandırmağa xidmət edir. Politologiya ixtisası üzrə təhsil olan hər bir tələbəmiz Avropa Birliyinin Erasmus+ proqramının dəstəyi ilə “Jean Monnet” Avropa Seminarlar Silsiləsi çərçivəsində mütəmadi təşkil olunan tədbirlərdə iştirak edə bilir. Tələbələrimizin universitet həyatını daha da maraqlı etmək üçün ara-sıra müxtəlif məşğələlər, simulyasiyalar, və təlim ekskursiyaları, o cümlədən səfirlərlə və xarici ekspertlərlə görüşlər mütəmadi olaraq keçirilir. Yerli ekspertlərin və xarici qonaqların iştirakı ilə Azərbaycanın xarici siyasəti, beynəlxalq munasibətlər və dünyada baş verən cari siyasi prosesləri müzakirə etmək üçün seminarlar təşkil edilir.

 

Xarici universitetlərlə əməkdaşlıq və mübadilə imkanları 

İxtisaslarımız üzrə təhsil alan və həm də beynəlxalq təcrübə qazanmaq istəyən tələbələrimiz Erasmus+ və Mevlana proqramları, o cümlədən müxtəlif universitetlərlə imzanlanmış ikitərəfli mübadilə müqavilələrimizdən yararlanaraq, qabaqcıl Avropa və Türkiyə universitetlətində bir və ya iki semestrlik müddətdə tələbə mübadiləsi çərçivəsində vaxt itirmədən təhsil ala bilər.


PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026