Xəzər Universitəsində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Bakalavr pilləsində keçid balı 60, orta qiymət (G.P.A.) 70, magistr pilləsində keçid balı 65, orta qiymət 75, Ph.D pilləsində keçid balı 70, orta qiymət isə 80 müəyyənləşdirilib. Keçid balından aşağı ballar üçün kredit verilmir.
Hər hansı bir ixtisas üzrə bakalavr dərəcəsi almaq üçün tələbənin ümumi fənlərdən orta qiyməti (G.P.A.) və ixtisas fənləri üzrə orta qiyməti (G.P.A.) 70-dən aşağı olmamalıdır. Orta qiymət (G.P.A.) aşağıdakı kimi hesablanır:
Tələbənin müvəffəqiyyətlə imtahan verdiyi hər hansı bir fənn üzrə aldığı qiyməti həmin fənnin kreditinə vurub, bu cür hasillərin cəmini kreditlərin cəminə bölmək lazımdır.
Nümunə:
Tələbə imtahanlardan aşağıdakı balları almışdır:
Riyaziyyat (4 kredit) -- 82
İngilis dili (3 kredit) -- 95
Deməli,
G. P. A. = (4 × 82 + 3 × 95) : 7 = 87.5 ≈ 88
(G.P.A. həmişə yuvarlaqlaşdırılmış tam ədədlə ifadə olunur.)
Tələbələr semestr ərzində akademik göstəricilərinə görə qiymətləndirilirlər. Qiymətləndirmədə davamiyyət, dərsdə fəal iştirak etmə, fərdi və ya qrup işləri, diskussiyalar və prezentasiyalar, laboratoriya işləri, yazı işləri, praktiki və şifahi imtahanlar, tezis və dissertasiyalar və s. nəzərə alına bilər.
Əgər tələbə fəndən kəsilirsə o, fənnin ekvivalentini və ya özünü yenidən oxumalı və imtahan verməlidir.
57-59 arası bal toplayan tələbə yenidən imtahan verərək qiymətin artıra bilər. Lakin bunun üçün o müəyyən ödəniş etməlidir.
İmtahan və qiymətləndirmə qaydaları barədə daha ətraflı məlumat üçün Xəzər Universitetinin "İmtahan qaydalar"-a və “Tələbələr üçün yaddaş kitabçası”na baxa bilərsiniz.