Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. AKADEMİK
  3. Akademik Departamentlər
  4. Tarix və Arxeologiya
  5. Xəbərlər
Çap edin
Tarix və ArxeologiyaBeynəlxalq Konfrans: Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətinin Əsirlərə Yardımları)İşçi heyətiTarixiElmi-TədqiqatProqram təlim nəticələriFənlərSillabuslarAzərbaycan Arxeologiyası jurnalıAkademik gülüş və ya imtahan zarafatlarıXəbərlərƏlaqə

Xəbərlər

Tarix və arxeologiya departamenti müdirinin “Şərq” qəzetinə şərhi

Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu 2024-cü il  noyabrın 6-da t “Şərq” qəzetində Ermənistanla Azərbaycan arasında yaxınlarda imzalanması ehtimal edilən  sülh sazışınin müxtəlif istiqamətlərini şərh etmişdir.

https://sherg.az/siyaset/279249 


Departament müdirinin Türkic World`a müsahibəsi

2024-cü il noyabrın 6-da Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu  nüfuzlu media qurumlarından olan Türkic World`a verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən növbəti liderlər zirvəsi və Türk dövlətlərinin dərinləşən inteqrasiya prosesini şərh etmişdir. Departament müdiri TDT-nin son illərdə dəyişən qlobal geosiyasi və iqtisadi münasibətlər müstəvisində əhəmiyyətini daha da artırdığını və burada da Qarabağ zəfəri sonrasında Azərbaycanın strateji güclənməsinin əhəmmiyətli olduğunu nəzərə çatdırmışdır.

https://turkic.world/az/articles/politics/298060


Tarix və arxeologiya departamentinin müdiri beynəlxalq  konfransda

2024-cü il oktyabrın 3-də Naxçıvanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə “Naxçıvan Müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Türkiyə,  Macarıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan alim və mütəxəssislər  iştirak etmişlər.


 Azərbaycan Prezidenti İ.Əliyevin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad  Nəcəfli və BMTM İdarə heyətinin sədri Fərid Şəfiyev açılış nitqi söyləmiş, məruzələr dinlənilmişdir. Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu da "İqlim böhranları şəraitində İpəkyolu coğrafiyasının təhlükəsizlik və sabitliyinin qorunmasında Türk dövlətlərinin rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

Dosent Telman Nüsrətoğlunun Azərbaycan televiziya kanallarında çıxışı

Xəzər Universiteti Tarix və arxeologiya depatamentinin müdiri dosent Telman Nüsrətoğlu 19, 20 sentyabr tarixlərində arb24 və bakutv- nin canlı yayım qonağı olmuş, bir il  əvvəl Azərbaycan ordusunun ölkə suverenliyinin bərpası üçün həyata keçirdiyi antiterror əməliyyatının nəticələri və regionda baş verənlərlə bağlı fikirlərini tamaşaçılarla bölüşmüşdür


Dosent Telman Nüsrətoğlunun Azərbaycan televiziya kanallarında çıxışı

Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu  sentyabrın 10-11-də  Baku tv və Arb24 televizyalarında İran- Ermənistan və  Azərbaycan- Ermənistan münasibətləri ilə bağlı geniş  şərhlə  çıxış etmişdir.


Departament müdiri “Peşəkar Mübahisə” verilişində

Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu 2024-cü il qvqustun 26-da arb24 telekanalında yayımlanan “Peşəkar Mübahisə” verilişinə qonaq olmuş, Türkiyə-Azərbaycan və Türkiyə-Ermənistan münasibətlərinin hazırkı durumunu   geniş şəkildə şərh etmişdir.


Departament müdiri Türkiyənin nüfuzlu televiziya kanallarında çıxış etmişdir

Xəzər Universiteti Tarix və arxeologiya departmentinin müdiri Dos. Telman Nusrətoğlu 2024-cü il 19 avqustun 19-da Türkiyənin nüfuzlu Habertürk, CNNTürk televiziyalarının  canlı yayın proqramlarına qonaq olmuş, tarixdən günümüzə  Rusiya-Azərbaycan münasibətlərinin dəyişən xarakteri, Rusiya prezidenti Vladimir Putinin Bakıya  səfəri zamanı müzakirə edilən mövzular və bölgədə baş verən hadisələrlə bağlı geniş təhlillə çıxış etmişdir.


Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu Zirvə görüşünün nəticələrini şərh edib

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu 7 iyul tarixində Azərbaycan Dövlət Televiziyası (AZTV), Arb24, Azərbaycan Dövlət Radiosu və Türkiyənin CNN Türk televiziya kanallarının canlı yayımlarına qonaq olmuş, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən Zirvə görüşünün nəticələrini tamaşaçılar üçün şərh etmişdir.


Dos. Telman Nüsrətoğlu Azərbaycan telekanallarında

Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu 2024-cü il  iyunun 27-də  Baku tv və Arb24 telekanallarında  canlı yayımlarda  qonaq olmuş, Ermənistan- Türkiyə , Ermənistan - Rusiya münasibətlərinin müxtəlif istiqamətlərilə bağlı  fikir və mülahizələrini tamaşaçılarla bölüşmüşdür


Tarix və arxeologiya departamentinin müdiri  "Şərg” qəzetinə müsahibə verib

Departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu 2024-cü il iyunun 24-də  "Şərg” qəzetinə TDT- nin ( Türk Dövlətlər Təşkilatı) hərbi- təhlükəsizlik sahəsində əməkdaşlığıyla  bağlı geniş müsahibə verib.Tarixçi alim  dünyada geosiyasi mübarizələrin dərinləşdiyi hazırkı dövrdə Türk dünyasının vahid  təhlükəsizlik sisteminin yaradılmasının vacibliyini önəmli hal kimi dəyərləndirib. Deyib ki,  İpək yolunda təhlükəsizliyin  qorunması üçün TDT-nin müştərək müdaxilə gücünü artırmaq zamanın tələbidir.


Tarix və arxeologiya departamentinin müdiri  Arb 24 telekanalında

Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu 2024-cü il  iyunun 23-də Arb 24 telekanalında  Gündəm proqramında  Cənubi Qafqaz regionunda baş verən proseslərlə  bağlı geniş təhlillər aparıb.


Tarix və arxeologiya departamentinin müdiri  Qərbi Azərbaycan Televiziya kanalında    

2024-cü il iyunun 12-də Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu Qərbi Azərbaycan Televiziya kanalında siyasi təhlilçi Zaur Məmmədovun proqramında qonaq olub. Departament müdiri proqramda günümüzdə  mövcud olan   Beynəlxaq vəziyyət və Türk dünyasının   parlaq dəyəri  haqqında fikirl və mülahizələrini ifadə edib.


Tarix və arxeologiya departamentinin  müdiri Arb 24 telekanalında

Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu 24-cü il iyunun  10-da   Arb 24 telekanalında “Gündəm” proqramının qonağı olub. Departament müdiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ankaraya səfərinin təfərruatları,  hər iki qardaş ölkənin, Türk dünyasının təhlükəsizliyi ,  qlobal və regional təsirin artması baxımından  Azərbaycan-Türkiyə müttəfiqliyinin önəmi ilə bağlı fikirlərini tamaşaçılarla bölüşüb.


Dos.Telman Nüsrətoğlu III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında

2024-cü il 24-31 may tarixlərində Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında " Tarixdən  günümüzə Türklərin cahanşümül  yürüşü " panelində Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu İstanbulun Fəthi və Türk Cahan Hakimiyyəti Məfkurəsi mövzusunda məruzə edib.


Dos. Telman Nüsrətoğlunun  Müstəqillik Günü ilə bağlı telekanallarda çıxışları

Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu 2024-cü il mayın 28-də   Türkiyənin TRT Avaz, Azərbaycanın Arb24 və Bakutv telekanallarına Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) quruluş prosesi, Cümhuriyyət dövründə baş verən  əsas hadisələr və Cümhuriyyətin Azərbaycan tarixində rolu ilə  bağlı çıxışlar  edib.


Dos.Telman Nüsrətoğlu " Azərbaycan-Türkiyə Münasibətləri:Türk Dövlətləri Təşkilatı Çərçivəsində" konfransında  

2024-cü il mayın 21-də Türkiyənin  İbn Haldun Universiteti və  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) əməkdaşlığıyla  Bakıda keçirilən “Azərbaycan-Türkiyə Münasibətləri:Türk Dövlətləri Təşkilatı Çərçivəsində" mövzusuna həsr olunan  konfransda Tarix və arxeologiya departamentinin müdiri Dos.Telman Nüsrətoğlu Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Türk Dövlətlərinin dərinləşən   inteqrasiya prosesinə təsiriylə bağlı məruzə  ilə çıxış etmişdir.


Dosent Telman Nüsrətoğlu Türkiyə telekanallarında Azərbaycan-İran münasibətləriylə bağlı çıxış edib.  

Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu 2024-cü il  mayın 19-da  Türkiyənin CNN Türk, TGRT Haber, Tvnet kanallarında İran Prezidenti İbrahim Rəisi və  xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın qəzaya uğrayan helikopteri, Azərbaycan-İran münasibətləri və bölgədə baş verən proseslərlə  bağlı geniş şərhlər  təqdim edib.


Dos.Telman Nüsrətoğlu Azərbaycan telekanallarında

Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu 2024-cü il mayın  14- 15 -də   Baku tv Analitik, Arb 24 Gündəm, CBS Radyonun Xəbərlər  proqramlarında qonaq olaraq, regional və qlobal proseslərlə, həmçinin   Gürcüstan və Ermənistanda baş verən proseslərlə  bağlı mülahizələrini bölüşüb.


Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu Arb24 televizyasında

Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu 2024-cü il   mayın 5-də   Arb 24 televizyasının canlı yayımında  qonaq olmuş , Ermənistanda  daxili siyasi proseslər, Erməni kilsəsinin bu proseslərdə  rolu ilə  bağlı  tamaşaçılarla  fikir və mülahizələrini bölüşmüşdür.


Departament müdiri TGRT Haberə müsahibə verib.

Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu aprelin 25-də Türkiyənin  TGRT Haber kanalının “Xəbərlər” proqramına  Rusiya- Ukrayna müharibəsinin gedişi, Qərblə Rusiya arasında şiddətlənən geosiyasi mübarizənin müxtəlif aspektləri ilə  bağlı geniş müsahibə verib.


Telman Nüsrəroğlu CNN Türkün qonağı olub

Tarix və arxeologiya departamentinin müdiri Dos.Telman Nüsrətoğlu  aprelin 24-də   Türkiyənin nüfuzlu televiziya kanallarından olan  CNN Türkün qonağı olub.  Departament müdiri arxiv sənədləri əsasında  “erməni soyqırımı” iddiaları və tarixi həqiqətlər barədə tamaşaçılara geniş məlumat verərək  Ermənistanda baş verən siyasi prosesləri, həmçinin Nikol  Paşinyanın 1915-ci il hadisələri və Türkiyəylə münasibətlərin normallaşdırılmasına dair mövqeyini, eləcə də  Ermənistan daxilində mövzu ətrafında gedən müzakirələri şərh edib.


Türkiyənin Dicle Universiteti Xəzər Universitetində

2024-cü il aprelin 17-də Türkiyənin Dicle Universitetinin rektoru  Prof. Dr. Mehmet Karakoç və Xarici Dillər Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Cihad Gündüz Xəzər Universitetində rəsmi səfərdə olublar. Xəzər Universitetinin  Tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev və  İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli qonaqlara   universitetin tarixi və fəaliyyəti  barədə  məlumat veriblər. Daha sonra Dicle Universitetinin rektoru  Prof. Dr. Mehmet Karakoç  təmsil etdiyi universitetin  fəaliyyəti haqqında danışıb. Tədbirdə Xəzər Universitetinin  Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu, departamentin müəllimi  Dr. Söhrab Mustafayev,  Beynəlxalq əlaqələr ofisinin koordinatoru Turan Əlizadə, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Aygün Verdiyeva  da iştirak ediblər.

Görüşün sonunda universitetlər arasında memorandum imzalanıb və hədiyyələr təqdim olunub.


Dos. Telman Nüsrətoğlu Türkiyə və Azərbaycan telekanallarında

Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu aprelin 19-da və 20-də  Aztv Hədəf, Arb24 Gündəm,Bakutv Analitika verilişlərində qonaq olaraq   Qazax rayonunun işğal altındakı kəndlərinin Azərbaycana  qaytarılmasına  dair Ermənistanla Azərbaycan arasındakı razılaşmanı, ehtimal edilən sülh sazişini  və regionda baş verən digər prosesləri geniş şəkildə şərh edib.


Dos. Telman Nüsrətoğlu Türkiyə telekanallarında

2024-cü il aprelin 16-da Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu yaradılacaq Türkiyə- Azərbaycan Universitetinin quruluş prosesi və elm-təhsil sahəsində iki qardaş ölkə arasındakı dərinləşən münasibətlərlə bağlı TRT Haber və TRT Avaz telekanallarına  müsahibələr vermişdir.


Dos. Telman Nüsrətoğlu Türkiyə və Azərbaycan telekanallarında

2024-cü il aprelin 17-də Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu   Türkiyənin CNN Türk,  Azərbaycanın Arb24 telekanallaında Rusiya  sülhməramlı qüvvələrinin Qarabağdan tamamilə  çıxarılmasının tarixi əhəmiyyəti və   Ermənistan- Qərb, Ermənistan- Rusiya münasibətlərinin müxtəlif aspektləri ilə  bağlı geniş şərhlər vermişdir.


Dos. Telman Nüsrətoğlu Azərbaycan telekanallarında

Tarix və arxeologiya departamentinin müdiri  Dos. Telman Nüsrətoğlu 5- 7 aprel tarixlərində Arb 24 və Baku tv-nin canlı yayımlarında iştirak edərək  Ermənistan- Qərb münasibətlərini şərh edib,  eləcə də  bu mövzu ilə bağlı “Şərq” qəzetinə, həmçinin  “Bayraqdar media”ya müsahibələr verib.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025