Rasoul Moradi - Adjunct Researcher
Kimya mühəndisliyi üzrə fəlsəfə doktoru (University of Tehran, Iran)
Kimya mühəndisliyi üzrə magistr (Sharif University of Technology, Iran)
Kimya mühəndisliyi xammalı sadəcə qida, su və geyim kimi faydalı məhsullara deyil, həmçinin neft, əczaçılıq, kosmetika, biotexnologiya, elektron materiallar, nüvə sənayesi materialları, polimerlər, kompozitlər və örtüklərə çevrilməsində həlledici rol oynayan bir sahədir. Bundan əlavə kimya mühəndisləri mütəmadi olaraq nanotexnologiya, biotexnologiya və ətraf mühitin qorunması kimi müasir problemlərlə qarşılaşırlar.
Xəzər Universitetinin Kimya Mühəndisliyi Departamenti sənaye və elmi tədqiqat, kəşf və təkmilləşdirmə, zavodların layihələndirilməsi və istismarı həmçinin idarə edilməsi üzrə kadrların hazırlanması üçün kimya mühəndisliyində bakalavr, magistr və doktorantura pillələri üzrə ali təhsil təklif edir.
Bizim departament tələbələri təşviqedici tədris və tədqiqat mühiti ilə təmin edərək, çoxtərəfli baxış və tədris/təlim üslublarına məruz qoyaraq, onları gündəlik və çoxistiqamətli problemləri həll etmək üçün komandada işləməyə hazırlayaraq potensiallarının tam inkişaf etdirilməsi üçün çalışır.
Kimya - maddənin tərkibini, quruluşunu, xassələrini və çevrilməsini tədqiq edən təbiət elmidir. Kimya çox geniş bir elm sahəsi olduğundan, onun təsirini cəmiyyətimizin və gündəlik həyatımızın bütün sahələrində görmək mümkündür. Kimya ekoliji proseslərdə, farmakalogiyanin inkişafinda, qida sənayesində, digər təbiət elmlərində, müasir aqrotexnikada, həmçinin nanotexnalogiya və nanotibb sahələrində mühim yer tutur. Xəzər Universitetinin Kimya departamenti, Kimya Mühəndisliyi və Təhsil departamentlərinin tələbələri üçün kimya üzrə müxtəlif dərslər təşkil edir. Departamentimizin əsas məqsədi gələcəyə kreativ ve yüksək savadlı müəllim kadrları, akademiklər eləcə də ölkəmizin durmadan inkişaf edən sənaye sahələri üçün kimya mühəndisləri yetişdirməkdir.