Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. AKADEMİK
  3. Akademik Departamentlər
  4. Baytarlıq təbabəti
Çap edin
Baytarlıq təbabətiİşçi heyətiProqramlarSillabuslar

Baytarlıq təbabəti

Baytarlıq Təbabəti departamenti

2020-ci ildən etibarən  Təbiət elmləri və Mühəndislik fakültəsinin Həyat elmləri departamenti nəzdində Baytarlıq təbabəti ixtisası açılmış, 2024-cü ilin noyabr ayından həmin fakültənin nəzdində Baytarlıq təbabəti departamenti fəaliyyətə başlamışdır. Baytarlıq Təbabəti departamenti 20.06.2025-ci il tarixindən  etibarən Hasvet Baytarlıq Təbabəti fakültəsinin nəzdində fəaliyyətini davam etdirir.

Baytarlıq təbabəti departamenti müasir elmi yanaşmalar və praktik təlim prinsipləri əsasında heyvan sağlamlığının qorunması, xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasını təmin edən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmişdir. Departamentin əsas məqsədi tələbələrə fundamental baytarlıq bilikləri ilə yanaşı, güclü praktiki bacarıqlar qazandırmaq və onları peşəkar mütəxəssis kimi formalaşdırmaqdır.

Departament müasir laboratoriyalar və klinik avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyalarda aşağıdakı imkanlar mövcuddur:

  • Klinik diaqnostika və laborator analizlər
  • Mikrobioloji və seroloji müayinələr
  • Parazitoloji müayinələr
  • Patoloji anatomiya və histoloji analizlər
  • Baytarlıq cərrahiyyəsi

Tədris proqramı nəzəri biliklərlə praktiki bacarıqların inteqrasiyasına əsaslanır. Bu məqsədlə tələbələr Universitetin Tədris Klinikasında və əməkdaşlıq edilən təsərrüfatlarda təcrübə keçərək heyvanların müayinəsi, diaqnostik prosedurların aparılması və müalicə üsullarının tətbiqi ilə yaxından tanış olurlar. Bu yanaşma tələbələrin həm elmi düşünmə qabiliyyətini, həm də praktiki bacarıqlarını inkişaf etdirir.

Müasir dövrdə heyvan sağlamlığının təmin olunması eyni zamanda ictimai sağlamlıq, qida təhlükəsizliyi və zoonoz xəstəliklərin qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən tədris proqramı çərçivəsində tələbələrə “Vahid Sağlamlıq” konsepsiyası əsasında kompleks yanaşma aşılanır.

Tədris proqramını mənimsəyən tələbələr aşağıdakı bilik və bacarıqlara yiyələnirlər:

  • Heyvan anatomiyası, fiziologiyası və patologiyası üzrə fundamental biliklər
  • Xəstəliklərin diaqnostikası və müalicə üsullarının tətbiqi
  • Klinik müayinə və laborator analiz bacarıqları
  • Cərrahi müdaxilələrin əsas prinsipləri
  • Dərman vasitələrinin düzgün istifadəsi və farmakoloji biliklər
  • Yoluxucu və qeyri-yoluxucu xəstəliklərin profilaktikası
  • Baytarlıq-sanitar və gigiyena qaydalarının tətbiqi
  • Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət bacarıqları
  • Epizootoloji vəziyyətin qiymətləndirilməsi və idarə olunması
  • Tədqiqat aparmaq və analitik düşünmə qabiliyyəti

Bundan əlavə, departament yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək tələbələrin akademik mübadilə proqramlarında iştirakına, elmi-tədqiqat layihələrinə qoşulmasına və beynəlxalq təcrübə qazanmasına şərait yaradır.

Baytarlıq təbabəti departamenti müasir təhsil standartlarına uyğun, elmi və praktik biliklərə yiyələnmiş, heyvan sağlamlığı və rifahı sahəsində yüksək ixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026