Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. AKADEMİK
  3. Akademik Departamentlər
  4. İqtisadiyyat və Menecment
  5. Xəbərlər və Elanlar
Çap edin
İqtisadiyyat və MenecmentElmi HeyətProqramlarElmi-tədqiqatSillabusXəbərlər və ElanlarBizimlə əlaqəXidmətlər

Xəbərlər və Elanlar

İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin doktorant və dissertantlarının attestasiyası

2025-ci il dekabrın 18-də Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin yerli və xarici doktorant və dissertantlarının illik elmi fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirildi.

Attestasiyada hər bir tələbə öz elmi fəaliyyəti haqqında qısa təqdimatla çıxış etdi. Təqdimatlarda tələbələr dissertasiya mövzuları üzrə apardıqları araşdırmalar, əldə etdikləri nəticələr, çap olunmuş məqalələr və konfrans materialları, eləcə də  qarşıda duran plan və hədəflər barədə məlumat verdilər.

Komissiya üzvləri doktorant və dissertantların illik elmi fəaliyyətlərinə əsasən müvafiq qərarlar qəbul etdilər və növbəti mərhələlərdə daha səmərəli işləmək üçün tələbələrə faydalı tövsiyələr verdilər.

 

Azərbaycan Turizm Bürosunun əməkdaşı “Xəzər”də

“Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan birinci kurs tələbələri üçün 2025-ci il dekabrın 9-da Azərbaycan Turizm Bürosunun Turistik işarələnmə üzrə iş sektorunun müdiri, peşəkar dağçı Toğrul Cəfərovun iştirakı ilə maarifləndirici görüş təşkil olunub.

Görüş zamanı Toğrul Cəfərov tələbələrlə şəxsi və peşəkar inkişaf yolunu bölüşərək, rəhbərlik etdiyi sektorun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Tədbirdə ölkədə turistik işarələnmə sahəsində həyata keçirilən layihələr, piyada turizm cığırlarının rəqəmsal platformalarda təqdimatı, cığır nişanları, markerlər və məlumat lövhələrinin hazırlanması, eləcə də onların ərazilər üzrə yerləşdirilməsi zamanı nəzərə alınan əsas meyarlar diqqətə çatdırılıb.

Eyni zamanda, beynəlxalq təcrübənin yerli imkanlar çərçivəsində tətbiqi, haykinq marşrutlarının inkişaf etdirilməsinin məqsədləri, artıq işarələnmiş marşrutlar və gələcəkdə planlaşdırılan layihələr barədə geniş məlumat verilib. Qonaq turistik işarələnmənin davamlı turizmin inkişafında və regionların turizm potensialının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirin fənn müəllimi Könül Nuriyeva qonağa təşəkkürünü bildirərək, bu cür praktiki və real təcrübəyə əsaslanan görüşlərin tələbələrin gələcək peşə fəaliyyətinə müsbət təsir göstərdiyini qeyd edib.

 

"Hotelçilik və hoteldə karyera pillələri" mövzusunda təqdimat

Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentinin təşkilatçılığı ilə 2025-ci il dekabrın 9-da "Turizm işinin təşkili" ixtisasının 4-cü kurs tələbələri üçün JoinAItrip şirkətinin mütəxəssisi, turizm sektorunda çoxillik təcrübəyə malik Gülnurə Süleymanova ilə görüş keçirilib.

Görüş Polad Orucovun tədris etdiyi "Destinasiyaların idarə edilməsi" fənni çərçivəsində baş tutub. Qonaq "Hotelçilik və hoteldə karyera pillələri" mövzusunda çıxış edərək, tələbələrə hotelçilik sahəsi, bu istiqamətdə  peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

 

Turizm mütəxəssisi ilə görüş  

2025-ci il dekabrın 2-də Xəzər Universitetinin “Turizm işinin təşkili” ixtisasında təhsil alan tələbələrinin Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ilə görüşü keçirilib.

Görüş zamanı qonaq tələbələrə turizmin mahiyyəti və növləri, turist kateqoriyaları, sağlamlıq turizminə müasir yanaşmalar, dünya və regional səviyyədə formalaşan trendlər, həmçinin işğaldan azad edilmiş ərazilərin sağlamlıq turizmi potensialı barədə geniş məlumat verib.

Ruslan Quliyev talassoterapiya və spa terapiyası xidmətləri təqdim edən otellər, Naftalan nefti ilə müalicə və bu sahənin ölkə turizmində rolu haqqında da ətraflı danışıb.

Tədbir tələbələrin suallarının cavablandırılması və  müzakirələrlə başa çatıb.

 

Tələbələrin Zərgərpalan Hamamına ekskursiyası

Xəzər Universitetinin Turizm ixtisasında təhsil alan tələbələri üçün tədris olunan “Mədəni irs və biznes perspektivləri” fənni çərçivəsində 2025-ci il oktyabrın 30-da Tarixi Zərgərpalan Hamamına ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi tələbələrin elmi, mədəni və şəxsi inkişafını təşviq etməklə yanaşı, onların tariximizə və milli-mədəni irsimizə bağlılığını gücləndirmək olub.

Tələbələr Zərgərpalan Hamamının tarixi, memarlıq xüsusiyyətləri və maddi - mədəni irs kimi əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. Dərs formatında keçirilən ekskursiya zamanı abidənin qorunması, bərpası və turizm potensialı ilə bağlı maraqlı müzakirələr aparılıb.

Abidədə aparılan arxeoloji və restavrasiya işləri barədə isə Dr. Fariz Xəlili tərəfindən ətraflı məlumat verilib.

 

Turizm mütəxəssisi ilə görüş

2025-ci il oktyabrın 30-da Xəzər Universitetində 1-ci kurs tələbələri üçün “Turizmə giriş” fənni çərçivəsində Azərbaycan Turizm Bürosu Turizm Məhsulu Sektorunun müdiri Fəqan Hüseynovla görüş təşkil edilib.

Görüş zamanı Fəqan Hüseynov ölkənin müxtəlif bölgələrində turizm məhsullarının inkişafı istiqamətində həyata keçirilən işlər və gələcək inkişaf planları barədə geniş məlumat verib. O, həmçinin turizm məhsulunun hazırlanması və inkişaf etdirilməsi prosesində nəzərə alınmalı əsas amillər, bazarın tələbləri və uğurlu turizm məkanının formalaşması üçün vacib olan şərtlərdən danışıb.

Tədbir müzakirə şəklində davam edib və tələbələrin sualları cavablandırılıb.

 

Turizm bazarının formalaşması və inkişafına təsir edən amillər  

2025-ci il oktyabrın 10-da İqtisadiyyat və menecment departamentinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Dos. Zaur İmraninin “Turizm bazarının formalaşması və inkişafına təsir edən amillər” mövzusunda çıxışı baş tutmuşdur.

Tədbirdə iştirak edən “Turizm işinin təşkili” və digər ixtisaslarda təhsil alan tələbələr Azərbaycanda turizm bazarının xüsusiyyətləri haqqında ətraflı məlumatlar əldə etmiş, çıxışın sonunda mövzuya aid suallar vermişlər.

 

Əməkdaşlar və tələbələr İsmayıllı rayonunda 

2025-ci il oktyabrın 19-da Xəzər Universiteti İqtisadiyyat və menecment departamentinin koordinatoru Polad Orucovun rəhbərliyi ilə İqtisadiyyat və menecment fakültəsinin dekan müavini Məhəmməd Çərkəsov, departamentin müəllimi Murad Əlili Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs bakalavr tələbələri ilə “Destination management” fənnindən çöl tədqiqatı məqsədilə İsmayıllı rayonuna ekskursiyaya gediblər. 

Ekskursiya zamanı rayonda yerləşən iki destinasiyada – Aşıqbayramlı su anbarı və kəndində, habelə, İvanovka kəndində olublar. Çöl tədqiqatı zamanı tələbələr həmin ərazilərdə destinasiyaların idarəedilməsi və təşkili, ərazidə yerləşən infrastruktur, habelə tarixi, inkişafı və müasir vəziyyəti barədə məlumat almışlar.

Sonda tələbələrə ekskursiya zamanı əldə edilmiş məlumatlar əsasında ərazinin potensial inkişafı yollarını təhlil etmək məqsədi daşıyan qrup layihəsi hazırlamaq tapşırığı verilmişdir.


 


Dr.Şəhriyar Muxtarov və Dr.Ceyhun Məmmədovun məqaləsi dərc olunub.

Kartal, Mustafa Tevfik & Magazzino, Cosimo & Mukhtarov, Shahriyar & Kirikkaleli, Dervis & Costantiello, Alberto & Mammadov, Jeyhun. (2025). The effect of productive capacity changes, income, and clean energy on ecological sustainability in China by novel KRLS approach. Scientific Reports. 15. 10.1038/s41598-025-12325-8.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026