Özətlər Times New Roman yazı stili, 12 punto və 1,5 sətir aralığı ilə yazılmalı, ən az 500, ən çox 700 söz olmalıdır. Məqalənin və müəllifin adı alt-alta olacaq şəkildə yazıldıqdan sonra sol baş tərəfdən başlıq kimi Özət sözü (qara şriftlə) yazılmalıdır.
Məqalələr Word proqramında Times New Roman yazı stili, 12 punto və 1,5 sətir aralığı ilə yazılmalıdır. Məqalənin başlığı ən çox 10 sözdən ibarət, səhifənin ortasından və ən yuxarıdan olmalıdır. Başlıq 14 punto və 1,5 intervalla yazılmalıdır. Mətnlər Azərbaycan və ya Türkiyə türkcəsində olmalıdır. Başlıqdan sonra ən çox 250-300 kəlimə özət və onun altında da açar sözlər olmalıdır. Özətdən sonra ingilis dilində abstract, onun altında isə keywords yerləşdirilməlidir. Məqalələrdə giriş və nəticə hissələrinə yer verilməlidir. Mətn içindəki istinadlar APA üsulu ilə verilməlidir. İstifadə edilən mənbələr ədəbiyyat siyahısı hissəsində tam aydın şəkildə qeyd olunmalıdır.
Bir müəllifli əsərlər (Nüsrətoğlu, 2025, s. 63)
İki müəllifli əsərlər (Nüsrətoğlu və Nəcəf, 2025, s. 47)
Üç müəllifli əsərlər (Nüsrətoğlu və b., 2025, s.97)