Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. AKADEMİK
  3. İnstitut və Mərkəzlər
  4. Xəzər Psixoloji Xidmət Mərkəzi
  5. Xəbərlər
Çap edin
Xəzər Psixoloji Xidmət Mərkəziİşçi heyətXəbərlərXəzər Psixoloji Xidmət Mərkəzi”-nə müraciət

Xəbərlər

“Psixologiyada karyera və perspektivlər” mövzusunda seminar

2025-ci il avqustun 27-də IPSYSO Azerbaijan (International Psychology Student Organization Azerbaijan - "Beynəlxalq Psixologiya Tələbə Təşkilatı"-nın Azərbaycan təmsilçisi) tərəfindən Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarovun təqdimatı ilə “Psixologiyada karyera və perspektivlər” mövzusunda onlayn seminar keçirilmişdir. Tədbirdə psixoloqlar, psixologiyaya maraq göstərənlər və tələbələr iştirak etmişdir.

Seminarda Mirsadiq Muxtarov karyera yolunda praktik bacarıqların əldə edilməsinin faydalarını vurğulamışdır. Xüsusilə tələbələrin karyera yolunda düzgün və faydalı təcrübələrin nə dərəcədə önəmli olduğu, həmçinin professional mentor dəstəyinin vacibliyi qeyd edilmişdir. Bununla yanaşı, o, psixologiya sahəsində gələcəkdə nəzərdə tutulan inkişaf imkanlarına qiddət çəkərək, tələbələr və gənc mütəxəssislər üçün açıq olan yeni istiqamətlər barədə ətraflı məlumat vermişdir.

Seminar interaktiv şəkildə təşkil olunmuş, iştirakçılar öz suallarını ünvanlayaraq, mövzunu geniş müzakirə etmək imkanı əldə etmişlər. Seminar yalnız nəzəri biliklərin deyil, həm də praktik tövsiyələrin paylaşılması ilə başa çatmışdır.

 

Psixologiya departamenti əməkdaşlarının məqaləsi Təhsil İnstitutunun”Elmi əsərlər” jurnalında  

Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova və Klinik psixologiya ixtisası üzrə magistrant Nigar Hüseynova tərəfindən hazırlanmış “Birinci kurs tələbələrinin universitet həyatına uyğunlaşma prosesində psixososial amillərin təhlili” adlı məqalə Azərbaycan Respublikası Təhsil İnstitutunun “Elmi Əsərlər” jurnalında dərc olunmuşdur (93-cü cild, 3-cü nömrə, 2025-ci il),

Məqalədə vurğulanır ki, universitet həyatına ilk addım atan tələbələr üçün bu dövr həm həyəcanverici, həm də emosional və sosial baxımdan çətinliklərlə müşayiət olunur. Bəzi tələbələr yeni mühitə asanlıqla uyğunlaşsa da, digərləri emosional gərginlik, psixosomatik əlamətlər və sosial təcrid kimi çətinliklər yaşayırlar.

Tədqiqat nəticələri göstərir ki, uyğunlaşma prosesində çətinlik çəkən tələbələr bəzən ali təhsildən uzaqlaşaraq təhsillərini yarımçıq qoyurlar. Bu isə onların universitet haqqında mənfi təsəvvürlər formalaşdırmasına, ailə münasibətlərinin zəifləməsinə və gələcəkdə karyera uğursuzluqları ilə üzləşmələrinə səbəb ola bilər.

Araşdırmada cinsiyyət, sosial dəstək, maddi vəziyyət, motivasiya, ev həsrəti və fərdi xüsusiyyətlər kimi psixososial faktorların tələbələrin uyğunlaşma prosesinə təsiri nəzəri çərçivədə əhatəli şəkildə təhlil edilib. Məqalənin məqsədi yalnız problemləri müəyyənləşdirmək deyil, həm də onların qarşısını almağa yönəlmiş profilaktik yanaşmalar üçün elmi əsaslar ortaya qoymaq olmuşdur.

Məqalə  aşağıdakı linkdə:

https://journals.arti.edu.az/journal-page?id=1265-malak-feruz-karimova-nigar-rahim-huseynova

 

Psixologiya departamentinin müəllimi beynəlxalq konfransda    

Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Kəmalə Əliyeva 2025-ci il iyunun 12-13-də Londonda keçirilən 2-ci Beynəlxalq Psixologiya və Davranış Elmləri Konqresində “Autizm Spektr Pozuntusunda Emosiyaları Anlamaq və Empatiya Bacarıqlarını İnkişaf Etdirmək” mövzusunda çıxış etmişdir.

Mövzu ətrafında apardığı tədqiqat işi konqres iştirakçıları tərəfindən maraqla qarşılanmış, sahə üzrə aktuallığı və praktik əhəmiyyəti ilə fərqlənmişdir.

 

“Zehnin dərinliklərinə səyahət: psixologiyada hipnoz” mövzusunda  təlimi

 2025-ci il iyunun 23-də Xəzər Universiteti Psixologiya departamentinin təşəbbüsü ilə Türkiyədən dəvət edilmiş “Mental” Psixologiya Mərkəzinin təsisçisi,   psixoloq-konsultant və hipnoz təlimçisi Seda Kaşdaş tərəfindən universitetdə “Zehnin dərinliklərinə səyahət: psixologiyada hipnoz” mövzusunda təlim keçirildi.

Təlim tələbələr, müəllim heyəti və psixologiya sahəsinə maraq göstərənlərin iştirakı ilə baş tutdu. Təlimdə hipnozun psixoloji təsirləri, terapevtik yanaşmadakı rolu və insan şüurunun dərin qatlarına təsiri kimi mövzular müzakirə olundu.

Seda Kaşdaş hipnozun yalnız bir “təəssürat oyunu” olmadığını, əksinə, elmi və terapevtik əsaslara dayanan təsirli bir metod olduğunu vurğulayaraq, praktiki nümunələrlə yanaşı nəzəri məlumatları da iştirakçılarla paylaşdı.

Təlim interaktiv şəkildə keçirilərək,ni iştirakçıların suallarına yer verildi, hipnoz prosesinin mərhələləri və təhlükəsiz şəkildə tətbiqi üsulları izah edildi.

Bu cür tədbirlərin tələbələrin elmi biliklərini genişləndirməklə yanaşı, gələcək psixoloji praktikalarında istifadə edə biləcəkləri bacarıqları inkişaf etdirdiyini vurğulandı.

 

"İnsan psixikasında folklorun rolu və biblioterapiya" mövzusunda elmi seminar

2025-ci il mayın 19-da Xəzər Universiteti Psixologiya departamenti və Psixologiya klubunun birgə təşkilatçılığı ilə Xəzər Universitetinin Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Dos. Aynur Qəzənfərqızı və Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov tərəfindən "İnsan psixikasında folklorun rolu və biblioterapiya" mövzusunda seminar keçirildi.

Seminarın ilk hissəsində Dos. Aynur Qəzənfərqızı folklorun insan psixikasına olan psixoloji təsirləri vurğuladı. O, xalqlara və etnik müxtəlifliyə görə fərqli yanaşmalara diqqət çəkdi, folklorun insan inkişafı üçün önəmli olduğunu qeyd etdi.

Seminarın ikinci hissəsində Mirsadiq Muxtarov Biblioterapiya haqqında ətraflı məlumat verdi. O, biblioterapiyanın tərifi, tarixi, məqsədləri və faydaları barədə danışdı. Eyni zamanda, bu terapiyanın dəstəkləyici metod olaraq praktiki sahələrdə necə istifadə edildiyini və faydalı olduğunu açıqladı. Seminarın gedişində Mirsadiq Muxtarov bibliyoterapiya texnikaları barədə də dinləyiciləri məlumatlandırdı, terapiyanın mərhələlərini və yaş mərhələlərinə uyğun şəkildə tətbiqi qaydalarını izah etdi.

Seminar zamanı təlimçilər tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır. Tədbir tələbələrin nəzəri biliklərini dərinləşdirməklə yanaşı, biblioterapiya texnikalarının ilkin tətbiqini də əhatə etmişdir.
Folklorun insan psixikasına təsiri və biblioterapiyanın müasir psixoloji praktikadakı rolunu vurğulayan bu seminar, tələbə və müəllim heyətinin geniş iştirakı ilə yadda qaldı. Qeyd etmək lazımdır ki,  seminar fənnlərarası əlaqə baxımından da ədəbiyyat və psixologiya sahələrinin qarşılıqlı vəhdətini tələbələrə bir daha nümayiş etdirmişdir.

 

Xəzər Universitetində Azərbaycan IX Beynəlxalq  Psixologiya Konfransı: Elm, Təcrübə və Əməkdaşlıq Bir Arada

2025-ci il aprelin 25-26-da Xəzər Universitetində Psixologiya Departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan IX Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfrans elm adamlarını və praktikləri bir araya gətirərək, psixologiyanın aktual mövzularını müzakirə etməyə imkan yaratdı.

Konfrans Xəzər Universiteti Kamera orkestrinin ifası ilə açıldı. Ardınca Xəzər Multimedia Mərkəzinin hazırladığı, əvvəlki illərin konfranslarını əks etdirən videomaterial nümayiş etdirildi.

Açılış nitqi ilə çıxış edən Psixologiya departamentinin koordinatoru Mələk Kərimova departamentin və Xəzər Psixoloji Xidmət Mərkəzinin fəaliyyəti barədə məlumat verdi və sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad, Hamlet İsaxanlıya verdi. H. İsaxanlı konfransın artıq bir ənənəyə çevrildiyini vurğuladı və psixologiyanın elm sahəsi kimi inkişafını qeyd edərək, tədbirə uğurlar arzuladı.

Konfransda Türkiyə və İrandan dəvət olunmuş aparıcı tədqiqatçılar əsas spiker qismində iştirak etdilər. Mələk Kərimova qonaqlar haqqında ətraflı məlumat verərək bildirdi ki, tədbirə Türkiyədə psixologiya sahəsində ilk 10-luqda yer alan və 6-cı sırada göstərilən tədqiqatçı Dos. Dr. Murat Yıldırım, Davranış Araşdırmaları və Terapiyaları Mərkəzinin (DATEM) rəhbəri Prof. Dr. Ebru Şalcıoğlu, Təbriz Universitetinin professoru Dr. Shahram Vahedi, Gazi Universitetinin Tibb Fakültəsinin Uşaq və Yeniyetmə Psixiatriya üzrə mütəxəssisi Dos. Dr. Ahmet Özaslan və Hacettepe Universitetinin psixologiya kafedrasının müəllimi Dos. Dr. Sevginar Vatan dəvət olunmuşdur.

İki gün davam edən konfrans Dos. Dr. Murat Yıldırımın “Pozitiv Psixologiya: İnkişafı, Dəyərləndirməsi və Gələcək Perspektivləri” adlı çıxışı ilə açıldı. Sonra Prof. Dr. Shahram Vahedi “Pozitiv Koqnitiv Davranış Terapiyası: Akademik Çətinliklərin Aradan Qaldırılması və Uğura Gedən Yol” mövzusunda təqdimatla çıxış etdi. Ardınca Dos. Dr. Ahmet Özaslan “DƏHP-li Uşaqlarla və Onların Ailələri ilə İş: Davranış İdarəetməsi və Valideyn Təlimi” mövzusunda öz təcrübəsini bölüşdü. Səhər sessiyası Dos. Dr. Sevginar Vatanın “Psixoterapiyada Emosiyaların Rolu və Önəmi” mövzusundakı çıxışı ilə başa çatdı.

Nahar fasiləsindən sonra konfrans Prof. Dr. Ebru Şalcıoğlunun “Keys Formulasiyası və Terapiya Planlaması: Koqnitiv Davranış Terapiyası Perspektivindən Yanaşma” mövzusundakı təqdimatı ilə davam etdi. Sonra Prof. Şalcıoğlunun rəhbərliyi ilə “Real Keyslər Üzərindən Konseptuallaşdırma və Terapiya Planlaşdırılmasının Nümayişi” adlı praktiki seminar keçirildi.

Konfransın ikinci günü Prof. Dr. Shahram Vahedinin “Akademik Stresi Azaltmaq və Uğur Qazanmaq üçün Pozitiv KDT ilə Praktik Metodların Tətbiqi” adlı interaktiv təlimi ilə başladı. Ardınca Dos. Dr. Murat Yıldırım “Stress və Təşviqi Azaltmaq üçün Mindfulness Strategiyaları” mövzusunda çıxış etdi.

Günün ikinci yarısında Dos. Dr. Ahmet Özaslan “DƏHP-li Uşaqların Davranışını Yönləndirmək və Ünsiyyət Bacarıqlarını İnkişaf Etdirmək: Valideynlər üçün Praktik Təlim” mövzusunda faydalı tövsiyələrini iştirakçılarla paylaşdı. Günün son sessiyasında isə Dos. Dr. Sevginar Vatan “Emosional Tənzimləmə Strategiyaları və Gündəlik Həyatda Tətbiqi” mövzusunda ətraflı məlumat verdi.

Konfrans rəsmi bağlanış mərasimi və iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatdı. Tədbirdən sonra dəvətli spikerlərlə şam yeməyi təşkil olundu və gələcək əməkdaşlıq imkanları müzakirə edildi. Sonda iştirakçılara hədiyyələr  təqdim olundu.

 

Psixologiya departamenti əməkdaşlarının məqaləsi “Azərbaycan Məktəbi” jurnalında

Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşları Mələk Kərimova və Mirsadiq Muxtarovun “Birinci kurs universitet tələbələrinin psixoloji simptom göstəricilərinin gender əsaslı təhlili” adlı məqaləsi Ali Attestasiya Komissiyasının siyahısında olan “Azərbaycan Məktəbi” jurnalında dərc olunmuşdur (№ 1, 2025).

Məqalədə universitetə yeni qəbul olunan tələbələrin psixoloji simptom göstəriciləri araşdırılmışdır. Araşdırma 2024-2025-ci tədris ili ərzində Xəzər Universitetində təhsil alan və təsadüfi seçilmiş 204 tələbə ilə aparılıb. Tədqiqatda "Qısa Simptom Şkalası" istifadə olunmuşdur. Birinci kurs tələbələrinin "Qısa Simptom Şkalası"nin üç əsas göstəricisi (Narahatlıq Ciddiyəti İndeksi, Simptomların Ümumi İndeksi, Simptom-Narahatlıq İndeksi) və doqquz alt şkala (somatizasiya, obsesif-kompulsiv, insanlarla münasibətə həssaslıq, depressiya, təşviş, aqressiya, fobik təşviş, paranoid düşüncələr və psixotik simptomlar) üzrə statistik təhlillər aparılmışdır. Araşdırmadan əldə olunan nəticələr məqalədə əksini tapmışdır.

https://as-journal.edu.az/az%C6%8Frbaycan-m%C6%8Fkt%C6%8Fbi-2025-1

 

Psixologiya departamenti əməkdaşının həmmüəllifi olduğu məqalə “Milli Nevrologiya Jurnalı”nda

Azərbaycan Tibb Universiteti Yoluxucu xəstəliklər kafedrasının professoru, Tibb elmləri doktoru Mirzamin Muxtarov və Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı Mirsadiq Muxtarovun “Bir sıra infeksion xəstəliklərin bəzi yoluxucu və psixiatrik patologiyaların, həmçinin psixoloji pozuntuların klinik təzahüründəki roluna müasir baxış” adlı birgə məqaləsi Ali Attestasiya Komissiyasının siyahısına daxil olan “Milli Nevrologiya Jurnalı”nda (təsisçi: Nevroloqların Milli Assosiasiyası) dərc olunmuşdur (№ 1 (25) 2024).

Müəlliflər məqalədə müxtəlif infeksion xəstəliklərin psixi pozuntulara təsiri və infeksiyaların sinir-psixi pozuntuların inkişafındakı rolunu müasir ədəbiyyatlara istinadən araştırmışlar. Məqalədə tədqiqatlar nəticəsində infeksion xəstəliklərin psixiatrik və psixoloji pozuntuların etiologiyasını anlamaq baxımından rolunun mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Müəlliflər infeksion xəstəliklərin psixiatrik patologiyalar və psixoloji pozuntular üzərində təsirini daha dərindən öyrənmək üçün multidissiplinar tədqiqatların aparılmalı olduğunu tövsiyyə etmişlər.

 

Psixologiya departamentinin əməkdaşı “Narkomaniyaya son” adlı televiziya proqramında

2025-ci il martın 10-da Xəzər Universiteti  Psixologya departamentinin əməkdaşı Mirsadiq Muxtarov AZTV strukturunda olan İdman TV-də “Narkomaniyaya son” adlı televiziya proqramında çıxış etmişdir. Proqramın məqsədi maddə asılılığının zərərlərinin vurğulanması, psixoprofilaktik olaraq əhalinin maarifləndirilməsi idi. Çıxışda maddə asılılığının qlobal problem olduğu qeyd edilmişdir.

Çıxış zamanı Mirsadiq Muxtarov davranış və maddə asılılığı anlayışlarına toxunaraq, bu problemin şəxsin bioloji, psixoloji və sosial faktorlarına təsirini izah etmişdir. Bununla yanaşı, o, asılılığın yaranma səbəbləri, profilaktik tədbirləri və bu mövzuda müasir yanaşmalar haqqında izləyicilərə geniş məlumat vermişdir. Maddə istifadəsi pozuntusunun klinik meyarları nəzərdən keçirilmişdir.  Asılılıq anlayışının yalnız maddə istifadəsindən ibarət olmadığını qeyd edən Mirsadiq Muxtarov asılı şəxsin asılılıqla mübarizə mərhələsində ailə və çevrə dəstəyinin əhəmiyyətini vurğulamışdır.

Çıxışı aşağıdaki linkə keçid edərək, izləyə bilərsiniz.

https://youtu.be/EZwTe-mridA?si=HIStYtcPXuyUQx2n

 

Xəzər Universiteti Psixologiya departamenti müəlliminin məqaləsi “Journal of Behavioral Addictions” jurnalında

Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Ülkər İsayevanın da həmmüəlliflərdən biri olduğu “The International Work Addiction Scale (IWAS): A screening tool for clinical and organizational applications validated in 85 cultures from six continents” (“Beynəlxalq İş Asılılığı Şkalası (IWAS): Altı qitədən 85 mədəniyyətdən təsdiq edilmiş, klinik və təşkilati tətbiqlər üçün ölçmə aləti”) adlı məqalə “Journal of Behavioral Addictions” jurnalında dərc edilmişdir. Qeyd edək ki, jurnal davranış asılılıqları ilə bağlı elmi məlumat mübadiləsi etmək və davranış asılılıqları, eləcə də genetik, neyrobioloji, psixoloji, klinik psixiatrik, epidemioloji, sosial və antropoloji yanaşmalarla bağlı tədqiqatları özündə əks etdirir.  “Journal of Behavioral Addictions”  dünyada ən nüfuzlu məqalələr toplusu kimi Q1 olaraq indekslənən jurnallardan biri olaraq qəbul olunur.

Məqalədə son illərdə iş asılılığı mövzusunda aparılan elmi araşdırmalar nəticəsində mühüm irəliləyişlər əldə edilsə də, bu sahədəki əsas problemlərdən biri olaraq dünya miqyasında etibarlı və keçərli bir ölçmə alətinin olmadığı vurğulanıb. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə həyata keçirilən bu tədqiqat  iş asılılığını elmi şəkildə müəyyənləşdirmək üçün mədəniyyətlərarası güvənirliyi və keçərliliyi olan şkala olaraq formalaşdırılıb.

Beynəlxalq İş Asılılığı Şkalası (IWAS) 16 maddədən ibarət anket, dünya üzrə 85 fərqli mədəniyyətdən olan 31.352 işçi üzərində tətbiq edilib. Tədqiqatın nəticələrinə əsasən iş asılılığı ilə iş stresinin yüksək olması, iş məmnuniyyəti və özünə inam arasında əlaqə müəyyən edilmişdir. Araşdırma IWAS ilə fərqli mədəniyyətlərdə və dillərdə etibarlı nəticələr əldə etməyin mümkün olduğunu, həmçinin klinik və təşkilati mühitlərdə də istifadə oluna biləcəyini göstərir.

Tədqiqatın nəticələri iş asılılığının qlobal bir problem olaraq daha geniş şəkildə müzakirə olunmasını və araşdırılmasını tövsiyyə edir.

https://doi.org/10.1556/2006.2025.00005

 

“Ekstremal vəziyyətlərdə zərərçəkmiş şəxslərlə psixoloji işin təşkili” mövzusunda seminar  

2025-ci il martın 3-də  Xəzər Universitetinin Psixologiya departamenti və Psixologiya klubunun birgə təşkilatçılığı ilə Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov tərəfindən “Ekstremal vəziyyətlərdə zərərçəkmiş şəxslərlə psixoloji işin təşkili” mövzusunda  seminar keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri iştirak edirdilər. Seminar xüsusilə psixologiya ixtisası üzrə təhsil alan tələbələr üçün vacib və faydalı məlumatları özündə ehtiva edirdi.

Mirsadiq Muxtarov ekstremal şərait anlayışını izah edərək, insanlarda baş verən psixi prosesləri vurğulamışdır. Ekstremal vəziyyətlərdə psixoloji dəstəyin əhəmiyyətindən danışaraq, ilkin psixoloji yardımın əsaslarını qeyd etmiş, tətbiq edilən əsas metod və yanaşmalar barədə geniş məlumat vermişdir.

Seminar zamanı təlimçi tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır. Tədbir tələbələrin nəzəri biliklərini dərinləşdirməklə yanaşı, real situasiyalarda psixoloji yanaşmaların praktik cəhətlərini də əhatə etmişdir.

 

Psixologiya departamenti əməkdaşının məqaləsi “Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri” jurnalında

Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı Mirsadiq Muxtarovun “Kleptomaniyanın etiologiyasına, epidemiologiyasına, diaqnostika və müalicəsinə müasir yanaşma” adlı məqaləsi Ali Attestasiya Komissiyasının siyahısına daxil olan “Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri” jurnalında (təsisçi: Beynəlxalq Ekoenergetika Akademiyasının Biotəbabət bölməsi) dərc olunmuşdur (2024, № 3).

Müəllif məqalədə kleptomaniyanın simptomları, epidemiologiyası, tarixi, etiologiyası, diaqnozu, mövcud psixofarmakoloji və psixoterapevtik müalicə üsullarından bəhs edir. O, həmçinin, beynəlxalq tədqiqatlara əsaslanaraq, bu psixopatologiya barədə ən son elmi araşdırmalar haqqında sistemli məlumat vermişdir. Kleptomaniyanın tədqiq edilməsində neyrogörüntülənmənin önəmini qeyd edərək, beyin bölgələrindəki funksional dəyişikliklərə diqqət yetirmişdir. Məqalədə, kleptomaniyanın müalicəsində psixofarmakoloji müdaxilə ilə psixoterapiyanın birləşdirilməsinin effektiv metod olduğu vurğulanmışdır.

 

Psixologiya departamentinin əməkdaşları beynəlxalq konfransda

2025-ci il fevralın 2-3-də İstanbulda Beynəlxalq Elm və İncəsənət Araşdırma Mərkəzi (ISARC) tərəfindən təşkil olunan 9-cu Beynəlxalq Marmara Elmi Araşdırmalar və İnnovasiya Konqresində Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşları Mələk Kərimova və Mirsadiq Muxtarov  "Birinci kurs universitet tələbələrinin cinsiyyətə görə psixoloji simptom göstəricilərinin təhlili" adlı tədqiqatla çıxış etdilər.

Onlar universitetə yeni daxil olmuş 204 həfər birinci kurs tələbəsi üzərində apardıqları tədqiqatın nəticələrini təqdim ediblər. Təqdimat zamanı universitet təhsilinə yeni başlayan tələbələrin həm tədris, həm də sosial-emosionallıq baxımından müxtəlif çətinliklərlə qarşılaşdıqları qeyd olunub. Mütəxəssislər, tələbələrin əvvəlki təhsil mərhələsindən fərqli olaraq, universitetə daxil olduqda daha çox məsuliyyət daşıdıqlarını və müstəqil həyata adaptasiya prosesində bir sıra psixoloji çətinliklərlə üzləşdiklərini vurğulamışlar. Bu dəyişikliklərin, onların psixoloji vəziyyətinə təsir edərək adaptasiya çətinliklərini artırması mümkündür.

Tədqiqatın nəticələrinə əsasən, qadın tələbələrin kişilərə nisbətən əhəmiyyətli dərəcədə daha yüksək psixoloji simptomlar nümayiş etdirdiyi müşahidə edilib. Bu, onların universitetə keçid prosesində daha çox psixoloji çətinliklər yaşadıqlarını və bu çətinliklərin onların ümumi adaptasiya qabiliyyətinə mənfi yöndə təsir etdiyini göstərir. Həmçinin, akademik gözləntilər və standartların tələbələr üçün əlavə stress mənbəyi olacağına dair tapıntılar diqqətə çatdırılıb.

Bu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmış və tədqiqatın universitet tələbələrinin psixoloji vəziyyətinin qiymətləndirilməsi sahəsində daha dərindən araşdırılmasına ehtiyac olduğunu bir daha ortaya qoymuşdur.

 

Psixologiya departamenti  əməkdaşlarının məqaləsi “Elmi əsərlər” jurnalında

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova və əməkdaşı Mirsadiq Muxtarovun “Təbii ətraf mühit amillərinin psixi rifahla qarşılıqlı əlaqəsi” adlı məqaləsi Ali Attestasiya Komissiyasının siyahısına daxil olan Azərbaycan Respublikası Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalında dərc edilmişdir (2024, Cild 91, № 6).

Məqalədə təbii ətraf mühit amillərinin psixi rifaha təsiri mövzusu geniş şəkildə araşdırılmışdır. Müəlliflər beynəlxalq tədqiqatlara əsaslanaraq, bu sahədəki araşdırmaları sistemli şəkildə təhlil etmişlər. Məqalədə insanların təbiətlə təmasda olmasının onların psixoloji vəziyyətinə müsbət təsirləri vurğulanmış, bu kontekstdə naturopatik terapiyanın əhəmiyyəti xüsusilə diqqətə alınmışdır. Həmçinin, ekoloji şüurun formalaşdırılması ilə bağlı konkret təkliflər də məqalədə yer almışdır.

DOI: 10.69682/arti.2024.91(6).15-20

 

Erkən nikahın psixoloji və fizioloji fəsadları” mövzusunda seminar

2024-cü il dekabrın 24-də Xəzər Universitetinin Psixologiya departamenti və Psixologiya klubunun birgə təşkilatçılığı ilə “Erkən nikahın psixoloji və fizioloji fəsadları” mövzusunda seminar keçirildi. Psixologiya departamentinin koordinatoru Mələk Kərimova tədbiri açaraq, mövzunun aktuallığını və ölkəmiz üçün əhəmiyyətini qeyd etdi.

Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov  erkən nikahın fərdlərin psixoloji rifahına və fizioloji sağlamlığına təsirləri, bu problemlərin sosial nəticələri və həlli yolları haqqında iştirakçılara ətraflı məlumat verdi.

Mirsadiq Muxtarov erkən nikahın yaratdığı əsas problemləri təhlil edərək, gənclərin həyat keyfiyyətinə təsirlərini və gələcək nəsillər üzərindəki mənfi nəticələrini vurğuladı. Seminar interaktiv formatda keçirildi, iştirakçılar öz suallarını verərək mövzu ilə bağlı geniş fikir mübadiləsi apardılar. 

 

Psixologiya departamentinin əməkdaşının Sitat.info-ya müsahibəsi

Son illərdə sosial media və reklamların təsiri ilə cəmiyyətə ötürülən gözəllik standartları insanların psixoloji vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu barədə digər ekspertlərlə yanaşı, Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov da 2024-cü il dekabrın 23-də Sitat.info xəbər portalına müsahibə vermişdir. Onun  sözlərinə görə, cəmiyyətin gözəllik standartlarının sərt çərçivələri insanlarda komplekslər yaradır və özünəinamı zəiflədir. Bəzi insanlar bu inamsızlığı aradan qaldırmaq üçün estetik əməliyyatlara müraciət edirlər. "İnsanların görünüşlərinin gözlədikləri kimi olmaması, onların özünə inamını azalda bilir. Estetik əməliyyatlar bəzən bu inamsızlıqları aradan qaldırmaq üçün bir yol kimi görülür," - deyə psixoloq bildirib.

Mirsadiq Muxtarov həmçinin qeyd edib ki, estetik əməliyyatların arxasında emosional və psixoloji səbəblər də dayanır. Psixoloqun açıqlamaları göstərir ki, estetik əməliyyatlara artan tələbat təkcə xarici görünüşlə bağlı deyil, həm də insanların daxili dünyalarına, emosional və psixoloji ehtiyaclarına cavab verir.

https://sitat.info/news/50859/estetik-emeliyyatlara-artan-telebin-psixoloji-sebebleri

 

Seminar: “Qaranlıqdan işığa: emosional dəstək və psixi rifah”

2024-cü il dekabrın 19-da Xəzər Universitetinin Psixologiya departamenti və Psixologiya klubunun birgə əməkdaşlığı ilə “Qaranlıqdan işığa: emosional dəstək və psixoloji rifah” mövzusunda  açıq seminar keçirildi. Seminar universitetin Psixologiya departamentinin koordinatoru və Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın təqdimatında baş tutdu. Mələk Kərimova emosional dəstəyin insan rifahında və intiharın qarşısının alınmasında nə qədər əhəmiyyətli olduğunu vurğuladı. İştirakçılara intihar riski ilə bağlı erkən xəbərdarlıq siqnalları, emosional sağlamlığın qorunması yolları və dəstək mexanizmləri barədə ətraflı məlumat verildi. 

Tədbir zamanı həm tələbələr, həm də cəmiyyətin müxtəlif təbəqələrindən olan iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bölüşdülər və sual-cavab sessiyasında fəal iştirak etdilər. Müzakirələr iştirakçıların yalnız nəzəri biliklər deyil, həm də real həyatda tətbiq edə biləcəkləri faydalı məsləhətlər əldə etməsinə imkan yaratdı. Seminarda iştirakçılarla birlikdə psixi rifahla bağlı  praktiki çalışmalar aparıldı.

Seminarın sonunda Mələk Kərimova hər bir şəxsin emosional rifahının qorunmasının cəmiyyət üçün vacib olduğunu qeyd edərək, psixoloji dəstək sistemlərinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.

 

"Psixi dayanıqlılıq və intiharın qarşısının alınması" mövzusunda seminar

2024-cü il dekabrın 11-də Xəzər Universitetində Psixologiya departamentinin koordinatoru Mələk Kərimova tərəfindən  "Psixi dayanıqlılıq və intiharın qarşısının alınması" mövzusunda seminar keçirilib. Tədbirdə universitetin əməkdaşları, psixologiya ixtisasında təhsil alan tələbələr və psixoloqlar iştirak ediblər. Seminarın məqsədi intihara, xüsusilə uşaq və yeniyetmələr arasında intihar hallarına qarşı psixi dayanıqlılığın artırılmasına dəstək göstərmək idi.

İntihar, psixi dayanıqlılığın artırılması məsələsi üzərində fikir mübadiləsi aparılıb. Psixi dayanıqlılığın gücləndirilməsinin intiharların qarşısını almaq üçün əsas addımlardan biri olduğu qeyd edilib.

Seminarda universitetin Hüquq departamentinin müdiri Cabir Xəlilov mövzu ilə bağlı dəyərli tövsiyələrini bölüşüb. O, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə qabaqlayıcı və maarifləndirici fəaliyyətlərin daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin, məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin müəyyən edilməsi və onların hüquqlarının qorunması üçün daha səmərəli hüquqi tədbirlərin görülməsini vurğulayıb.

Tədbir sualların cavablandırılması ilə başa çatıb.

 

Seminar: “Gender bərabərsizliyi: miflər və gerçəklər”

2024-cü il noyabrın 4-də Xəzər Universitetinin Psixologiya departamenti və "VarYox" platformasının birgə təşkilatçılığı ilə universitetdə “Gender bərabərsizliyi: miflər və gerçəklər” mövzusunda seminar təşkil olundu. Seminar “VarYox” platformasının spikeri Əfsanə Tahirova tərəfindən keçirildi.

Seminarın əsas məqsədi Azərbaycanda və dünyada gender bərabərliyi sahəsindəki problemləri işıqlandırmaq, bu sahədə yayılmış yanlış anlayışları və stereotipləri müzakirə etmək, eləcə də gender bərabərsizliyinin səbəbləri və təsirləri haqqında məlumat vermək idi.

Əfsanə Tahirova tədbir iştirakçılarına gender bərabərsizliyinin müasir cəmiyyətdəki yeri, onun yaratdığı sosial, iqtisadi və psixoloji təsirlər barədə ətraflı məlumat verdi. Seminarda, həmçinin, gender bərabərliyi ilə bağlı müxtəlif miflər və gerçəkliklər müzakirə olundu və iştirakçılar fəal şəkildə fikirlərini bölüşdülər.

Psixologiya departamentinin koordinatoru Mələk Kərimova "VarYox" platformasına seminarın təşkilinə görə təşəkkür edərək,  gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini bildirdi. 

 

Mediasiya mövzusunda maarifləndirici dərs

2024-cü il oktyabrın 16-da Xəzər Universitetində Psixologiya departamentinin təşkilatçılığı ilə 3-cü kurs psixologiya tələbələri üçün Mediasiya mövzusunda maarifləndirici dərs keçirilmişdir. Dərsə qonaq qismində mediasiya üzrə mütəxəssis Qasım Şalıyev dəvət olunmuşdur.

Dərsin məqsədi mediasiya prosesinin hüquq və psixologiya sahələrində necə tətbiq olunduğunu, münaqişələrin sülh yolu ilə həllində hansı rolu oynadığını tələbələrə ətraflı şəkildə izah etmək idi. Qasım Şalıyev mediasiyanın yalnız hüquqi deyil, həmçinin psixoloji aspektlərinə toxunaraq, tərəflərin bir-birini daha yaxşı anlamaq üçün hansı vasitələrdən istifadə edə biləcəklərini izah etmişdir.

Seminar zamanı mediasiyanın növləri, onun müxtəlif situasiyalarda tətbiqi və xüsusilə ailə, iş və ictimai mühitdə yaranan münaqişələrin həllindəki əhəmiyyəti geniş müzakirə olunmuşdur. Tələbələr mediasiya texnikaları və mediatorun rolu ilə bağlı suallar verərək, praktiki məsələlər üzərində fikir mübadiləsi aparmışlar.

Tədbirin sonunda departamentin koordinatoru Mələk Kərimova bu cür maarifləndirici seminarların davam etdiriləcəyini bildirərək, mediasiya sahəsinin psixologiya və hüquq təhsili alan tələbələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.

 

"Maddə asılılığına biopsixososial yanaşma"mövzusunda seminari

2024-cü il oktyabrın 15-də Xəzər Universitetində Psixologiya departamenti və Psixologiya klubunun birgə əməkdaşlığı ilə təşkil olunan "Maddə asılılığına biopsixososial yanaşma" mövzusunda seminar keçirilmişdir. Seminar Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov tərəfindən aparılmışdır.  Seminarın əsas məqsədi diqqəti dünyada geniş yayılmış maddə asılılığının zərərlərinə cəlb edərək, gənclər arasında geniş yayılmasına qarşı profilaktik addımın atılması idi.

Mirsadiq Muxtarov maddə asılılığı anlayışına toxunmuş, bu problemin fərqli amillərini, habelə bioloji, psixoloji və sosial faktorların təsirini izah etmişdir. Bununla yanaşı, seminar zamanı asılılığın yaranma səbəbləri, onun müalicə yolları və bu mövzuda müasir yanaşmalar geniş müzakirə olunmuşdur.

Seminarda maddə asılılığınən yalnız bir insanın psixoloji problemi deyil, həmçinin cəmiyyətin müxtəlif səviyyələrinə təsir edən geniş miqyaslı bir məsələ olduğu qeyd edilmişdir. Onun klinik kriteriyalarına nəzər yetirilmiş, asılılığın müalicəsində fərqli terapiya növlərinin, həmçinin ailə və sosial dəstəyin əhəmiyyəti vurğulanmışdır.

Tədbir tələbələrin marağına səbəb olmuş və onlar mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar.

 

“Şizofreniyaya müasir yanaşmalar” mövzusunda seminar  

2024-cü il sentyabrın 8-də Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov Gənclərə Ümumi Dəstək Birliyinin (GUYS - General Union to Youth for Support) təşkilatçılığı ilə birliyin ofisində “Şizofreniyaya müasir yanaşmalar” mövzusunda seminar keçirmişdir. Seminarın təşkilində əsas məqsəd gənclərin şizofreniya haqqında maariflənməsi, cəmiyyətdə bu xəstəlikdən əziyyət çəkənlərə qarşı olan stiqma və ayrı-seçkiliyə qarşı fərqindəlik formalaşdırmaq idi.

Seminarda gənclərə şizofreniya anlayışından və onun tarixi inkişafından bəhs edilmişdir. Xəstəliyin epidemiologiyasına nəzər yetirilmiş, risk faktorları vurğulanmışdır. Bununla yanaşı, şizofreniyanın klinik əlamətləri və diaqnostik kriteriyaları qeyd edilərək, xəstəliyin əlamətləri, koqnitiv disfunksiyalara təsiri geniş  müzakirə olunmuşdur.

İştirakçıların mövzu ilə əlaqədar sualları təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

 

Psixologiya departamentinin əməkdaşı beynəlxalq layihədə mentor oldu

Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov Beynəlxalq Vişeqrad Fondunun “Vişeqrad Qrantları” vasitəsilə maliyyələşdirdiyi “Gənclər sektorunda rəqəmsal transformasiya – Vişeqrad ölkələrinin təcrübəsi” layihəsi çərçivəsində hazırlanmış "Digiuth" platformasında mentor olaraq fəaliyyət göstərəcək.

Layihə Vişeqrad ölkələrinin təcrübəli təşkilatları ilə əməkdaşlıq edərək, Azərbaycanda gənclər təşkilatlarının və gənclərin rəqəmsal öyrənmə resurslarının artırılmasını hədəfləyir. 

Mirsadiq Muxtarovun bu platformada mentor olaraq əsas məqsədi Azərbaycanda psixi sağlamlıq mövzuları ilə bağlı məlumatlılığı artırmaq, şəxslərin psixoloji və emosional rifahının artırılmasına təşəbbüs göstərməkdir.

https://www.digiuth.com/mentors/235-mirsadiq-muxtarov

 

Ülkər İsayeva və Hamlet İsaxanlının birgə məqaləsi “Suicidal Behavior in Muslim Majority Countries” kitabında

Springer Nature Singapore Pte Ltd şirkəti tərəfindən nəşr edilmiş “Suicidal Behavior in Muslim Majority Countries” (“Əhalisinin əksəriyyəti  müsəlman ölkələrdə intihar davranışı”) adlı kitabda Xəzər Universitetinin müəllimi Ülkər İsayeva və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının “Suicidal Behavior in Azerbaijan” (“Azərbaycanda intihar davranışı”) adlı birgə məqaləsi (s.s. 31-44) çap olunmuşdur.

 Məqalədə psixi sağlamlıq və ümumiyyətlə intiharla bağlı stiqma, özünü qiymətləndirmə, “namus mədəniyyəti” konstruksiyaları və onların intihar riskində rolu kimi müxtəlif anlayışlar müzakirə edilir.

 

Psixologiya ixtisasında təhsil alan  tələbələr  ahıllar arasında

2024  -cü il mayın 31-də  Xəzər Üniversitetinin Psixologiya departamentinin təşəbbüsü ilə psixologiya ixtisasında təhsil alan tələbələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər.  

Ziyarət zamanı tələbələrə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Onlar burada ahıllara göstərilən xüsusi diqqət və qayğı ilə tanış olublar. 

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun olan şərait yaradılıb. Burada kitabxana, idman zalları, əl işləri hazırlamaq üçün emalatxanalar fəaliyyət göstərir.

Görüşdə tələbələr ahıllarla həmsöhbət olaraq, onlarla  birlikdə stolüstü və başqa  idman oyunları nümayiş etdiriblər , musiqi nömrələri təqdim ediblər.   

Tədbir  ahılların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.

 

Psixologiya Departamentinin əməkdaşı Sosial Tədqiqatlar Mərkəzində

 2024-cü il mayın 15-də  “Beynəlxalq Ailə günündə” Sosial Tədqiqatlar Mərkəzi tərəfindən  “Azərbaycan ailəsi: Dəyişən və dəyişməyən dəyərlər” konfransı təşkil edilib. Konfransın içtimaiyyətə açıq olan müasir ailələlərin problemləri və gələcək perspektivləri müzakirə olunub.  Xəzər universitetinin Psixologiya departamentinin əməkdaşı  Mələk Kərimova konfrans iştirakçılarına  “Uşaq” böyüklərin ailə çətinlikləri mövzusunda  çıxışını təqdim edib.  O, yetkin olmayan şəxslərin  ailələrdəki ünsiyyət dinamikalarını açıqlayaraq, ailədəki problemlərin yaranmasına təsir mexanizmləri üzərində dayanıb.

Konfransda Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov, Sosial Tədqiqatlar Mərkəzi İdarə heyətinin sədri millət vəkili Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə də çıxış edib.  Humay Axundzadə “Müasir Azərbaycan ailəsi hesabatı əsasında “Azərbaycan ailəsinin ənənəvi və yenilənən cəhətləri” mövzusunda 2023-cü il ərzində  3478 şəxs üzərində aparılan tədqiqatın analitik hesabatını səsləndirib. Hesabatın tərtib olunmasında əsas məqsəd ailə ilə bağlı problemləri əks etdirən məsələləri auditoriyaya  təqdim etmək idi.         

Daha sonra mövzu ətrafında müzakirələr təşkil  olunub və  təkliflər dəyərləndirilib.

https://bakivaxti.az/az/posts/detail/azerbaycan-ailesi-deyisen-ve-deyismeyen-deyerler-movzusunda-konfrans-kecirildi-1715754723

 

"Maddə asılılığına psixososial yanaşma" mövzusunda seminar

2024-cü il mayın 14-də Xəzər Universitetinin Psixologiya departamentinin dəvəti ilə Ankara Hacı Bayram Veli Universitetinin professoru Cengiz Şahin tərəfindən "Maddə asılılığına psixososial yanaşma" mövzusunda seminar təşkil edildi.

Seminarın əsas məqsədi son dövrlərdə cəmiyyətin üzləşdiyi maddə asılılığı problemini müzakirə etmək və bu problemə qarşı mövcud resursların necə səmərəli şəkildə istifadə edilə biləcəyini tələbələrə izah etmək idi. Professor Şahin, maddə asılılığı ilə mübarizə metodlarına dair faydalı məlumatlar təqdim etdi və tələbələrdin çoxsaylı suallarını cavablandırdı.

 

Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev: “Dörd ildir Xəzər Universitetində “Asılılıq psixologiyası” fənnini tədris edirəm

2024-cü il mayın 6-da Bakıvaxtı.az xəbər portalı Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev ilə geniş müsahibə dərc etmişdir.

“Bu ilin yanvarına olan məlumata görə, Azərbaycanda narkotikdən əziyyət çəkən 36 659 şəxsin dispanser nəzarətində olduğunu” qeyd edən  sayt mütəxəssisə “Narkomaniya ilə necə mübarizə aparmaq olar? Bu sahədə maarifləndirmə metodlarının, psixoloji müalicənin təsiri nə qədərdir?”

sualı ilə müraciət edir.

Sualı geniş cavablandıran Ramin Abdullayev maarifləndirmənin zəruriliyini vurğulayaraq qeyd edir ki, ölkədə bu sahədə yaxşı təcrübə vardır: “Dörd ildir  Xəzər Universitetində “Asılılıq psixologiyası”  fənnini tədris edirəm. Bakı Dövlət Universitetində də keçən ildən “Sabah” qruplarında “Asılılıq psixologiyası” tədris olunur Ümid edirəm ki, növbəti illərdə digər universitetlərimizdə də “Asılılıq psixologiyası” fənninə yer veriləcək.”

Müsahibəni Bakıvaxtı.az-a istinadla digər saytlar da dərc etmişlər.

https://moderator.az/az/cemiyyet/767014/ramin-allahverdiyev-adamin-ailesi-dailib-evi-yoxdur-amma-biz-ona-deyirik-ki-iradeli-ol-msahibe/ və s.

 

Departament əməkdaşının məqaləsi “Mədəniyyət Dünyası” jurnalında

Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru Mələk Kərimovanın  “Musiqi terapiyasının psixi rifahımızda rolu” adlı  məqaləsi Ali Attestasiya Komissiyasının jurnalları siyahısında yer alan  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin XXXXIV saylı “Mədəniyyət Dünyası” jurnalında çap edilib. Məqalədə musiqi terapiyasının  tarixi keçmişi tədqiq edilmiş, musiqi terapiyasının alt sahələri, musiqinin beyin yarımkürələrinə təsiri mexanizmləri, depresiyadan azad olma, streslə mübarizədəki rolu və psixi  rifahın qorunmasında əhəmiyyəti üzərində dayanılmışdır.

 

"Rəqs terapiyası" mövzusunda praktiki seminar

2024-cü il mayın 3-də Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın dəvəti ilə "Danceability Azərbaycan"ın təsisçisi Nigar Sultanova "Sənət terapiyası" dərsində qonaq qismində iştirak edib. Seminarda rəqs terapiyasının tarixi inkişafı, faydalılığı və tətbiqi müzakirə olunub.

Son illərdə dünyada geniş tətbiq olunan və psixi narahatlıqların həllində alternativ bir vasitə kimi diqqət çəkən rəqs terapiyası dərsin əsas mövzusu olub. Nigar Sultanova tələbələrə rəqs terapiyasının əsas prinsiplərini izah edərək, onu praktiki olaraq necə tətbiq etməyi əyani şəkildə nümayiş etdirib. Tələbələr də rəqs terapiyasında iştirak edərək, bu təcrübənin onların ruhi sağlamlığına müsbət təsirlərini hiss etdiklərini bildiriblər.

Tədbir tələbələrin böyük marağına səbəb olub və rəqs terapiyasının ruhi sağlamlıq üçün faydalarını əyani şəkildə nümayiş etdirib.

 

Azərbaycan 8-ci Beynəlxalq Psixologiya Konfransı

Xəzər Universiteti Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il aprelin 26-27-də Xəzər Universitetində Azərbaycan 8-ci Beynəlxalq Psixologiya Konfransı keçirildi.Açılış Xəzər Universitetinin orkestrı ilə başlandı.  Xəzər Multimedia Mərkəzinin hazırladığı və əvvəlki illərin konfranslarını əks etdirən video material iştirakçılara nümayiş etdirildi.

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova departament və Xəzər Psixoloji Xidmət Mərkəzinin bu tip seminar, təlim və konfranslarda aktiv yer aldığını qeyd edərək, konfransın açılışı üçün sözü Xəzər Universitetin  Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verdi. O da öz növbəsində  bir ənənə halını alan konfransın işinə uğurlar diləyərək, psixologiyanın elm sahəsi kimi inkişafda olduğunu  söylədi.  Xəzər Universitetinin rektoru  Dos. İradə Xəlilova bu kimi konfransların əhəmiyyətli olduğunu qeyd edərək, konfransın işinə uğurlar dilədi.

Psixologiya departamentinin koordinatoru Mələk Kərimova konfransa Britaniyadan dəvət edilmiş əsas spikerlər haqqında ətraflı məlumat verdi. Dedi ki, konfransa dünyanın məşhur psixoloqlarından biri, Britaniya Psixologiya Cəmiyyəti və Amerika Psixologiya Assosiasiyasının üzvü, 95 kitab və 1480-dən çox məqalə müəllifi Adrian Furnham, “Inclusion Childhood and Education Ltd (ICE)” şirkətinin təsisçi direktoru və “Əlillik və Cəmiyyət” jurnalınin baş redaktoru Michele Moore, Marmara Universitetinin professorları Müge Yüksel, Azize Nilgün Canel, Durmuş Ümmet, Mersin Universitetinin professoru Cem Ali Gizir dəvət edilmişdir.

İki gün davam edən konfransda Prof. Adrian Furnham “Pul və Motivasiya” haqqında iştirakçılara təlim keçdi. Təlimdə gəlirin və maddi vəziyyətin insan psixologiyasına təsiri, həmçinin pul və motivasiya arasındaki əlaqədən danışıldı. Ardınca Prof. Michele Moore "Əlillik və ailədə yaşanan çətinliklər" mövzusu  ətrafında  ən son yenilikləri iştirakçılara çatdırdı.  Prof. Cem Ali Gizir "Yaş terapiyası" mövzusundan bəhs etdi. Tədbirin davamında Prof. Azize Nilgün Canel "Metakoqnitiv yardım prossesi" barəsində iştirakçılara məlumat verdi. Konfrans Doç. Durmuş Ümmetin "Psixi sağlamlıq mütəxəssislərində şəfqət yorğunluğu" mövzusunda nəzəri, "Seanslarda terapevtik kartların istifadə edilməsi” mövzusunda   praktik çıxışı ilə yekunlaşdı.

Konfransın ikinci gününün daha çox hissəsini praktiki tapşırıqlar əhatə edirdi. Prof. Adrian Furnham "Liderlerin uğursuzluqlarının səbəbləri" barəsində iştirakçılarla bərabər praktiki təlim keçdi. Prof. Michele Moore "Əlilliklə üzləşən ailələrdə çətinliklərlə işləmə metodları”, Prof. Cem Ali Gizir "Yaş terapiyasında istifadə edilən metodlar”, Prof. Azize Nilgün Canel "Həyat ağacı: Gücləndirmə əsaslı Narrativ terapiyanın tətbiqi”, Prof. Müge Yüksel "Yaradıcı dramın tətbiqi” mövzuları barədə  ətraflı müzakirələr aparmaqla  yanaşı onların  tətbiqi qaydalarını  da şərh etdilər.

Konfransdan sonra qonaqlarla axşam yeməyi təşkil edildi və gələcək əməkdaşlıq məsələləri müzakirə edildi. Sonda konfrans iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olundu və  konfransa sponsorluq dəstəyi verən  “Asterias” şirkətinə təşəkkür edildi.

 

Psixologiya departamenti əməkdaşlarının məqaləsi “Journal of Education and Training Studies” jurnalında

Xəzər Universitetinin Psixologiya departamentinin müəllimləri - psixologiya üzrə fəlsəfə doktoru  Maarif Məmmədov,  Anar Babayev və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarovun həmmüəllifi  olduqları “Examining the Psychometric Properties of the Adolescent Students' Basic Psychological Needs at School Scale for the Azerbaijani Sample” (“Məktəbli yeniyetmələrin əsas psixoloji ehtiyaclarının müəyyən olunması şkalasının Azərbaycan dili və mədəniyyətinə adaptasiyası”) adlı  məqalə “Journal of Education and Training Studies” jurnalında dərc edilib.

Məqalədə məktəbli yeniyetmələrin əsas psixoloji ehtiyaclarını qiymətləndirmək  məqsədilə  hazırlanmış “Məktəbli yeniyetmələrin əsas psixoloji ehtiyaclarının müəyyən olunması şkalası”nı

("The Adolescent Students' Basic Psychological Needs at School Scale (ASBPNSS)” Azərbaycan məktəbliləri üçün standartlaşdırmaq  və adaptasiya etməklə əlaqədar aparılmış tədqiqatdan və əldə edimiş nəticədən bəhs olunur. Belə ki, 12-17 yaş arasında 505  şagird üzərində   şkalanın psixometrik xüsusiyyətləri qiymətləndirilib  və  Azərbaycanda istifadə üçün uyğun olduğu müəyyən edilib.

Qeyd edək ki, “Journal of Education and Training Studies” 2013-cı ildən nəşr olunmağa başlayan beynəlxalq jurnaldır.

https://redfame.com/journal/index.php/jets/article/view/6545

 

“Erkən nikah və fəsadları”na həsr olunan seminar

2024-cü il martın 4-də Xəzər Universiteti Psixologiya departamentinin və Psixologiya klubunun birgə təşkilatçılığı ilə "Erkən nikah və fəsadları" adlı seminar keçirilib. Seminara dəvət olunan Azərbaycan Tibb Universitetinin və Nova Tibb Universitetinin (Portuqaliya, Lissabon) məzunu həkim psixiatr-psixoterapevt Cəmilə İsmayılova çıxış edərək erkən nikahın gənclərin inkişaf və həyatlarına zərərləri olduğu, erkən evliliyə məcbur edilən gənclərin hüquqları, onların müraciət edə biləcəyi qurumlar barədə geniş məlumat verib. Seminar zamanı fikir mübadiləsi aparılıb, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

Psixologiya departamenti müəlliminin məqaləsi “Journal of Awareness” jurnalında

Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi, geriatrik psixologiya üzrə fəlsəfə doktoru Gülşən Əliyevanın müəllifi olduğu “Yaşlı əhalinin psixi sağlamlığının və həyat keyfiyyətinin yaxşılaşdırılması” adlı məqaləsi “Journal of Awareness” jurnalında (2024, cild 9, № 1, səh. 191-200) dərc edilib.

Humanitar və sosial elmlər üzrə Avropa istinad indeksi olan “Journal of Awareness” 2016-cı ildə nəşr olunmağa başlayan beynəlxalq əhəmiyyətli jurnaldır. Bu jurnal humanitar elmlərin yüksək keyfiyyətli nəzəri və tətbiqi məqalələrinin nəşrini nəzərdə tutur. Məqalədə əsas məqsəd Azərbaycanda yaşlı əhali üzrə tədqiqat apararaq, qocalmanın psixoloji aspektlərini təsvir etməkdir.

Tədqiqatın nəticələrinə görə, əksər demoqrafik kateqoriyalar üzrə depressiya dərəcələri və ailə dəstəyi olub-olmayan iştirakçılar arasında depressiya əlamətlərinin nəticələri üzrə əhəmiyyətli fərqlərin olduğu müəyyən edilib.

https://journals.gen.tr/index.php/joa/article/view/2285 

 

Xəzər Universitetinin Psixologiya departamentinin təşəbbüsü ilə “Yaradıcı psixologiya simpozium”u keçirilib

2023-cü il dekabrın 15-16-da Xəzər Universitetinin Psixologiya departamentinin təşəbbüsü və Fullbright Scholarship müəllimi Dr. Elnur Gajıyevin rəhbərliyi ilə “Yaradıcı psixologiya simpoziumu” keçirilib. Simpoziumun keçirilməsində əsas məqsəd yaradıcı terapevtik yanaşmalara artan tələbat və Azərbaycanda bu mövzu ilə bağlı elmi praktiki tədbirin təşkili, bu terapiya sahəsinə marağın daha da artırılması və daha geniş əhali kütləsini maarifləndirmək olub.

İki gün davam edən simpoziumun ilk günü İçərişəhərdə yerləşən “Passage 1901” ünvanında baş tutub və 4 sessiyadan ibarət təşkil olunub. Bu sessiyalarda yaradıcı terapiyalar və onların növləri ilə əlaqədar elmi və praktiki çalışmalar nümayiş etdirilib.

Simpoziumum açılışı zamanı yaradıcı terapiyaların ümumi effektivliyi, tətbiqi və elmi əsasları barədə Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova məruzə edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stefan Qays çıxışında Fullbright proqramının və Azərbaycanda fərqli formatda təşkil edilən bu simpoziumun əhəmiyyətini qeyd edib.

Azərbaycan İncəsənət Birliyinin üzvü, tibb üzrə fəlsəfə doktoru Mehriban Şəmsəddinskaya “Metoforik portret” mövzusu ilə məruzə edib. Azərbaycanın incəsənət xadimi Səbinə Şıxlinskaya “Kollektiv mənlik” mövzusu barədə fikirlərini iştirakçılarla bölüşüb.

Sessiyanın davamında klinik psixoloq Dr. Elnur Gajıyev poeziya terapiyasının önəmini və effektivliyini vurğulayaraq, bu sahədə praktik nümunələri diqqətə çatdırıb.

Son sessiyada panel müzakirəsi təqdim edilərək, iştirakçıların interaktiv çıxışı dinlənilib. Bununla yanaşı, simpoziumda iştirak edən iştirakçılar rəsm əsərləri çəkərək öz sənət bacarıqlarını nümayış etdiriblər. “Kollektiv mənlik” anlayışını ifadə edən və hamının iştirakı ilə yaradılan rəsm əsəri də simpoziumda iştirakçıların böyük marağına səbəb olub.

Simpozimun ikinci hissəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə yaradılmış “Nine Sense” Yaradıcılıq Mərkəzində keçirilib. 3 sessiyadan ibarət olan bu hissədə ilk olaraq yoqa müəllimi, təlimçi Qafar Qənızadə yoqa və onun faydalarından bəhs edərək, onun insan psixologiyasına təsiri barədə məlumat verib. Sonra iştirakçılarla birlikdə yoqa təlimi aparılıb. Səs terapisti, musiqiçi, “Om Shri” studiyasının təsisçisi İlhamə Babayeva musiqi və səs terapiyasının əsaslarını iştirakçılara izah edib. Səs və musiqi terapiyasının ruh və bədən sağlamlığına faydaları müzakirə olunub.

Simpoziumun davam edən növbəti sessiyalarında “DanceAbilty Azerbaijan” təsisçisi Nigar Soltanova rəqs terapiyasının psixi, fiziki və zehni faydaları barədə mülahizələrini bölüşərək, inklüzivliyi anlamağımızda hərəkət terapiyasının əhəmiyyətini praktiki çalışmalar yolu ilə nümayiş etdirib. Psixoloq Günel Muradova ümumi davranışsal aktivliyin önəminə diqqət çəkərək, hərəkət və fiziki aktivliyin bilavasitə psixi sağlamlıqla əlaqəli olduğunu söyləyib.

Tədbirin sonunda təqdim olunan hərəkət və rəqs performansları iştirakçıların böyük marağına səbəb olub. Simpozimun sonunda könüllülərə və iştirakçılara sertifikatlar təqdim olunub.

“Yaradıcı psixologiya simpoziumu” ictimai maraq doğurub və mətbuat səhifələrində işıqlandırılıb.

https://report.az/medeniyyet-siyaseti/bakida-ilk-yaradici-psixologiya-simpoziumu-kecirilir/ 

https://baku.tv/id-112858 

 

“Bir ömür psixi sağlamlıq” simpoziumunda “Boşanma, yoxsa ailə psixoterapiyası” mövzusunda məruzə

2023-cü il dekabrın 7-10-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bir ömür psixi sağlamlıq” simpoziumunda Psixologiya departamentinin koordinatoru psixoloq Mələk Kərimova “Boşanma, yoxsa Ailə psixoterapiyası?” mövzusunda məruzəçi qismində çıxış etmişdir. O, öz çıxışında ailə ünsiyyətini artıran faktorları qeyd etməklə yanaşı, sivil boşanma və ölkəmizdə son illərdə tətbiqi başladılan mediasiya institutu haqqında fikirlərini ifadə etmişdir. İştirakçıların suallarını cavablandıran M.Kərimova elmi və praktiki biliklərini də onlarla bölüşmüş, cütlüklərin kriz zamanı ailə psixoloqlarına müraciətinin zəruri olduğunu qeyd etmiş, boşanmadan sonra tərəflərə göstəriləcək psixoloji xidmətin əhəmiyyətli olduğunu vurğulamışdır.

“Yeni Klinika”da “Nəfəs” Psixonevroloji Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə xarici ölkələrdən və yerli mütəxəssislərdən ibarət qonaqlar bütün yaş mərhələlərinə uyğun olaraq psixi çətinliklər və profilaktik tədbirlər mövzusunda interaktiv müzakirələr təşkil etmişlər.

 

Psixologiya Departamentinin əməkdaşı Bakı Ali Neft Məktəbində

2023-cü il noyabrın 30-da Xəzər Universitetinin Psixologiya departamentinin assistenti və “Xəzər Psixoloji Xidmət Mərkəzi”-nin psixoloqu Mirsadiq Muxtarov tələbə məclisinin dəvəti ilə Bakı Ali Neft Məktəbində “Psixopatologiyaya ümumi baxış” mövzusunda seminar keçirmişdir. Seminarın təşkilində əsas məqsəd tələbələrin psixopatologiya haqqında maariflənməsi, psixi xəstəliklər haqqında düzgün bilgilərə sahib olmaları idi.

Seminarda tələbələrə psixopatologiya anlayışı və onun tarixi inkişafından bəhs edilmişdir. Bununla yanaşı, etiketləmə (stiqma) mövzusuna da toxunularaq, psixi problemli şəxslərə qarşı qərəzli təsəvvürlərin yaranmasına qarşı addımlar barədə müzakirə aparılmışdır. Stiqmaya məruz qalan şəxslərin cəmiyyətdən ayrı olaraq qruplaşdırılmasının fəsadları vurğulanmışdır. Seminarın davamında müasir psixologiyada psixopatologiyanın ümumi təsnifatına də nəzər yetirilmişdir. Tələbələrə həmçinin depressiya və digər emosional pozuntular, eləcə də şəxsiyyət pozuntularından ətraflı bəhs edilmişdir.

Tələbələr aktiv şəkildə müzakirələrə qoşularaq, təlimçiyə mövzu ilə əlaqədar suallar vermişlər.

 

Nəfəs klinikasının təcrübəli həkimi “Xəzər”in qonağı olub

2023-cü il dekabrın 11-də Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşkilatçılığı ilə Türkiyənin Hacettepe Universitetinin məzunu, Nəfəs Klinikasının təcrübəli həkimi, psixiatr Fəhmin Haqverdiyev Xəzər Universitetinin qonağı olub. O, tələbələrə "Loqoterapiya və ekzistensial terapiyalar" mövzusunda mühazirə oxuyub.

Loqoterapiya Avstriyalı neyropsixiatr Viktor Frankl tərəfindən yaradılan bir psixoterapiya növüdür. Loqoterapiya insanın həyatında mənanın və məqsədin əhəmiyyətini vurğulayaraq, psixika və ruh sağlamlığını inkişaf etdirməyə nail olmağı hədəfləyir.

Fəhmin Haqverdiyev də məhz yuxarıda qeyd edilən mövzu ətrafında tələbələrə terapiyaların tarixi inkişafını və fəlsəfəsini ətraflı şəkildə izah edib. Loqoterapiyanın mühüm əhəmiyyəti və bu sahədə fəaliyyət göstərən terapistlərin həssas yanaşmaları, seanslarda diqqət ediləcək məqamlar və müzakirə ediləcək mövzular da mühazirənin əsas məzmununu təşkil edib.

Seminar zamanı tələbələrlə aktiv şəkildə müzakirələr aparılıb. Müzakirələrdə Loqoterapiyanın müasir dövrdəki əhəmiyyəti bir daha vurğulanıb.

 
“Film analizi” günü

2023-cü il oktyabrın 21-də Xəzər Universitetinin Psixologiya departamenti və psixologiya ixtisası tələbələri tərəfindən təsis edilmiş “PsychoClub”-un birgə əməkdaşlığı ilə “film analizi” günü keçirildi. Tədbirin təşkilində əsas məqsədlər tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, filmləri psixoloji cəhətdən təhlil edərək bu sahədəki biliklərinin artırılması, eləcə də, onların bir-biri ilə sosiallaşmasına şərait yaratmaq idi.

Tədbirdə Psixologiya departamentinin koordinatoru Mələk Kərimova belə tədbirlərin əhəmiyyətini vurğuladıqdan sonra film izlənildi. Analiz üçün “Toc-Toc” filmi seçilmişdi. Filmin mövzusu Obsessiv-Kompulsiv Pozuntudan əziyyət çəkən insanların yaşadıqları çətinliklər və bu problemlərin öhdəsindən gəlmə üsulları idi. Sonra tələbələrin aktiv iştirakı ilə film təhlil edildi və Xəzər Universitetinin Psixologiya departamentinin assistenti Mirsadiq Muxtarov tərəfindən ümumiləşdirildi. O, filmin mövzusuna istinad edərək, Obsessiv-Kompulsiv Pozuntunun nə olduğu və hansı terapiya növləri ilə yanaşılacağını izah etdi.

Tədbir tələbələrin böyük marağına səbəb oldu. Departament tərəfindən bu tip silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Psixologiya Departamentinin əməkdaşı Bakı Ali Neft Məktəbində

2023-cü il noyabrın 30-da Xəzər Universitetinin Psixologiya departamentinin assistenti və “Xəzər Psixoloji Xidmət Mərkəzi”-nin psixoloqu Mirsadiq Muxtarov tələbə məclisinin dəvəti ilə Bakı Ali Neft Məktəbində “Psixopatologiyaya ümumi baxış” mövzusunda seminar keçirmişdir. Seminarın təşkilində əsas məqsəd tələbələrin psixopatologiya haqqında maariflənməsi, psixi xəstəliklər haqqında düzgün bilgilərə sahib olmaları idi.

Seminarda tələbələrə psixopatologiya anlayışı və onun tarixi inkişafından bəhs edilmişdir. Bununla yanaşı, etiketləmə (stiqma) mövzusuna da toxunularaq, psixi problemli şəxslərə qarşı qərəzli təsəvvürlərin yaranmasına qarşı addımlar barədə müzakirə aparılmışdır. Stiqmaya məruz qalan şəxslərin cəmiyyətdən ayrı olaraq qruplaşdırılmasının fəsadları vurğulanmışdır. Seminarın davamında müasir psixologiyada psixopatologiyanın ümumi təsnifatına də nəzər yetirilmişdir. Tələbələrə həmçinin depressiya və digər emosional pozuntular, eləcə də şəxsiyyət pozuntularından ətraflı bəhs edilmişdir.

Tələbələr aktiv şəkildə müzakirələrə qoşularaq, təlimçiyə mövzu ilə əlaqədar suallar vermişlər.

 

Xəzər Universitetinin Psixologiya departamentinin təşəbbüsü ilə “Yaradıcı psixologiya simpozium”u keçirilib

2023-cü il dekabrın 15-16-da Xəzər Universitetinin Psixologiya departamentinin təşəbbüsü və Fullbright Scholarship müəllimi Dr. Elnur Gajıyevin rəhbərliyi ilə “Yaradıcı psixologiya simpoziumu” keçirilib. Simpoziumun keçirilməsində əsas məqsəd yaradıcı terapevtik yanaşmalara artan tələbat və Azərbaycanda bu mövzu ilə bağlı elmi praktiki tədbirin təşkili, bu terapiya sahəsinə marağın daha da artırılması və daha geniş əhali kütləsini maarifləndirmək olub.

İki gün davam edən simpoziumun ilk günü İçərişəhərdə yerləşən “Passage 1901” ünvanında baş tutub və 4 sessiyadan ibarət təşkil olunub. Bu sessiyalarda yaradıcı terapiyalar və onların növləri ilə əlaqədar elmi və praktiki çalışmalar nümayiş etdirilib.

Simpoziumum açılışı zamanı yaradıcı terapiyaların ümumi effektivliyi, tətbiqi və elmi əsasları barədə Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova məruzə edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stefan Qays çıxışında Fullbright proqramının və Azərbaycanda fərqli formatda təşkil edilən bu simpoziumun əhəmiyyətini qeyd edib.

Azərbaycan İncəsənət Birliyinin üzvü, tibb üzrə fəlsəfə doktoru Mehriban Şəmsəddinskaya “Metoforik portret” mövzusu ilə məruzə edib. Azərbaycanın incəsənət xadimi Səbinə Şıxlinskaya “Kollektiv mənlik” mövzusu barədə fikirlərini iştirakçılarla bölüşüb.

Sessiyanın davamında klinik psixoloq Dr. Elnur Gajıyev poeziya terapiyasının önəmini və effektivliyini vurğulayaraq, bu sahədə praktik nümunələri diqqətə çatdırıb.

Son sessiyada panel müzakirəsi təqdim edilərək, iştirakçıların interaktiv çıxışı dinlənilib. Bununla yanaşı, simpoziumda iştirak edən iştirakçılar rəsm əsərləri çəkərək öz sənət bacarıqlarını nümayış etdiriblər. “Kollektiv mənlik” anlayışını ifadə edən və hamının iştirakı ilə yaradılan rəsm əsəri də simpoziumda iştirakçıların böyük marağına səbəb olub.

Simpozimun ikinci hissəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə yaradılmış “Nine Sense” Yaradıcılıq Mərkəzində keçirilib. 3 sessiyadan ibarət olan bu hissədə ilk olaraq yoqa müəllimi, təlimçi Qafar Qənızadə yoqa və onun faydalarından bəhs edərək, onun insan psixologiyasına təsiri barədə məlumat verib. Sonra iştirakçılarla birlikdə yoqa təlimi aparılıb. Səs terapisti, musiqiçi, “Om Shri” studiyasının təsisçisi İlhamə Babayeva musiqi və səs terapiyasının əsaslarını iştirakçılara izah edib. Səs və musiqi terapiyasının ruh və bədən sağlamlığına faydaları müzakirə olunub.

Simpoziumun davam edən növbəti sessiyalarında “DanceAbilty Azerbaijan” təsisçisi Nigar Soltanova rəqs terapiyasının psixi, fiziki və zehni faydaları barədə mülahizələrini bölüşərək, inklüzivliyi anlamağımızda hərəkət terapiyasının əhəmiyyətini praktiki çalışmalar yolu ilə nümayiş etdirib. Psixoloq Günel Muradova ümumi davranışsal aktivliyin önəminə diqqət çəkərək, hərəkət və fiziki aktivliyin bilavasitə psixi sağlamlıqla əlaqəli olduğunu söyləyib.

Tədbirin sonunda təqdim olunan hərəkət və rəqs performansları iştirakçıların böyük marağına səbəb olub. Simpozimun sonunda könüllülərə və iştirakçılara sertifikatlar təqdim olunub.

“Yaradıcı psixologiya simpoziumu” ictimai maraq doğurub və mətbuat səhifələrində işıqlandırılıb.

https://report.az/medeniyyet-siyaseti/bakida-ilk-yaradici-psixologiya-simpoziumu-kecirilir/ 

https://baku.tv/id-112858 

 

Narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş silsilə seminarlar

Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və Respublika Narkologiya Mərkəzinin psixoloqu Ramin Allahverdiyev tərəfindən 2023-cü ilin yanvar-may aylarında İngilis dili müəllimliyi, Dizayn və İqtisadiyyat ixtisaslarının tələbələrinə “Psixoaktiv maddələrin istifadəsinin zərərli təsirləri” mövzusunda seminarlar təşkil edilib.

Seminarların əsas hədəfi tələbələrin psixoaktiv maddələrin insan sağlamlığına təsirinin zərərlərindən xəbərdar edilməsidir. Psixoaktiv maddələrin istifadəsinin zərərləri ilə birlikdə bu məsələyə dair tələbələrin ümumi məlumat səviyyəsinin artırılmasına da diqqət yetirilmişdir. Gənclərin sosio-ekonomik və ailə problemləri, uyğunsuz sosial mühitlərin mənfi təsiri kimi məsələlər müzakirə olunmuşdur. Tələbələrə psixi və fiziki sağlamlıqlarını necə qoruya biləcəkləri və alternativ yollar barədə də məlumatlar verilmişdir.

Seminarlar tələbələr tərəfindən maraqla qarşılanmış, onların sualları cavablandırılmışdır.

 

Psixologiya departamentinin koordinatoru İTV-nin “Sabaha saxlamayaq” verilişində

2021-ci il dekabrın 6-da Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişinin qonağı oldu. Verilişin mövzusu internat uşaqlarının cəmiyyətə inteqrasiyası ilə bağlı olub, onların yaşadıqları çətinliklər, psixoloji maneələr kimi məsələlərlə bağlı idi. Belə ki, valideyn himayəsindən məhrum olmuş və ya valideynini itirən uşaqların cəmiyyətə asan uyğunlaşa bilmələri üçün sosial, psixoloji və hüquqi məsələlərə toxunuldu

Verilişi aşağıdaki linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=gVpoWY5jcBw 

 

“Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” metodik vəsaitinin təqdimatı

2021-ci il oktyabrın 27-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən Cənubi Qafqazda Yerli İnkişaf üçün  Yaxşı İdarəetmə layihəsi çərçivəsində təşkil edilən tədbirdə iştirak etmişdir. 

Layihədə dövlət idarəetməsində və qərar qəbul etmədə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər haqqında məlumat verilmiş, cəmiyyətdəki genderlə bağlı streotiplər, dövlət qulluğuna müraciət edənlərin gender balansı məsələləri müzakirə olunmuşdur.

Tədbir bu istiqamətdə görülən işlərin davamı olaraq Azərbaycanda ilk dəfə çap olunan “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” metodik vəsaitinin təqdimatı ilə davam etdirilmişdir. Vəsait Dövlət İmtahan Mərkəzi, Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı nəticəsində hazırlanaraq, çap edilmişdir.

Təlimin sonunda dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlərin müzakirəsi aparılıb və universitetlərdə gender balansı ilə bağlı peşələr müzakirə edilərək, təkliflər irəli sürülüb.

http://www.scfwca.gov.az/...

 

Psixologiya departamenti əməkdaşının metodik dərs vəsaiti çap olunub

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın “Terapevtik ünsiyyətin əsasları” metodik dərs vəsaiti “Elm və Təhsil” nəşriyyatında çapdan çıxmışdır.

Kitabda psixoloji seanslarla bağlı aktual nəzəri və praktiki məsələlərə yer verilmişdir. Müəllif məzun və tələbələrin psixoloji konsultasiya ilə məşqul olduqları zaman üzləşdikləri suallara cavab verməyə səy göstərmişdir. Kitaba anonimlik və etik prinsiplər qorunmaqla real pasiyent ifadələri verilərək, praktiki çalışmalar daxil edilmişdir.

Kitab ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur və psixoloji konsultasiya dərsində metodik vəsait kimi istifadə oluna bilər. Dərs vəsaiti Xəzər Universiteti Elmi şurasının qərarı ilə çapa tövsiyə edilmişdir.

  

“Xəzər”in psixoloq mütəxəssisinin məqaləsi “Pedaqogika” jurnalında

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın “Peşə bacarıqlarının formalaşmasında superviziyanın rolu” adlı məqaləsi pedaqogika, psixologiya elmləri üzrə elmi-nəzəri-metodik nəşr olan “Pedaqogika” jurnalının 2021-ci il 1-ci sayında dərc edilmişdir.

Beynəlxalq praktikada tətbiq edilən və ruhi sağlamlıq sahəsində çalışan mütəxəssislərin psixoloji konsultasiya bacarıqlarının formalaşmasında əhəmiyyətli olan superviziya prosesi pilot tədqiqat olaraq Xəzər Universitetində aparılmış və nəticələri məqalədə əks olunmuşdur.

  

"İmtahan öncəsi psixi sağlamlığı qoruma yolları" mövzusunda vebinar

Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Mələk Kərimova 2021-ci il aprelin 11-də İsmayıllı rayonunda yerləşən Niyal kurslarının dəvəti ilə abuturiyentlərlə onlayn vebinar keçirmişdir. "İmtahan öncəsi psixi sağlamlığı qoruma yolları" adlı webinarda İsmayıllı, Qəbələ, Ağdaş, Göyçay, Ucar və Bakıdan çoxlu abituriyent iştirak etmişdir.

Vebinarda imtahan öncəsi stress, onu dəf etmək yolları, imtahana məhsuldar hazırlanma, vaxtın idarə edilməsi kimi müxtəlif istiqamətlərdə müzakirələr aparılmış, şagirdlərin sualları cavablandırılmışdır. Vebinarın sonunda şagirdlər tədbirin faydalı olduğunu bildirmişlər.

 

“Xəzər”in əməkdaşı Əlilliyi olan tələbələrlə bağlı təlimdə iştirak edəcək

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Mələk Kərimova Avrasya Universitetlər Birliyi (EURAS) və UNEC (İnklüziv Təhsil Mərkəzi) əməkdaşlığı çərçivəsində 2021-ci il mayın 5-də keçiriləcək “Əlilliyi olan şəxslərə koronavirus dönəminin təsirləri-universitet tələbələrinin psixi sağlamlığı” adlı təlimdə iştirak edəcək. O, “Azərbaycanda Covid mərhələsində universitet tələbələri arasında görülən psixoloji simptomların müəyyənləşdirilməsi” mövzusunda tədqiqatı ilə əlaqədar çıxış edəcək. Təlimdə İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Global Əlillər Fondunun (GDF) rəhbəri Nejdet Öztürk, Yuvam Mərkəzinin rəhbəri Prof. Dr. İmer Okarın çıxışı da planlaşdırılmışdır.

 

Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri beynəlxalq seminarda

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova, Amerika Adelphy Universitetinin əməkdaşı Prof.Dr. Chistopher Muran və Amerika Yeshiva Universitetinin əməkdaşı Prof. Dr. Catherine Eubanksın 2021-ci il iyunun 19-da birgə keçirdikləri “Terapevtik ittifaqın qurulmasında yaşanan çətinliklər və yenidən münasibətlərin tənzimlənməsi” mövzusunda seminarda iştirak etmişdir.

Seminar “Türkiyə Ruh Sağlığı Dərnəyi” və “Kim” Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

  

“Xəzər”in psixoloq mütəxəssisi “Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə: müasir araşdırmalar” konqresində

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova 2021-ci il iyunun 17-19-da “Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə: müasir araşdırmalar” mövzusunda keçirilmiş kongresdə “Covid-19 pandemiyası dövründə universitet tələbələrinin psixi sağlamlıqlarının dəyərləndirilməsi” mövzusunda çıxış etmişdir.

Tədqiqat Xəzər Universiteti tələbələri üzərində aparılmış və tələbələrin pandemiya müddətində yalqızlıq duyğularının artdığı, həyat tərzlərinin dəyişildiyi, adaptasiya çətinlikləri, gələcəklə əlaqəli qeyri-müəyyənliklərinin və ümidsizliyinin artdığı müəyyən edilmişdir. Bununla birlikdə, tələbələrlə keçirilən sorğu nəticəsində bir qrup tələbənin isə bu mərhələni daha rahat keçirdiyi, müsbət qiymətləndirdiyi və daxili imkanlarını artırdığı, ailəsi ilə daha çox vaxt keçirmək üçün imkan əldə etdiyi məlum olmuşdur. Tədqiqat nəticələrinə əsasən tələbələrin psixi sağlamlıqlarının gücləndirilməsi üçün təkliflər verilmişdir.

 

Psixologiya departamentinin koordinatoru EMDR təlimində

EMDR metodu 1989-cu ildə amerikalı psixiatr Francino Saphiro tərəfindən ortaya qoyulan psixo-fizioloji təməlli bir metoddur. Göz hərəkətləri ilə hissizləşdirmə və yenidən işləmə kimi qeyd edilən bu metod ancaq EMDR Avropa Təşkilatının icazə verdiyi təlimçilər vasitəsilə verilə bilən bir təlimdir.

EMDR Türkiyə təmsilçisi Asena Yurtsever tərəfindən verilən beynəlxalq təlimin birinci modülündə Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova da iştirak etmişdir.

Metod bir sıra psixi pozuntular və xüsusilə travmatik yaşam təcrübələri zamanı istifadə edilərək, qısa müddətdə müsbət nəticələr verməkdədir.

“Xəzər”in əməkdaşı psixoloji təlimdə iştirakına görə sertifikat almışdır

Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin rəhbəri, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova Türkiyə Respublikası Ruh Sağlığı Dərnəyi və Kim Psixologiya Mərkəzinin təşkil etdiyi "Ölüm və Yas Terapiyası" təlimlərinin hər iki mərhələsini tamamlayaraq, sertifikat almışdır.  

 

Hacettepe Universitetinin professoru onlayn mühazirə oxudu

2020-ci il mayın 11-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova və müəllimi Cəmilə Rəhimli tərəfindən Zoom proqramı vasitəsilə mühazirə təşkil edildi. Mühazirəyə qonaq olaraq, Hacettepe Universitetinin professoru Tuncay Ergene dəvət edilmişdi. Professor Tuncay Ergene daha əvvəllər də Xəzər Universitetinin Beynəlxalq Psixologiya Konfransının qonağı olmuşdu. Qeyd edək ki, o, Ohio, Harvard universitetlərində karyerasını inkişaf etdirmiş və 6 il Türk PDR dərnəyinin rəhbəri vəzifəsində işləmişdir.

Hazırda öz fəaliyyətinə Hacettepe Universitetində davam edən professor Tuncay Ergene aktual məsələlərdən biri olan “Krizis zamanı ilk psixoloji yardım” mövzusunda mühazirə oxudu. O, hər hansı bir pandemiya zamanı cəmiyyətin qarşılaşdığı qeyri-müəyyənliyin, sağlamlıqla əlaqədar təhdidlərin insan psixologiyasına təsirlərindən, mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyündən, müxtəlif yanaşma və metodlardan bəhs edərək, sualları cavablandırdı. Mühazirədə müxtəlif universitetlərin psixologiya ixtisası tələbələri də iştirak edərək, öz təəssüratlarını və müsbət rəylərini bildirdilər. Tuncay Ergene belə görüşlərin həm elmi, həm də sosial dəstək cəhətdən qiymətli olduğunu vurğuladı.

 

“Oyun terapiyası” mövzusunda onlayn seminar

2020-ci il mayın 3-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru psixoloq Mələk Kərimova ilə Ankara şəhərində yerləşən İda Psixoloji Xidmətlər Mərkəzinin rəhbəri psixoloq konsultant Beyhan Okur ilə “Oyun terapiyası” mövzusunda onlayn seminar təşkil edildi. Seminarda oyun terapiyası, iştirakçıları, problemləri və yaş uyğunluğu, təhsilin əsas şərtləri mövzusunda maraqlı müzakirələr aparılaraq, izləyicilərdən gələn suallar cavablandırıldı.

 

MEDIATS layihəsinin koordinatoru ilə onlayn görüş

21 aprel 2020-ci il tarixində Xəzər Universitetinin tərəfdaşı olduğu Erasmus+ MEDIATS layihəsi çərçivəsində layihənin Ukraynalı koordinatoru olan KROK Universitetinin əməkdaşları Qalina Boqaçenko və Andrey Lotaryev ilə ZOOM platforması vasitəsilə onlayn görüş keçirilmişdir. Görüşdə Xəzər Universitetindən Siyasi Elmlər və Fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev, Təlim və Təhsil Mərkəzinin direktoru Ülkər Bayramova və Xəzər Psixoloji mərkəzinin rəhbəri Mələk Kərimova və Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə iştirak etmişdir.

Onlayn görüşdə layihə çərçivəsində mediasiya ilə bağlı materialların hazırlanması, nəşri və magistr ixtisasının açılması ətrafında geniş müzakirələr aparılmış, koordinator universitetin bu sahədəki təcrübələri görüş iştirakçılarına çatdırılmışdır. Həmçinin layihə çərçivəsində bundan sonra görüləcək bəzi işlərə də toxunulmuşdur və növbəti onlayn görüşün mövzusu müəyyənləşdirilmişdir.

Qeyd edək ki, koordinatorla onlayn görüş zamanı layihənin digər Azərbaycan tərəfdaşı olan Gəncə Dövlət Universitetinin əməkdaşları da iştirak etmişlər.

 

Psixologiya departamentinin müəllimləri tələbələrə təlim keçdilər

2020-ci il fevralın 28-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimovanın təşkilatçılığı ilə departamentin müəllimləri Aydan Xasməmmədzadə, Şəbnəm Soltanlı və HP Güvən klinikasının həkim ginekoloqu Nazxanım Qasımova tərəfindən “Cinsi funksiyalarda pozuntular və psixo-fizioloji yanaşmalar” mövzusunda təlim keçirildi. Təlimdə cinsi xəstəliklər, cinsi inkişaf zamanı baş verən psixo, fizioloji dəyişikliklər haqqında ətraflı məlumat verildi. Təlimdə monoqam və poliqam münasibətlərin tarixi ilə əlaqəli məlumat verən Şəbnəm Soltanlı bununla bağlı tələbələrlə müzakirələr apardı.

Təlimin əsas məqsədi bu sahədə tələbələri tibb və psixoloji biliklərlə maarifləndirmək, gələcəkdə baş verə biləcək sağlamlıq problemlərinin qarşısını almaqdır. Təlimdə tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı.

 

Psixologiya departamentinin əməkdaşı Sağlıq Psixologiyası seminarında iştirak etdi

2020-ci il fevralın 22-si və 23-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru və Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova Girne Psixoloji Danışma, Şəxsi inkişaf, Təlim və Araşdırma mərkəzi, NS Consulting şirkəti və klinik psixoloq Sevinc İsmayılovanın təşkilatçılığı ilə keçirilən “Klinik Sağlıq Psixologiyası” təliminə qonaq qismində dəvət olundu. Təlim Beynəlxalq Kipr Universitetinin dosenti Linda Fraim tərəfindən keçirilirdi.

Təlimdə müasir dövrdə psixologiya sahəsində öz aktuallığı ilə seçilən sağlıq psixologiyası sahəsinin inkişaf mərhələləri, müxtəlif ölkələrdəki tətbiqi çətinlikləri, insan sağlamlığını təhdid edən amillər və amillərdə insanın şüurlu yanaşmaları üzərində duruldu. Təlimin ilk günündə insanın sağlam həyat tərzi, xəstəliklər, sağlamlığı qavrama anlayışları da müzakirə edildi. Təlimin ikinci günündə isə sağlıq psixologiyası sahəsində istifadə edilən klinik testlər və onların necə tətbiq ediləcəyi ilə əlaqədar ətraflı məlumat verildi və tətbiqi ilə əlaqədar təlimatlara da xüsusi yer verildi.

Təlim sonrası M.Kərimova dosent Linda Fraimlə Xəzər Universitetinin əməkdaşlığı məsələlərini müzakirə edərək, departamentin bu sahədəki işləri ilə əlaqədar məlumat verdi.

 

Xəzər Universitetinin əməkdaşları “MEDIATS” layihəsi çərçivəsində görüşlərdə oldular

2020-ci il yanvarın 13-dən 16-dək Xəzər Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissiyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər keçirildi.

“MEDIATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq, münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.

Təlimdə Xəzər Universitetindən Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev, Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova, Psixologiya departamentinin rəhbəri Mələk Kərimova, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Lamiyə Pənahova, Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə iştirak edirdilər.

İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov tədris təcrübəsi görüşündə iştirak edərək beynəlxalq iştirakçı sertifikatı ilə təltif olundu.

Təlimlərin bir hissəsi isə intensiv seminara həsr olunmuşdu. Bir həftə davam edən seminar-məşğələdən sonra iştirakçılar üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu olaraq imtahan verərək, beynəlxalq diplomlara layiq görüldülər. Xəzər Universitetinin əməkdaşları digər iştirakçılarla müqayisədə ən yüksək göstəriciləri əldə edərək, 3 iştirakçının (Mələk Kərimova, Lamiyə Pənahova, Nilufər Əlizadə) Beynəlxalq Mediasiya Federasiyası və Niderland Biznes Akademiyasının birgə hazırladığı Beynəlxalq dərəcəli Mediator diplomu əldə etdiyi yeganə universitet oldu. Digər əməkdaşlar da imtahanı uğurla tamamlayaraq, Mediasiya üzrə beynəlxalq konsultant diplomu əldə etdilər (Dr. Ceyhun Məmmədov, Dr. Elmar Mustafayev, Ülkər Bayramova).

 

“Asılı olma, azad ol!” adlı tədbir oldu

2019-cu il dekabrın 19-da TİKA, Zərərli Vərdişlərə qarşı İçtimai Birlik, Türkiyə “Yeşilay” Dərnəyi, Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzi və Müasir Psixologiya Mərkəzinin birgə əməkdaşlığı ilə “Asılı olma, azad ol!” adlı tədbir təşkil edildi. Tədbirin əsas məqsədi asılılıq növləri ilə əlaqəli tələbələri maarifləndirmə, asılılıqla mübarizə və qorunma yolları ilə bağlı fərqindəlik yaratmaq idi.

Tədbirin təşkilatçısı psixoloq Mələk Kərimova mövzunun ölkəmiz üçün çox əhəmiyyətli olduğunu qeyd edərək, sağlam nəsillər, təmiz ətraf mühitin formalaşmasında hər bir vətəndaşın məsuliyyətli və həssas davranmasını xüsusilə qeyd etdi.

Xəzər Universitetinin rektoru Dr. İradə Xəlilova da mövzunun aktuallığını qeyd edərək, qonaqları salamladı.

Tədbirdə Ege Universitetinin müəllimi psixiatr Prof. Dr. Hakan Coşkunol, Türkiyə “Yeşilay” Cəmiyyətinin danışmanı Kemal Altın, Zərərli Vərdişlərə qarşı İctimai Birliyin sədri Zaur Orucov, Müasir Psixologiya Mərkəzinin rəhbəri Aida Nəbiyeva çıxış etdilər.

  

Psixologiya departamentinin əməkdaşı elmi-praktiki konfransında iştirak etdi

2019-cu il dekabrın 18-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universitetinin birlikdə təşkil etdikləri “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” birinci Beynəlxalq elmi-praktiki konfransında iştirak etdi. M.Kərimova “İncəsənətin sosial hadisə kimi cəmiyyətdə rolu” mövzusunda tezis ilə çıxış etdi. Çıxış zamanı o, Xəzər Universitetində incəsənət sahəsinə də xüsusi diqqət edildiyini və tələbələrdə estetik tərbiyənin formalaşması üçün mədəniyyət dərslərinin də olduğunu qeyd etdi. Mövzu ətrafında müzakirələr zamanı suallar cavablandırıldı.

M.Kərimovanın tədqiqat işi elmi-praktiki konfrans materialları kitabında məqalə kimi çap olunmuşdur.

 

Xəzər Universitetinin əməkdaşı əlilliklə bağlı tədbirdə iştirak etdi

2019-cu il dekabrın 2-də Əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrində qazandıqları uğurların işıqlandırılması yolu ilə digər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, eləcə də, gənclərin motivasiyası məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Bakı Konqres Mərkəzi”ndə “Dosttalks” adlı tədbir təşkil etdi.

Tədbirdə Xəzər Psixologiya departamentinin koordinatoru Mələk Kərimova da iştirak edirdi. Tədbirdə öz uğurlu həyat yolları ilə hamıya nümunə olacaq qonaqlar çıxış etdilər. Tədbirdə görmə qabiliyyəti məhdud olan uşaqlar müxtəlif musiqi nömrələri ilə çıxış etdilər. “DanceAbility” inklüziv komandasının rəqsi isə tədbirə daha da rəng qatdı.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Əliyev də məsələ ilə bağlı görülmüş və nəzərdə tutulan fəaliyyətlərdən bəhs etdilər. Bu sahə ilə əlaqədar cəmiyyətin hər bir üzvünün aktivliyinin də əhəmiyyəti üzərində fikir birliyinin zəruriliyi qeyd edildi.

Tədbir sonunda spikerlər diplomlarla təltif edildilər.

  

Psixologiya departamentinin əməkdaşı “Çıxışa doğru” verilişinin qonağı oldu

2019-cu il dekabrın 3-də Xəzər Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova AzTV-də “Çıxışa doğru” verilişinin qonağı oldu. Nailə Babayevanın təqdimatı ilə keçirilən verilişin mövzusu yerli və xarici vətəndaşların övladlığa götürmə prosedurları ilə əlaqədar müzakirələrlə bağlı idi. Verilişdə Əmək və Əhalinin Sosial İnkişafı Nazirliyinin əməkdaşı övladlığa götürmə ilə əlaqədar qəbul edilmiş qanunvericiliklə bağlı məlumat verdi.

Psixoloq Mələk Kərimova isə övladlığa götürmə ilə əlaqədar qarşılaşılan çətinliklər, bu məsələlərdə gizlilik prinsipi və götürülən uşaqlara yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə bu məsələnin düzgün şəkildə deyilməsinin əhəmiyyəti üzərində durdu. Eyni zamanda, əlliliyi olan insanların bu proseslə bağlı hüquqları da müzakirə edildi.

Verilişi bu link vasitəsilə izləmək olar:

http://www.aztv.az/canli/aztv-canli.htm 

  

Psixologiya departamentinin əməkdaşı Azərbaycan Radiosunun qonağı oldu

2019-cu il dekabrın 2-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova Azərbaycan Radiosunda (105FM) aparıcı Vüsalə Rafiqqızının qonağı oldu. O, qadınlarda depressiya əlamətləri və mübarizə yolları ilə əlaqədar ətraflı müzakirələr apararaq, cəmiyyətdə maariflənmənin önəmi üzərində durdu. M.Kərimova Xəzər Universitetinin Psixologiya departamentinin fəaliyyətindən bəhs edərək, tələbələrə və xalqa açıq seminarlarda bu mövzulara həssaslıqla yanaşdıqlarından bəhs etdi. O, eyni zamanda, universitetin bu mövzuya diqqətini qeyd edərək, tələbələrə psixoloji xidmətin zəruriliyini vurğuladı.

 

“Sigmund Freud: şəxsiyyət nəzəriyyəsi və yuxu analizləri” mövzusunda seminar keçirildi

2019-cu il noyabrın 29-da Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru psixoloq Mələk Kərimova “Sigmund Freud: Şəxsiyyət nəzəriyyəsi və yuxu analizləri” mövzusunda seminar keçirmək üçün Azərbaycan Universitetinə dəvət edildi. M.Kərimovanın maliyyə ixtisası tələbələri ilə keçirdiyi seminar onlar tərəfindən maraqla qarşılandı. Belə ki, o, seminarda S.Freudun nəzəriyyəsinin əsasları izah edilməklə yanaşı, şüuraltı davranış və hisslər, qorxu, qayğı, psixoloji müdafiə yolları, stress zamanı yaşanan pozuntular, mənlik konsepsiyası, yuxularda yer dəyişmə, özünü istiqamətləndirmə və döndərmə, xəyal qurma, yuxunun fizioloji mahiyyəti və bu kimi mövzuları əhatə etdi.

 

Psixologiya departamentinin əməkdaşları ƏƏSMN-nin konfransında iştirak etdilər

2019-cu il noyabrın 28-də Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru Mələk Kərimova və departamentin müəllimi Nilufər Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-“British Council”-in birgə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində nazirliyin, işəgötürənlərin, o cümlədən, biznes strukturlarının, digər maraqlı tərəflərin nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfransda iştirak etdilər. Konfransda əlilliyi olan şəxslərin uğur hekayələri dinlənilərək, onlarla Xəzər Universitetində həyata keçiriləcək növbəti layihələrin müzakirəsi də aparıldı.

 

Psixologiya departamentinin əməkdaşı simpoziumda oldu

2019-cu il 22-dən 24-dək Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova Türkiyənin Ankara şəhərində yerləşən Boylam Psixiatriya xəstəxanasında Prof. Ertuğrul Köroğlunun rəhbərliyi ilə təşkil edilmiş Klinik Psixologiya və Psixiatriya Simpoziumda (KLİPPS 2019) iştirak etdi.

M.Kərimova xaricdən dəvət edilən Rasional-Emosional Davranış Terapiyasının supervizoru Chyrsoula Kostagiannisin “REBT”, Linehan İnstitutu təlimçisi Ahmed Abdelkerimin “Dialektik davranış terapiyası”, MINT təlimçisi Graeme Horridgenin “İstəkləndirici görüşmə” təlimlərində iştirak etdi.

M.Kərimova, eyni zamanda, simpozium iştirakçılarına 2020-ci ildə təşkil ediləcək Azərbaycan VII Beynəlxalq Psixologiya Konfransı ilə əlaqəli məlumat verərək, dəvət edilməsi nəzərdə tutulan professor və müəllim heyəti ilə görüşdü.

 

Nişantaşı Universitetinin müəllimi tələbələrə mühazirə oxudu

2020-ci il mayın 20-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşkilatçılığı ilə Nişantaşı Universitetinin müəllimi Dr. Rıdvan Üney “Ailədə cinsi problemlər və cinsi terapiyalar” mövzusunda Xəzər Universiteti tələbələrinə onlayn mühazirə oxudu.

Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında təlim və tədqiqat sahəsində ixtisasını tamamlayan Dr. Ridvan Üney Karabük Dövlət Xəstəxanası və Silivri Dövlət Xəstəxanasında da psixiatr olaraq fəaliyyət göstərmişdir. Tədqiqat sahələri ailə terapiyaları və cinsi terapiyadır. Hazırda İstanbulda Nişantaşında şəxsi mərkəzində işləyir və Nişantaşı Universitetində də akademik fəaliyyətini davam etdirir.

 

Psixologiya departamentinin koordinatoru EMDR təlimində

EMDR metodu 1989-cu ildə amerikalı psixiatr Francino Saphiro tərəfindən ortaya qoyulan psixo-fizioloji təməlli bir metoddur. Göz hərəkətləri ilə hissizləşdirmə və yenidən işləmə kimi qeyd edilən bu metod ancaq EMDR Avropa Təşkilatının icazə verdiyi təlimçilər vasitəsilə verilə bilən bir təlimdir.

EMDR Türkiyə təmsilçisi Asena Yurtsever tərəfindən verilən beynəlxalq təlimin birinci modülündə Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova da iştirak etmişdir.

Metod bir sıra psixi pozuntular və xüsusilə travmatik yaşam təcrübələri zamanı istifadə edilərək, qısa müddətdə müsbət nəticələr verməkdədir.

 

“Xəzər”in əməkdaşı psixoloji təlimdə iştirakına görə sertifikat almışdır

Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin rəhbəri, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova Türkiyə Respublikası Ruh Sağlığı Dərnəyi və Kim Psixologiya Mərkəzinin təşkil etdiyi "Ölüm və Yas Terapiyası" təlimlərinin hər iki mərhələsini tamamlayaraq, sertifikat almışdır.

 

“Xəzər”in əməkdaşı İ.M.D.A.T.-ın Azərbaycan üzrə təmsilçisi seçilib

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru psixoloq Mələk Kərimova İ.M.D.A.T. (İntiharla Mücadelede Danışmanlıq Ağına Tutun) layihəsinin Azərbaycan üzrə təmsilçisi seçilib.

Türkiyə Ruh Sağlığı Dərnəyi İ.M.D.A.T. layihəsi ilə Türkiyə Cümhuriyyəti Gənçlik və İdman Nazirliyinin Gənçlik Layihələrinə Dəstək Proqramına müraciət etmiş və layihə təklifi müsbət rəy alaraq qəbul edilmişdir.

Layihənin məqsədi cəmiyyətin sosial problemi kimi ələ alınan intiharların qarşısını almaq məqsədilə insan həyatını qorumağa dəstək olmaqdır. Bu məqsədlə Türkiyə Ruh Sağlığı Dərnəyi Türkiyə daxilində və ölkə xaricində bir dəstək qrupu yaradaraq fəaliyyətləri gücləndirmək, ölkə daxili və xarici maarifləndirici tədbirlərin və təlimlərin keçirilməsini hədəf alır. Layihə çərçivəsində Türkiyə daxilində hər bölgədən bir təmsilçi seçilmiş, xarici ölkələrdən isə hələlik Almaniya, Kipr və Azərbaycana yer verilmişdir.

“Xəzər”in əməkdaşı Mələk Kərimova Azərbaycan üzrə seçilən təmsilçi olmaqla yanaşı, Elmi Konsultasiya Komitəsinə də üzv olaraq daxil edilmişdir.

Layihə haqqında aşağıdaki link vasitəsilə ətraflı məlumat almaq olar:

https://ruhsagligidernegi.org/imdat/

 

Ailə psixologiyası dərsində qonaq professor

2020-ci il dekabrın 22-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşəbbüsü ilə Türkiyənin Sağlıq Bilimləri Universiteti Hamidiye Tibb fakültəsi Psixiatriya bölümünün professoru Ejder Akgün Yıldırımın tələbələrlə vebinarı təşkil edildi. Qeyd etmək lazımdır ki, professor Ejder Akgün Yıldırım ingilis dilində tibb təhsili almış, fiziologiya sahəsində doktorantura təhsilini tamamlamış, 1999-cu ildə Mərmərə zəlzələsi zamanı Halıdere sağlıq mərkəzi idarəçisi olmuş, 2005-ci ildən etibarən isə, Cinsi Müalicə, Təlim və Tədqiqat dərnəyinin lisenziyalı cinsi terapisti kimi çalışmışdır. Hazırda Sağlıq Universitetində fəaliyyət göstərməklə yanaşı, dərnək fəaliyyətlərini də aktiv şəkildə davam etdirir.

Ailə psixologiyası dərsi çərçivəsində dəvət edilən qonaq professor “Ailədə cinsi problemlər və cütlük münasibətlərindəki rolu” məruzəsi ilə çıxış etdi. Xəzər Universitetinin müxtəlif ixtisaslarından olan 110 tələbənin iştirak etdiyi seminarda fizioloji inkişaf mərhələləri, erkən nikahın mənfi nəticələri və ortaya çıxa biləcək fizioloji və psixoloji fəsadları, cinsi sağlıq, cinsi istismar, cinsəllik haqqında yanlış olan miflər və yanaşmalar əsaslı şəkildə şərh edildi. 3 saat davam edən vebinarda tələbələrin maraqlandıqları suallar cavablandırıldı.

25 illik iş təcrübəsi olan qonaq professor bu sahədəki tədqiqatlara ehtiyac olduğunu söyləyərək, Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun qaldığını və təşəkkürlərini ifadə etdi.

 

Xəzər Universitetində mediasiya mövzusunda vebinar

Xəzər Universitetinin tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramının "Mediats" layihəsi çərçivəsində universitetdə 14-18 dekabr "Mediasiya maarifləndirmə həftəsi" elan edildi. Dekabrın 18-də mediasiyanın cəmiyyətdə və universitet tələbələri arasında təbliğinin genişlədirilməsi məqsədilə Psixologiya departamentinin koordinatoru psixoloq Mələk Kərimova tərəfindən bu sahədəki ekspertlərlə birlikdə "Boşanma prosesinin ailə münasibətlərinə təsiri. Ailə mediasiyasının əhəmiyyəti" mövzusunda vebinar təşkil edildi. Vebinarda Ankara Universiteti Hüquq bölümü məzunu, 12 saylı Vəkillər bürosunun vəkili və mediator Qasım Şalıyev, Xəzər Universiteti Hüquq fakültəsi məzunu, Mərkəzi Bankın Sığortalarla bağlı reyesterində müstəqil ekspert, hüquqşünas və mediator İlkin İbrahimov iştirak etdilər.

Vebinarda Mələk Kərimova boşanma prosesinin psixoloji aspektlərini təhlil etməklə yanaşı, universitetin bu sahədəki təcrübələri haqqında iştirakçılara məlumat verdi. Vəkil qonaqlar ölkəmizdə icrasına başlanılacaq mediasiya prosesi haqqında ətraflı məlumat verməklə yanaşı, ailə və kommersiya məsələlərində onun əhəmiyyəti, tətbiqi haqqında maraqlı müzakirələr açdılar. Məhkəmələrin iş yükünün azaldılması və daha sivil cəmiyyətin formalaşmasında mediasiya fəalliyyətinin əhəmiyyətinin zəruriliyi qeyd edildi.

Sonda Mələk Kərimova layihə çərçivəsində Xəzər Universitetində bu sahə üzrə magistr pilləsində təhsildən də bəhs edərək, tələbələrin xarici ölkədə də bu sahədə təcrübə keçə biləcəklərini qeyd etdi.

85 nəfərdən çox iştirakçı ilə keçirilən vebinar sonrasında iştirakçılar tərəfindən doldurulan sorğunun nəticələri onların çox məmnun qaldıqlarını və bu sahəyə maraqlarının artdığını göstərdi.

 

Xəzər Universitetinin əməkdaşı mediator fəaliyyəti hüququ qazandı

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova 2020-ci il mayın 26-dan avqustun 13-dək Ədliyyə Akademiyası tərəfindən təşkil edilən “Mediatorların hazırlığı və ixtisaslarının artırılması təlim qaydası”na uyğun olaraq, ilkin hazırlıq kurslarında aktiv iştirak etdi və yekun imtahanı uğurla verərək, rəsmi olaraq mediator fəaliyyəti ilə məşqul olma mərhələsinə keçid aldı. Kurslarda beynəlxalq ekspertlər Ruslan Mirzəyev və Adi Qavrilla mediasiya prosesinə aid nəzəri məsələləri izah etdilər və praktiki məşğələlərlə, rollu oyunlarla öyrənmə prosesi dəstəklədilər. Kursun sonunda tədbir təşkil edildi. Tədbirdə Avropa İttifaqının Azərbaycandaki səfiri Kestutis Yankauskas, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Mirzəyev çıxış edərək, kursu uğurla bitirənləri təbrik etdilər və mediasiyanın ölkəmiz üçün əhəmiyyətini və ilklər olmanın məsuliyyətini qeyd etdilər.

Qeyd edək ki, məhkəmələrin iş yükünün azaldılması üçün mediasiyanın tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmana uyğun olaraq, Mediasiya Şurası yaradılmışdır. Mediasiya təlimi qurumu kimi fəaliyyət göstərən Ədliyyə Akademiyası Avropa İttifaqı ilə birlikdə layihə həyata keçirərək, mediasiya üçün təlimçilər hazırlayır.

 

Xəzər Universitetinin əməkdaşı e-konfransda qonaq spiker olaraq çıxış etdi

2020-ci il iyunun 24-dən 26-dək Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru və Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Mələk Kərimova Artvin Çoruh Universiteti və Artvin Təhsil İdarəsi tərəfindən təşkil edilən “Uluslararası Covid-19 Kongresi: Eğitimde Yeni Normlar” adlı e-konfransda dəvətli qonaq spiker olaraq çıxış etdi.

Konfransın əsas məqsədləri Covid-19 pandemiyası müddətində təhsil sahəsində baş verən dəyişikliklər və bu dəyişikliklər istiqamətində aparılan tədqiqatlardan xəbərdar olmaq və bu sahədə əməkdaşlıq və müzakirələrin təşkili idi. Əməkdaşımız Xəzər Universitetinin bu prosesdə gördüyü işlərdən bəhs etməklə yanaşı, apardığı tədqiqat nəticələrini də paylaşdı. Onun “Covid-19 Sürecinde üniversite öğrencilerinin Psikolojik Belirtilerinin İncelenmesi ve Eğitime Yansımaları” adlı mövzusu maraqla qarşılandı və verilən suallar cavablandırıldı.

Artvin Təhsil İdarəsin müdiri Fahri Acar və Hacettepe Universitetinin professoru Tuncay Ergene də M.Kərimovaya təşəkkürlərini bildirdilər. Artvin Təhsil İdarəsinin rəsmi youtube kanalı üzərindən canlı yayınlanan verilişdə 2500 üzərində izləyici iştirak etmişdir.

Bu linklər vasitəsilə daha çox məlumat əldə etmək olar:

http://artvincovidcongress.org

https://artvin.meb.gov.tr/www/uluslararasi-covid-19-e-kongresi-egitimde-yeni-normlar-kongre-programi-aciklandi/icerik/2798

 

Abituriyentlərə psixoloji dəstək verildi

2020-cı il iyunun 7-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova İsmayıllı rayonundakı “Niyal” hazırlıq kurslarının xüsusi xahişini nəzərə alaraq, respublikanın orta məktəblərində keçiriləcək buraxılış imtahanlarına psixoloji hazırlıq məqsədilə “Daxili gücüm və imtahan həyəcanım” mövzusunda onlayn psixoloji seminar keçirdi.

Seminara “Niyal” hazırlıq kursunun müdiri Həsən Məmmədov və Xəzər Universitetinə Tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulov da qoşuldular. Seminar zamanı Mələk Kərimova abituriyentlərə qəbul imtahanından əvvəl yaşaya biləcəkləri həyəcan zamanı nələr edə biləcəkləri haqqında məlumat verməklə yanaşı, imtahan hazırlığı müddətində edilə biləcəklər üzərində müzakirələr apardı. Tədbirin sonunda abituriyentlərin sualları fərdi qaydada cavablandırıldı və psixoloji dəstək verildi.

 

Özəl Boylam Xəstəxanasının həkimi mühazirə oxudu

2020-ci il mayın 18-də Özəl Boylam Xəstəxanasının həkimi psixiatr Dr. Erkan Kuru növbəti dəfə klinik və ümumi psixologiya ixtisası üzrə magistratura təhsili alan tələbələr üçün mühazirə oxudu.

Psixiatr psixofarmokologiya və psixoloqların bu sahə ilə əlaqəli nələri bilməli olduqları haqqında fikir və biliklərini tələbələrlə bölüşdü.

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşkilatçılığı ilə təşkil edilən onlayn dərslərlə bağlı xoş təəssüratlarını bildirən doktor Erkan Kuru Xəzər Universiteti tələbələri ilə ünsiyyətdən məmnunluğunu bildirərək, gələcək psixoloqlara peşə inkişafı ilə bağlı məsləhətlərini verdi.

Yekunda professor Fuat Rəsulov 11-ci sinif şagirdlərinə Xəzər Universiteti haqqında qısa məlumat verərkən, universitet tərəfindən İsmayıllı rayonunda mütəmadi tədbirlər keçirildiyini bildirərək, seminara qoşulan iştirakçılara öz təşəkkürünü bildirdi.

“Niyal” hazırlıq kursunun müdiri Həsən Məmmədov isə Mələk xanım Kərimovaya və Xəzər Universitetinin rəhbərliyinə bu seminarın təşkilinə görə minnətdarlığını bildirdi.

 

Psixologiya departamentinin əməkdaşının məqaləsi yayınlandı

2020-ci il iyulun 10-da Varyox.az saytında Xəzər Universiteti Psixologiya departamentinin müəllimi və elmi işçisi Ülkər İsayevanın “Azərbaycan folkloru və ədəbiyyatı, qadın haqları və psixoloji analiz” adlı məqaləsi çap olunmuşdur.

Məqaləni tam şəkildə bu link vasitəsilə oxumaq olar:

https://varyox.az/analizator/azerbaycan-folkloru-psixoloji-analiz/. 


Psixologiya departamentində magistr müdafiələri oldu

2020-ci il iyunun 30-da Xəzər Universiteti Psixologiya departamentində onlayn formada ümumi psixologiya və klinik psixologiya ixtisası üzrə magistratura tələbələrinin dissertasiya işlərinin müdafiəsi təşkil edildi. Müdafiə Şurasında Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, p.ü.f.d., dosent Lalə Cabbarova, p.ü.f.d. Müşfiq Mustafayev, p.ü.f.d. Afərin Abbasova iştirak edirdilər.

Ümumi psixologiya ixtisası üzrə magistr tələbələri –Dəniz Umarova (elmi rəhbər: Lalə Cabbarova) “Müəllim kollektivində mobbinq fenomeninin təzahür xüsusiyyətləri”; Sevda Məsimzadə-Soltanova (elmi rəhbər: Müşviq Mustavayev) “İlkin analıq dövründə qadınların sosial-psixoloji xüsusiyyətlərinin təhlili”; klinik psixologiya ixtisası üzrə magistr tələbəsi Xədicə Həbibullayeva isə (elmi rəhbər: Afərin Abbasova) “Yeniyetmələrdə internet asılılığı ilə aqressiv davranışlar arasında əlaqənin təhlili” adlı dissertasiya işlərini uğurla müdafiə etdilər.

Müdafiəyə təqdim olunan işlər müzakirə olundu və iddiaçılar şura üzvlərinin suallarını cavablandırdılar. Müdafiə prosesi müvəffəqiyyətlə keçdi, təqdim olunan işlər müsbət qiymətləndirildi və iddiaçılara magistr dərəcəsi verilməsi qərara alındı.

 
Tələbələr yoqa təliminə qoşuldular

2018-ci il oktyabrın 28-də Xəzər Universitetinin tələbələri aralıq imtahanından əvvəl Dədə Qorqud parkına toplaşaraq peşəkaryoqa təlimçisi Bəxtiyar Sadıxovun rəhbərliyi ilə yoqa-meditasiya sessiyasına qatıldılar. Universitetin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkil etdiyi imtahandan öncə tələbələri ruhlandırmaq və sağlam məşğuliyyətlər təbliq etmək məqsədi daşıyan, yoqa sessiyasına tələbələr maraq göstərdilər və aktiv iştirak etdilər. Tələbələrin təliminə ətrafda istirahət edən insanlar da qoşuldular.

 

“Səssiz filmim: Mən və aynam” seminarı təşkil olundu

2018-ci il noyabrın 12-də Xəzər Universitetinin Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru psixoloq Mələk Kərimova Azərbaycan İlahiyyat İnstitutunun dəvəti ilə “Səssiz filmim: Mən və aynam” seminarını təşkil etdi. Təlimdə məqsəd gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrində rol oynayan amilləri şərh etmək, şəxsin daxili dünyasında etdiyi səssiz söhbətlərin onların istək və motivasiyalarına necə təsir etdiyi göstərməkdir. Təlim gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanıyaraq, daxili potensiallarını ortaya çıxarma yolları üzərində dayanma, problemi həll etmə bacarıqlarına fokuslanmışdır.

Tədbir interaktiv şəkildə davam etdirildi. Təlimdən məmnun qalan tələbə və müəllim heyəti Xəzər Universiteti ilə qarşılıqlı əməkdaşlıqdan məmnuniyyətlərini ifadə etdilər.

 

Birinci kurs tələbələri üçün seminar keçirildi

2018-ci il sentyabrın 27-də Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə “Guide to be a student” adlı seminar keçirildi. Seminarda Humanitar və Sosial Elmlər fakültəsinin birinci kurs tələbələri iştirak edərək, universitet həyatında baş verə biləcək çətinliklərin qarşısının alınması barəsində məlumat adılar. Tələbələr aktiv müzakirələrdə iştirak edərək, sonda öz suallarını da ünvanladılar. Seminarda tələbələrə Xəzər Universitetinin Psixologiya və Konsultasiya Mərkəzi haqqında da məlumat verildi, ehtiyac olduqda, mərkəzə müraciət edə biləcəkləri qeyd olundu.

 

Xəzər Universitetinin əməkdaşları Tbilisi Dövlət Universitetinə səfər etdilər

2018-ci il noyabrın 12-dən 16-dək Xəzər Universitetinin əməkdaşları –İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Rəna Həsənova Tbilisi Dövlət Universitetində keçirilən “Cənubi Qafqaz və Norveçdə akademik və iş mühitində mədəniyyətlərarası qarşılaşmalar” adlı layihənin müəllimlər üçün təşkil olunan ikinci görüşündə iştirak etdilər. Layihə Oslo Metropolitan Universiteti, Tiflis Dövlət Universiteti və Xəzər Universitetinin nümayəndələrini yenidən bir araya gətirdi.

Görüşün məqsədi indiyədək görülən işləri qiymətləndirmək, müvafiq olaraq layihənin məqsəd və planını nizamlamaq, yay məktəbinin proqramına daxil olacaq fəaliyyətlərin detallı siyahısını təkmilləşdirmək və bu işdə məsul olan personalı müəyyənləşdirmək idi. Eyni zamanda, layihə çərçivəsində təşkil olunacaq fənlərə qeyri-akademik tərəfdaşların cəlb edilməsi yolları nümayəndələr tərəfindən müzakirə edildi.

 

“Uşaqlarda inkişaf pozuntuları” mövzusunda təlim oldu

2018-ci il noyabrın 20-də Xəzər Universitetində MD, PhD İkram Rüstəmov “Uşaqlarda inkişaf pozuntuları” mövzusunda təlim keçirdi. Təlimi universitetin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə təşkil etmişdi.

Təlimdə Xəzər Universitetinin Psixologiya ixtisasının tələbələri ilə yanaşı, ADPU, Bakı Biznes Universitetinin tələbələri, eyni zamanda, Loqos Psixologiya və Nitq İnkişaf Mərkəzinin psixoloqları, Baki şəhəri və Abşeron rayonundan çox sayda məktəb və bağça psixoloqları təlimə qatıldılar. Təlim boyu Dr. İkram Rüstəmov uşaqların inkişaf pozuntuları zamanı baş verən yanlış diaqnostikanın qarşısının alınmasından, bu sahədəki yeniliklərdən və xarici konfransdakı çıxışlarından statlar gətirdi

Sonda İ.Rüstəmov iştirakçıların suallarını cavablandırdı.

Qeyd edək ki, Dr. İkram Rüstəmov 2014-2015-ci illərdə Boston Usaq Xəstəxanası doktor-elmi işçi və Harvard Universiteti Tibb fakültəsində qonaq assistent professor kimi çalışmışdır.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025