Magistratura proqramları
Magistraturada təhsil almaq hüququna bakalavr təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər. Magistraturada təhsil alan tələbələr 60 kredit (120 AKTS) toplamalı və onların ixtisas fənləri üzrə orta qiyməti (GPA) 75 və ya yuxarı olmalıdır.
Magistraturada təhsil müddəti bir qayda olaraq 2 ildir (bəzi ixtisaslarda 1.5 il ola bilər). Xüsusi hallarda tədqiqat işi və tədris planının yerinə yetirilməsindən asılı olaraq təhsil müddəti dəyişə bilər.
İxtisaslar
7001001 Pedaqogika
7002001 Beynəlxalq münasibətlər
7002006 Filologiya
7002012 Politologiya
7002013 Psixologiya
7002014 Regionşünaslıq
7002017 Tərcümə
7003005 Dizayn
7004008 Menecment
7005009 Kompüter elmləri
7006005 Data elmləri
7006008 Elektrik və elektronika mühəndisliyi
7006022 Kompüter mühəndisliyi
7006034 Neft-qaz mühəndisliyi
7007004 Baytarlıq təbabəti