Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin 2002-ci il məzunu Kamran Məcidov ASC “Xalq” Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. O, 2002-ci ildə Xəzər Universitetinin maliyyə və kredit ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2007-ci illərdə Xəzər Universitetinin Norvec Biznes Ali Məktəbi ilə razılaşmasına əsasən Norvec Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq,maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2007-2010-cu illərdə Xəzər Universitetinin İqtisadiyyat və menecement fakültəsində maliyyə menecmenti fənni üzrə mühazirələr oxumuşdur. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetində “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək, həmin universitetin məzunu statusunu qazanmışdır.
K.Məcidov 2002-ci ildən əmək fəaliyyətinə bank sektorunda başlayaraq, ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən “Xalq” Bankda müxtəlif vəzifələrdə, o cümlədən, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Ailəlidir, iki övladı var.
Daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar:
https://banco.az/az/news/kamran-mecidov-xalq-bankin-idare-heyetinin-sedri-teyin-edildi
https://fed.az/az/bank/xalq-bankin-idare-heyetine-yeni-sedr-teyin-edildi-86318