2019-cu il fevralın 18-i saat 11:00-da Xəzər Universitetinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə Alliance Global Group şirkətindən Dr. Pauline Ogrodzki “Yeni nəsil sekvenator və genomik tətbiqlərinə giriş” (“Introduction to NGS and genomics applications”) mövzusunda seminar verəcək.
Seminar Xəzər Universitetinin “Neftçilər” kampusundakı konfrans zalında (otaq 102N) keçiriləcək. Ətraflı məlumat və qeydiyyat üçün departamentin dosenti Cavid Ocaği ilə (javid.ojaghi@khazar.org) əlaqə saxlamaq olar.
Maraqlanan hər kəs dəvətlidir.