Doktoranturaya qəbul başladı
Son tarix: 02 dekabr 2013
Xəzər Universiteti 2013-2014-cü tədris ili üçün müxtəlif ixtisaslar, o cümlədən Beynəlxalq Münasibətlər (5901.01) vəSiyasi Nəzəriyyə (5908.01) üzrə əyani (ödənişli) doktoranturaya (Fəlsəfə doktoru) qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 ildir.
Fəlsəfə doktoru hazırlığı:
1. Fəlsəfə doktoru proqramı üzrə elan olunmuş doktorantura yerlərinə ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmaq üçün tələb olunan sənədlər:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Fəlsəfə doktoru proqramı üzrə elan olunmuş doktorantura yerlərinə sənədlərin qəbulu 2013-cü il 18 noyabr– 02 dekabr, qəbul imtahanları 10-20 dekabr tarixlərində keçirilir. Müraciət etmək istəyənlər sənədlərini Xəzər Universiteti Magistratura, Doktorantura və Elmi İşlər bölməsinə (406-cı otaq) şəxsən təqdim edə bilərlər.
Əlaqə:E-mail: eshahgaldiyev@khazar.org lsalayeva@khazar.org
Tel (+99412) 498-93-79; (+99412)408-81-34; Faks (+99412) 498-93-79; Mobil:+99450) 518-81-34