Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin doktorantı, köməkçi müəllimi Rahil Dadaşlının və departamentin müdiri Dr. Orxan Vəliyevin "Debating on Transport Corridors of Azerbaijan in the Context of Globalization," “Qloballaşma kontekstində Azərbaycanın nəqliyyat dəhlizlərinin müzakirəsi” adlı birgə məqaləsi “Universal Journal of History and Culture” jurnalında (2024, Cild 6, №1) dərc edilib.
Jurnal nüfuzlu ERIH PLUS (Humanitar elmlər üçün Avropa Referans İndeksi) siyahısına daxildir.
Məqalədə Azərbaycanın nəqliyyat imkanları və onun qlobal ticarətdəki əhəmiyyəti araşdırılır.
Məqaləyə keçid: