Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “Spectral expansion for impulsive dynamic Sturm-Liouville problems on the whole line” (“Bütün oxda təyin edilmiş impulsiv dinamik Şturm-Liuvill məsələləri üçün spektral ayrılış”) adlı birgə məqaləsi “Filomat” jurnalında (2024, Cild 38, № 9) dərc edilmişdur. Qeyd edək ki, “Filomat” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indekslənib.
Məqalədə (−∞,∞) intervalında təyin edilmiş impulsiv dinamik Şturm-Liuvill məsələsi tədqiq edilir. Bu məsələnin spektral matris-funksiyası qurulur. Qoyulan məsələ üçün Parseval bərabərliyi isbat olunur və məxsusi funksiyalar üzrə ayrılış düsturu əldə edilir.
(In this paper, an impulsive dynamic Sturm-Liouville problem is studied on the interval (−∞,∞). A spectral matrix-valued function for this problem is obtained. Parseval equality and an eigenfunction expansion are given).
Məqaləyə keçid:
https://www.pmf.ni.ac.rs/filomat-content/2024/38-9/FILOMAT%2038-9.html