Xəzər Universiteti Riyaziyyat departamentinin professoru Biləndər Allahverdiyevin “Nonlinear fourth-order dynamic equations on unbounded time scales” (“Qeyri-məhdud zaman şkalasında dördüncü tərtib qeyri-xətti dinamik tənliklər”) adlı birinci müəllifi olduğu məqalə “Mathematica” jurnalında (2023, Cild 65 (88), № 2) dərc edilmişdur. Qeyd edək ki, “Mathematica” jurnalı “Scopus” verilənlər bazasında indeksləşdirilib.
Bu məqalədə müəlliflər dördüncü tərtib qeyri-xətti dinamik tənlikləri qeyri-məhdud zaman şkalasında tədqiq edirlər. Bu məsələlərin həllərinin varlığı və yeganəliyi isbat edilir.
Məqaləyə keçid:
https://math.ubbcluj.ro/~mathjour/fulltext/2023-2/allahverdiev-tuna.pdf