Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının birinci müəllifi olduğu və eyni departamentin professoru Biləndər Allahverdiyevin həmmüəllifi olduğu “Self-adjoint and non-self-adjoint extensions of symmetric q-Sturm-Liouville operators” (“Simmetrik q-Sturm-Liouville operatorlarının öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan genişlənmələri”) adlı məqalə “Filomat” jurnalında (2023, Cild 37, № 24) dərc edilmişdir. Qeyd edək ki, “Filomat” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Bu məqalədə müəlliflər requlyar və sinqulyar (limit-nöqtə və limit-dairə hallarında) minimal simmetrik q-Şturm-Luivill operatorları üçün sərhəd qiymətlər fəzasını qururlar. Bu simmetrik q-Şturm-Luivill operatorlarının bütün maksimal dissipativ, maksimal akkumulyativ, öz-özünə qoşma olan və başqa genişlənmələri sərhəd şərtləri vasitəsilə tapılmışdır.
Məqaləyə keçid: https://www.pmf.ni.ac.rs/filomat-content/2023/37-24/37-24-2-20801.pdf