Xəzər Universiteti Riyaziyyat departamentinin professoru Biləndər Allahverdiyevin “β-Dirac systems” (“β-Dirak sistemleri”) adlı birinci müəllifi olduğu məqalə “Filomat” jurnalında (2023, Cild 37, № 23) dərc edilmişdir. Qeyd edək ki, “Filomat” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Bu məqalədə müəlliflər β-Dirak sistemini təqdim edirlər. Bu sistemin bəzi spektral xassələri ətraflı öyrənilir.
Məqaləyə keçid: https://www.pmf.ni.ac.rs/filomat-content/2023/37-23/37-23-11-19021.pdf