Xəzər Universiteti Riyaziyyat departamentinin professoru Biləndər Allahverdiyevin “Dilation, Model, Scattering and Spectral Problems of Second-Order Matrix Difference Operator” (“İkinci tərtib matris-fərq operatorunun diletasiyası, modeli, səpilmə və spektral məsələləri”) adlı məqaləsi “Filomat” jurnalında çap olunub. Qeyd edək ki, “Filomat” jurnalı Scopus və Web of Science bazasında indekslənib.
Məqalədə Hilbert fəzasında təyin edilmiş maksimal defekt indeksinə malik minimal simmetrik operatorun genişlənməsi olan ikinci tərtib maksimal dissipativ sinqulyar matris-fərq operatoru araşdırılır.
Məqaləyə keçid:
https://www.pmf.ni.ac.rs/filomat-https://khazar.org/az/content/2022/36-12/36-12-3-15368.pdf