Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. Publication news
Çap edin 5291 Arxiv
Publication news
13 May, 2025Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “Annales Mathematicae Silesianae” jurnalında
13 May, 2025Riyaziyyat departamentinin professorunun məqaləsi “Fractal and Fractional” jurnalında
28 Aprel, 2025Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “Iranian Journal of Science” jurnalında
28 Aprel, 2025Riyaziyyat departamentinin professorunun məqaləsi “Filomat” jurnalında  
03 Aprel, 2025Siyasi elmlər və fəlsəfə departamenti müəlliminin məqaləsi “Demokratizatsiya: The Journal of Post-Soviet Democratization” - da
18 Mart, 2025Riyaziyyat departamenti professorunun məqaləsi “Ural Mathematical Journal” jurnalında
12 Mart, 2025Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “Vestnik of Saint Petersburg University. Applied Mathematics. Computer Science. Control Processes” jurnalında
28 Fevral, 2025Siyasi elmlər və fəlsəfə departamenti müəlliminin məqaləsi “Akademik Tarih ve Düşünce Dergisi”ndə
20 Fevral, 2025Riyaziyyat departamentinin professorunun məqaləsi “Filomat” jurnalında
09 Yanvar, 2025Siyasi elmlər və fəlsəfə departamenti müəlliminin məqaləsi “Caucasus Strategic Perspectives” jurnalında

“Xəzər”in əməkdaşlarının məqalələri Koreyada nəşr edilən Beynəlxalq dil və ədəbiyyat dərgisində

Koreyada nəşr edilən Beynəlxalq dil və ədəbiyyat dərgisinin 52-ci sayında “Azərbaycan ədəbiyyatında Qarabağa səyahət” adlı xüsusi buraxılışa geniş yer verilmişdir. Bu, Azərbaycan ədəbiyyatının Koreyada təbliği istiqamətində atılan ilk addımdır və Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Şuşa ili münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun (icraçı direktor Əkrəm Abdullayev) Koreya Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası (prezident Qanq Sonq Qın) ilə birgə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur. Layihənin rəhbəri Zeynəb Sabirli, ideya müəllifi və məqalələrin Koreya dilinə tərcüməçisi Leyla Məsimlidir.

Xüsusi buraxılışa beş məqalə daxil edilmişdir ki, onlardan üçünün müəllifi Xəzər Universitetinin əməkdaşlarıdır.

Xəzər Universitetinin təsisşisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının “Qarabağ və Azərbaycan ədəbiyyatında ermənilər” adlı məqaləsində folklor və 19-20-ci əsr Azərbaycan ədəbiyyatı tədqiqata cəlb olunmuşdur. Qeyd edilir ki, klassik Azərbaycan ədəbiyyatı və folklorunda digər xalqlara, o cümlədən ermənilərə qarşı heç bir aşağılayıcı fikirlərə rast gəlinmir, əksinə, onlarla qonşuluq, gediş-gəliş, dostluq, əməkdaşlıq təbliğ olunur.

Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın “Nəsrdə Qarabağ diskursu” adlı məqaləsində Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri tədqiq olunur və onun Azərbaycan nəsrinə yeni poetik-publisistik intonasiya gətirdiyi, sənədli nəsrin inkişafına təkan verdiyi vurğulanır.

Dillər və ədəbiyyatlar Departamentinin müəllimi Aynur Qəzənfərqızının “Folklorun ədəbiyyatın və fəlsəfi fikrin yaranmasına təsiri - Qarabağdan toplanmış mətnlər əsasında” adlı məqaləsində folklor mətnlərinin qarabağlı müəlliflərin - N.Vəzirov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli kimi yazarlarən əsərlərinə təsiri araşdırılır.

Xususi buraxılış Azərbaycan ədəbiyyatının Koreyada tanınması və öyrənilməsi baxımından əhəmiyyətlidir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025