Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin MBA məzunu Kseniya Sorokina, Portuqaliyanın Braqanza Politexnik İnstitutunun professoru Paula Odete Fernandes və İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədovun həmmüəllifi olduqları "Students’ perceptions of university social responsibility: A cross-cultural comparison" ("Tələbələrin universitetdə sosial məsuliyyətləri haqqında təsəvvürləri: mədəniyyətlərarası müqayisə") adlı məqalə De Gruyter alman elm nəşriyyatı tərəfindən "Universities, Entrepreneurial Ecosystems, and Sustainability" ("Universitetlər, Sahibkarlıq Ekosistemləri və Davamlılıq") adlı topluda dərc edilmişdir.
Tədqiqatın əsas məqsədi Portuqaliyanın Braqanza Politexnik İnstitutunun tələbələri arasında keçirilən sorğunun məlumatları əsasında ekonometrik təhlil apararaq, tələbələrin Korporativ Sosial Məsuliyyəti (KSM) dərk etmə səviyyəsini ölçmək və KSM-ə olan münasibətlərini dəyərləndirmək olmuşdur.
https://www.degruyter.com/document/doi/10.1515/9783110670219-017/html