İqtisadiyyat və Menecment fakültəsinin doktorantı Mustafa Mohammad Alalawneh`in və fakültənin dekanı Dr. Ceyhun Məmmədovun “Birbaşa xarici investisiyalar, infrastruktur investisiyaları, turizm gəlirləri və iqtisadi artım arasında əlaqə: meqa tədbirlər nümunəsində” adlı elmi məqaləsi "Scopus" indeksli "Emerging Science Journal"da dərc edilmişdir (5-ci cild, sayı 6, 2021).
Tədqiqatın məqsədi 2006-cı il FIFA Dünya Çempionatına ev sahibliyinin 2000-2017-ci illər ərzində Almaniyanın iqtisadi artımına təsir dərəcəsini araşdırmaq olmuşdur.