Humantiar, təhsil və sosial elmlər fakültəsinin dekanı dos. Elza Səmədovanın “XX.Yüzyılın Başlarında Azerbaycan Basınına Yansıyan Türk-Alman İlişkilerinin Siyasi, İktisadi ve Kültürel Boyutu” adlı məqaləsi ERİH PLUS məlumat bazasına daxil edilən “Türk Dünyası Dil ve Edebiyat Dergisi” adlı beynəlxalq elmi jurnalda dərc olunmuşdur.
Məqalədə türk-alman münasibətlərinin tarixinə qısa bir baxışdan sonra XX əsrin əvvəllərində çar Rusiyasının təqibi və təzyiqi altındakı Azərbaycan mətbuatında bu mövzuya toxunan nəşrlər araşdırılmışdır. Araşdırma nəticəsində həmin dövrdə türk-alman münasibətlərinin həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələr baxımından Azərbaycan mətbuatının diqqət mərkəzində olduğu ortaya çıxmışdır. Siyasi mənada II Əbdülhəmidin Almaniya qarşısındakı təslimçi mövqeyinin, Almaniyanın Osmanlıya qarşı siyasi və iqtisadi müstəmləkəçilik siyasətinin dövrün “Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi nüfuzlu mətbuat orqanlarında tənqid olunduğu görünməkdədir.
Tədqiqatda, eyni zamanda, türk-alman mədəni münasibətlərinin dövrün mətbuatında necə əks olunduğu da araşdırılınmış və nümunələr verilmişdir.
Məqaləni bu link vasitəsilə oxumaq olar: