Xəzər Universiteti Riyaziyyat departamentinin professoru Biləndər Allahverdiyevin “Singular linear q-Hamiltonian systems” (“Sinqulyar xətti q-Hamilton sistemləri”) adlı birinci müəllifi olduğu məqalə “Annales Universitatis Mariae Curie-Sklodowska, sectio A–Mathematica” (2024, Cild 78, № 1) jurnalında dərc olunmuşdur. Qeyd edək ki, “Annales Universitatis Mariae Curie-Sklodowska, sectio A–Mathematica” jurnalı MathSciNet (Mathematical Reviews) və Zentralblatt MATH bazalarında indekslənib.
Məqalədə sinqulyar xətti q-Hamilton sistem tədqiq edilir. Bu sistem üçün Titchmarsh-Weyl nəzəriyyəsi qurulur.
(In this paper, a singular linear q-Hamiltonian system is considered. The Titchmarsh-Weyl theory for this problem is constructed).