Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin Kompüter elmləri bölməsinin əməkdaşı Dr. Əmir Rəhmaninin həmmüəllifi olduğu məqalə ISI indeksli (Beynəlxalq elmi indeksləmə), impakt faktorlu "The Computer Modeling in Engineering & Sciences" ("Mühəndislik və Elmlərdəki Kompüter Modelləşdirmə") jurnalında dərc olunub.
"Toward a More Accurate Web Service Selection Using Modified Interval DEA Models with Undesirable Outputs" ("Arzuolunmaz nəticələr ilə dəyişdirilmiş interval DEA modellərindən istifadə edərək daha dəqiq bir veb xidməti seçimi istiqamətində) adlı bu məqalə istifadəçilərə internet mühitinin dinamikasını nəzərə alaraq, uyğun "cloud" xidmətini seçməyə kömək edir.
Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar: