Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Məzunlar
    • Məzunlar haqqında məlumat bazası
    • Məzunlarla bağlı yazılar
    • İlk məzunlarımız
    • Tədbirlər
    • Əlaqə
  • Kitabxana
    • Haqqımızda
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • PUBLICATION NEWS
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Məzunlar
    • Məzunlar haqqında məlumat bazası
    • Məzunlarla bağlı yazılar
    • İlk məzunlarımız
    • Tədbirlər
    • Əlaqə
  • Kitabxana
    • Haqqımızda
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • PUBLICATION NEWS
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. AKADEMİK
  3. İnstitut və Mərkəzlər
  4. Hüquq Tədris Mərkəzi
Çap edin
Hüquq Tədris Mərkəziİşçi heyətBizimlə əlaqə

Hüquq Tədris Mərkəzi

 
 
 
 
 
 
 
 
 

 

Hüquq Tədris Mərkəzi  2013-cü ilin yanvar ayında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və ABŞ İnkişaf Agentliyi (USAID) dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində yaradılmışdır. 

AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır.Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökümət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatların inkişafının aktiv şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir.  Hazırda Azərbaycanda gənc hüquqşünasların hazırlanması əsasən akademik  səviyyədə keçirilir. 

Belə ki, tələbələrin kifayət qədər praktiki vərdişlərə yiyələnməməsi uğurlu karyeranın başlanmasına təsir edir. Bu məqsədlə Mərkəzdə gənc məzun və hüquqşünas tələbələr üçün intensiv təlimlərin keçirilməsi və müxtəlif mövzuda nəşriyyatların çap olunması nəzərdə tutulur. 

Kursların nüfuzunu və xidmətlərin yüksək keyfiyyətliliyini  təmin etmək məqsədilə Tədris Mərkəzinə hüquq elmini tədris edən aparıcı mütəxəssislər və praktik hüquqşünaslar cəlb olunur. Bundan başqa, gənc hüquqşünaslara və hüquq tələbələrinə insan hüquqları üzrə biliklərin praktiki baxımdan təkmilləşdirilməsi, vəkillik bacarıqlarının aşılanması, məhkəmə çəkişmələri və məhkəmə çıxışları zamanı peşəkar hüquqşünaslarla müşayiət olunmaları nəzərdə tutulmuşdur. 

Mərkəz hər il ən azı 20 tələbəyə yüksək keyfiyyətli əsaslarla təlim-tədris kursları keçməyi və 6-7 gənc hüquqşünası Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmağı planlaşdırır. 

Mərkəzin məqsədi aşağıdakılardan ibarətdir: 

  • İnsan hüquq və azadlıqları sahəsində biliklərin və məlumatların artırılması, cəmiyyətdə konstitusionalizm dəyərlərinin təbliği;
  • Gənc hüquqşünasların vəkillik üzrə imtahanlara hazırlanması;
  • Az təminatlı əhali qruplarına pulsuz hüquqi yardımların göstərilməsi;
  • İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatların nümayəndələrinin və üzvlərinin insan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmlərində istifadə bacarığının artırılması üçün dövrü kursların təşkili;
  • Gənc hüquqşünasların və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Universitetlərin hüquq fakültəsi tələbələri ilə hüquq sahəsində tanınmış milli və beynəlxalq ekspertlərlə görüşlərin təşkili;
  • Vəkillər, praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar, hakimlər, insan hüquqlarını müdafiə edən təsisatlar və şəxslər üçün praktikumların, manualların, metodiki vəsaitlərin hazırlanması və mütəmadi sərgi təşkil etməklə onların satışının təşkili.
  • Hüququn ayrı-ayrı sahələrindəki boşluqları nəzərə alaraq yerli və beynəlxalq ekspertlərin dəstəyi əsasında Mərkəzdə İnzibati hüquq, Cinayət hüququ, Qanunvericilik texnologiyası,  Vəkillik imtahanına hazırlıq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent Hüququ, Ailə hüququ, Əmək hüququ, Hüquqi yazı və s. mövzularda təlimlər keçiriləcək.

Kursu uğurla bitirənlər sertifikatla təltif ediləcəkdir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2023