Müstəqilliyimizin bərpasının və
Xəzər Universitetinin quruluşunun
25-ci ildönümü münasibətilə
Sosial və Humanitar Sahələr Üzrə Təhsil Alan Tələbələrin
Birinci Milli Forumu
18 Oktyabr 2016
“Azərbaycanda Cumhuriyyət, Sovet, Müstəqillik dövrləri və Gələcəyimiz”
(Siyasi, iqtisadi, ictimai, elmi və mədəni baxış)
Məqsəd: Forumun məqsədi sosial və humanitar sahələr üzrə təhsil alan Azərbaycanlı gənclərin tədqiqatçılıq və akademik yazı hazırlama bacarıqlarını inkişaf etdirmək, gənçlərdə elmi tədqiqata maraq yaratmaq, araşdırma aparmaq və araşdırmanın nəticələrini təqdim etmək qabiliyyətlərini artırmaqdır.
Mövzular: Foruma Azərbaycanda Cumhuriyyət, Sovet, Müstəqillik dövrlərinə dair siyasi, iqtisadi, ictimai, təhsil, dil və ədəbiyyat, mədəniyyət sahələrinin vəziyyəti, inkişafı və qeyd olunan sahələrdə aparılan islahatlar haqqında kiçik elmi tədqiqatlarla müraciət etmək olar.
İştirak şərtləri: Forumda iştirak etmək üçün bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri və magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Konqresdə iştirak etmək istəyən tələbələr müraciət formasını və aşağıda qeyd olunan standartlar əsasında tərtib edilən tezisi 15 sentyabr 2016-cı il tarixə qədər qeyd olunan ünvana göndərməlidir.
Müraciət üçün ünvan: telebeforumu@khazar.org
Müraciət üçün son tarix: 15.09.2016
Müraciət forması: (endirmək üçün keçid)
Tezis yazma standartları: (endirmək üçün keçid)
Tədbirin tarixi: 18 oktyabr 2016-cı il
Tədbirin yeri: Xəzər Universiteti, Neftçilər Kampusu