Tələbə müxtəlif səbəblərlə bağlı müəyyən müddət (ən çox dörd semestr) təhsildən möhlət götürə bilər. Bunun üçün uyğun fakültə dekanının yazılı razılığı olmalı və rektora ərizə ilə müraciət olunmalıdır.
Möhlət müddəti bitən tələbə, iki həftə ərzində (yay dövründə müəyyən istisnalar mümkündür) bərpa olmalı və cari semestr üçün qeydiyyatdan keçməlidir.
Tələbə bərpa olmaq üçün əvvəlcə fakültə dekanının yazılı razılığını almalı və Universitə xəzinəsinə 50 (əlli) manat məbləğində pul ödəməlidir. Yalnız bundan sonra tələbə Universitəyə bərpa olunmasını rəsmiləşdirmək üçün ərizə ilə rektorluğa müraciət etməlidir.
Göstərilən müddət ərzində bərpa olmayan tələbə universitədən xaric edilir.
Bərpa olunmaq istəyən tələbə təhsil haqqını bərpaolunma zamanındakına uyğun olaraq ödəməli və bu dövrdə qüvvədə olan akademik tələbləri və qaydaları yerinə yetirməlidir.
Hər-hansı bir səbəbdən universitədən xaric edilmiş tələbə, beş il müddət keçdikdən sonra, Universitəyə bərpa olunmaq hüququnu itirir (əsaslandırılmış istisnalar ola bilər).