MUSİQİ VƏ İNCƏSƏNƏT DEPARTAMENTİNİN PROFESSOR-MÜƏLLİM VƏ İŞÇİ HEYƏTİ AŞAĞIDAKI ÜZVLƏRDƏN İBARƏTDİR

Fidan Hacıağa qızı Hacıyeva Bakı şəhərində anadan olub. İlk təhsilini 1984-1994-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alıb. 1994-cü ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə daxil olub və aspirantura pilləsinə qədər təhsilini davam etdirib. 1998-cı ildə Rusiya Federasiyasının Xalq artisti dünya şöhrətli İrina Arxipovanın master klass vokal dərslərinə yiyələnib.