Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. Fənlərin təsviri
Çap edin
İşçi heyəti Fənlərin təsviriSillabuslar NəşrlərXəbər və Elanlar

Fənlərin təsviri


ARAB 201:Ərəb dili  -1 (6 kredit) 

İlkin şərt yoxdur  

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla ərəb hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard ərəb dilinin əsaslarını tədris etməkdir. Bu kursda ərəb dilini başa düşməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur.


ARAB 202:  Ərəb Dili-2 (6 kredit)

 İlkin Şərt ARAB 201

ARAB 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və ərəb dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır. 


ARAB 301: Ərəb Dili-3 (6 kredit)

İlkin Şərt ARAB 202

Bu kurs ərəb dilinin iki səviyyəsini tamamlamış alt orta səviyyədə yazı, oxu, danışıq və qavrama bacarığına malik və bu bacarıqları bir-birinə uyğun şəkildə mənimsəməyə davam edən tələbələr üçün nəzərdə tutulmuşdur. Tədrisi əsasən ərəb dilində keçirilən kurs tələbələrin müasir və klassik ərəb dili biliklərini inkişaf etdirməyi nəzərdə tutur. 


ARAB 302: Ərəb Dili-4 (6 kredit)

İlkin Şərt ARAB 301

ARAB 301 kursunun davamı kimi kurs tələbələrin dörd dil bacarığının yüksək səviyəyə çatdırılmasını nəzərdə tutur. Kurs üçün nəzərdə tutulmuş mətnlər dilin tədrisi baxımından muasir ərəb dililin əsas xüsusiyyətlərini özundə əks etdirir. 


ARAB 401 Ərəb Ədəbiyyatı (6 kredit)

İlkin Şərt ARAB 301

Krsun başlıca məqsədləri tələbələrin klassik, ənənəvi və müasır ərəb ədəbiyyatından seçilmiş orijinal nümunələri oxuma və müzakirə etmə qabiliyyətini inkişaf etdirmək, bədii və tənqidi əsərlərin mədəni və tarixi mənşəyini öyrənmək, ədəbi üslubların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək, müasir ərəb ədəbiyyatından götürülmüş müxtəlif mövzuların tarixi, filoloji və tənqidi cəhətdən araşdırılmasını həyata keçirməkdir.


ARAB 403 Danışıq ərəb dili (6 kredit)

İlkin Şərt ARAB 302

Kursun əsas hədəfləri tələbələrin dinləmə və danışıq bacarığını inkişaf etdirmək, ARAB 201, 202, 301, 302 kurslarında öyrəndikləri leksik və qrammatik biliklərindən istifadə etməklə müxtəlif mövzularda yazılı və şifahi formada özlərini səlis ifadə etmə bacarığını formalaşdırmaqdır.


ARAB 402 Tərcümə Təcrübəsi (6 kredit)

İlkin Şərt ARAB 301

Müasir nəşrlərdən seçilmiş materiallar əsasında kurs oxu, danışıq və dinləmə bacarıqları ilə yanaşı tələbələrin tərcümə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.


PERS 201 Fars Dili -1 (6 kredit)

İlkin Şərt YOXDUR

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla fars hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard fars dilinin əsaslarını tədris etməkdir. Bu kursun sonunda fars dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur.


PERS 202 Fars Dili -1 (6 kredit)

İlkin Şərt PERS 201

PERS 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və fars dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.


PERS 301 Fars Dili -3 (6 kredit)

İlkin Şərt PERS 202

Bu kurs fars dilinin iki səviyyəsini tamamlamış alt orta səviyyədə yazı, oxu, danışıq və dinləmə bacarığına malik və bu bacarıqları müvafiq şəkildə mənimsəməyə davam edən tələbələr üçün formalaşdırılmışdır. Tədrisi əsasən fars dilində keçirilən kurs tələbələrin müasir və klassik fars dili biliklərini inkişaf etdirməyi hədəfləyir.


PERS 302 Fars Dili -4 (6 kredit)

İlkin Şərt PERS 301

PERS 301 kursunun davamı kimi kurs tələbələrin dörd dil bacarığının yüksək səviyəyə çatdırılmasını nəzərdə tutur. Kurs üçün nəzərdə tutulmuş mətnlər dilin tədrisi baxımından muasir fars dililin əsas xüsusiyyətlərini özundə əks etdirir. 


PERS 401 Fars Poeziyası (6 kredit)

İlkin Şərt PERS 301

Kursun başlıca məqsədləri tələbələrin klassik, ənənəvi və müasır fars ədəbiyyatından seçilmiş orijinal nümunələri oxuma və müzakirə etmə qabiliyyətini inkişaf etdirmək, fars poeziyasının müxtəlif xronoloji dövrlərinin mədəni və tarixi mənşəyini öyrənmək, ədəbi üslubların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək, müasir fars poeziyasından müxtəlif mövzuların tarixi, filoloji və tənqidi cəhətdən araşdırılmasını həyata keçirməkdir.


PERS 403 Danışıq Fars Dili (6 kredit) 

İlkin Şərt PERS 302

Kursun əsas hədfləri tələbələrin dinləmə və danışıq bacarığını inkişaf etdirmək, PERS 201, 202, 301, 302 kurslarında öyrəndikləri leksik və qrammatik biliklərindən istifadə etməklə müxtəlif mövzularda yazılı və şifahi formada özlərini səlis ifadə etmə bacarığına yiyələnmələridir.


PERS 402 Tərcümə Təcrübəsi – Fars Dili (6 kredit)

İlkin Şərt PERS 301

Müasir nəşrlərdən seçilmiş materiallar əsasında kurs oxu, danışıq və dinləmə bacarıqları ilə yanaşı tələbələrin tərcumə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.


JAPAN 201 Yapon Dili -1 (6 kredit)

İlkin Şərt YOXDUR 

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla yapon hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard yapon dilinin əsaslarını tədris etməkdir. Bu kursda yapon dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrdən yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur.


JAPAN 201 Yapon Dili -2 (6 kredit)

İlkin Şərt JAPAN 201

JAPAN 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və yapon dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.


CHIN 201 Çin Dili -1 (6 kredit)

İlkin Şərt YOXDUR 

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yzı kimi əsas dil bacarıqları başda olmaqla çin heroqlifleri, tələffüz və qrammatikanın da daxil olduğu standard çin dilinin əsaslarını tədris etməkdir. Bu kursda çin dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarışına yiyələnməsi tələb olunur.


CHIN 202 Çin Dili -2 (6 kredit)

İlkin Şərt CHIN 201

CHIN 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və çin dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.


HEBR 201 İvri Dili -1 (6 kredit)

İlkin Şərt YOXDUR 

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yzı kimi əsas dil bacarıqları başda olmaqla ivri hərifləri, tələffüz və qrammatikanın da daxil olduğu standard ivri dilinin əsaslarını tədris etməkdir. Bu kursda ivri dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarışına yiyələnməsi tələb olunur.


HEBR 202 İvri dili -2 (6 kredit)

İlkin Şərt HEBR 201

HEBR 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və ivri dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.


KORE 201 Koreya Dili -1 (6 kredit)

İlkin Şərt YOXDUR 

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yzı kimi əsas dil bacarıqları başda olmaqla koreya hərifləri, tələffüz və qrammatikanın da daxil olduğu standard koreya dilinin əsaslarını tədris etməkdir. Bu kursda koreya dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarışına yiyələnməsi tələb olunur.


KORE 202 Koreya Dili -2 (6 kredit)

İlkin Şərt KORE 202

KORE 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və koreya dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.


URDU 201 Urdu Dili -1 (6 kredit)

İlkin Şərt YOXDUR 

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yzı kimi əsas dil bacarıqları başda olmaqla urdu hərifləri, tələffüz və qrammatikanın da daxil olduğu standard urdu dilinin əsaslarını tədris etməkdir. Bu kursda urdu dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur.


URDU 202 Urdu Dili -2 (6 kredit)

İlkin Şərt URDU 201

URDU 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi və urdu dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.


SPA 201 İspan Dili - 1 ( 6 kredit )

İlkin Şərt YOXDUR

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla ispan hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard ispan dilinin əsaslarını tədris etməkdir. Bu kursun sonunda ispan dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur.


SPAN 202 İspan Dili - 2 ( 6 kredit )

İlkin Şərt SPAN 201

SPAN 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi ispan dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.  


FREN 201 Fransız Dili - 1 ( 6 kredit )

İlkin Şərt YOXDUR

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla fransız hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard fransız dilinin əsaslarını tədris etməkdir. Bu kursun sonunda fransız dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur.


FREN 202 Fransız Dili - 2 ( 6 kredit ) 

İlkin Şərt  FREN 201

FREN 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi fransız  dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır.  


ITAL 201 İtalyan Dili - 1 ( 6 kredit ) 

İlkin Şərt YOXDUR

Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla italyan hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard italyan dilinin əsaslarını tədris etməkdir. Bu kursun sonunda italyan dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur. 


ITAL 202 İtalyan Dili - 2 ( 6 kredit )

İlkin Şərt ITAL 201

ITAL 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi italyan dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır. 


GERM 201 Alman Dili - 1 ( 6 kredit )

İlkin Şərt YOXDUR

 Kursun məqsədi tələbələrə dinləmə, oxu, danışıq və yazı kimi əsas dil bacarıqları başda olmaqla alman hərfləri, tələffüz və qrammatikanın da daxil olduğu standard alman dilinin əsaslarını tədris etməkdir. Bu kursun sonunda alman dilini başa düməyən və ya o dildə danışa bilməyən tələbələrin yazma, sadə cümlə qurma və elementar səviyyədə danışma bacarığına yiyələnməsi tələb olunur. 


GERM 202 Alman Dili - 2 ( 6 kredit ) 

İlkin Şərt GERM 201 

GERM 201 kursunun davamı olaraq bu kursun əsas məqsədi öncəki kursda əldə olunmuş dörd dil bacarığının daha da inkişaf etdirilməsi alman dilinin elementar səviyyədə başa düşülməsi, oxunması, yazılması və danışılmasıdır. 


REL 201 Dünya Dinlərinə Giriş (6 kredit) 

İlkin Şərt YOXDUR 

Kurs sosial elmlər nöqteyi nəzərindən müasir dünyada dinin mövqeyini təhlil və müzakirə edir. Kurs eyni zamanda müxtəlif dini ənənələrin fənlərarası araşdırmasını da müzakirə obyektinə çevirir. Kursda müqayisəli dinlər tarixi araşdırmalarının nəzəriyyə və metodlarından istifadə edilərək dinlərdə oxşarlıq və fərqlilik, ardıcıllıq və dəyişiklik, köç və lokallaşma mövzuları tədqiq və təhlil edilir. Kursun digər mühüm məqsədləri dinlərin yaranma və əsas prinsipləri diqqətə alınaraq onların mədəniyyət və tarixi cəhətdən öyrənilməsi, müxtəlif dini ənənələr arasındakı düşüncə və təcrübə cəhətdən oxşar və fərqli cəhətlərin müəyyənləşdirilməsi, mühüm inanc, fəsəfə, qaydalar və qurumların araşdırılmasıdır.


REL 201 Dinlər tarixi (6 kredit)

İlkin Şərt YOXUR

Digər məqsədlərlə yanaşı kurs dünya dinlərinin müfəssəl öyrənilməsi və tənqidi araşdırmasını hədəfləyir (əsasən İudaizm, Xristianlıq, İslam, Hnduizm, Buddizm, Konfusianizm, Caynizm, Daosizm, Sinto, Sihizm və s. kimi Yaxın Şərq və Şərqi Asiya dinləri) onların dini ehkamları, ibadət və ayinləri, əxlaq və dəyər sistemləri, müqəddəs kitabları araşdırır. Həmçinin kursda müasir alimlərin elmi cəhətdən dinləri müxtəlif kateqoriyalara ayırması məsələsi təhlil olunur.


REL 403 Din və qloballaşma (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kursun əsas məqəsdi sosial elmlər nöqteyi nəzərindən müasir dünyada dinin mövqeyini təhlil və müzakirə etməkdir. Tələbələrin qloballaşma və müasirliyin müxtəlif anlamları, dünyəvilik nəzəriyyələri, din üzərində qloballaşmanın təsirləri, yerli mədəniyyətlərin aşınması, qloballaşma prosesi, din və şəxsiyyət arasındakı əlaqəni mənimsəmə və dəyərləndirmə imkanlarını genişləndirmək. Kurs qloballasma və müasirliyə cavab olaraq müxtəlif dinlərdə dini fundamentalizmin qlobal artışını və dinin elmi araşdırmasında alternative qeyri-fundamentalist anlayışları müzakirə edir. 


REL 302 Dinin Sosiologiyası (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kurs dini bilik və inanc sisteminin müxtəlif formalarını, dini fəaliyyətin sosial tərəflərini, dini fəaliyyət və təcrübəni, sosial elmlər nöqteyi nəzərindən dini inanc və biliklərin formalarını təhlil edir. Kursun əsas məqsədi tələbələrin dinin sosiologiyası ilə bağlı nəzəri məsələlər haqqında biliklərə yiyələnməsidir. Kursun digər əsas məqsədləri tələbələrin icma və cəmiyyətlər baxımından dinin nəticələri; dinin mahiyyətinə dair sosioloqların müxtəlif nəzəriyyələri; dinlə əlaqəli müasir məsələ və hadisələrin təhlilində sosioloji fikirləri tətbiq etmə bacarığının formalaşdırılmasıdır.


REL 314 Din Fəlsəfəsi (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kurs bəşər tarixində dini yanaşmalarla əlaqəli mövcud olmuş nəzəri məsələləri araşdırır, əsas cərəyan və problemləri, Allahın mövcudluğu və əksi olan arqumentləri, Qədim Yunan, Orta Əsr Avropa, İslam dünyası, Asiya və müasir dövr din fəlsəfəçilərinin əsərləri vasitəsilə din dilinin xarakterik xüsusiyyəti və dini inam və məntiq kontekstində din və fəlsəfə arasındakı əlaqə nöqteyi nəzərdən seçilmiş materialları oxumaq və müzakirə etməklə qədim dövrdən müasir dövrə qədər mövcud olmuş dünya sivilizasiyalarının fəlsəfi ənənəsini təhlil edir.


ISL 210 İslamın Tarixi (6 kredit)

İlkin Şərt YOXDUR

Kurs elmi sahə kimi tarixi metod və üsullardan istifadə edərək yarandığı dövrdən 20-ci əsrin başlanğıcına qədər İslam mənşəli sülalələrin və imperiyaların tərəqqi və tənəzzül səbəbləri, regionda siyası və mədəni gücünü vurğulayaraq onların siyasi, iqtisadi və mədəni tarixini araşdırır. Kurs həmçinin tələbələri İslam ölkələri və sülalələrinin siyasi, sosial, iqtisadi, mədəni, düşüncə və qurum tarixləri, dünya tarixində onların rolu haqqında zəngin biliklə təmin edir. 


ISL 312 İslam Sivilizasiyası (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kursda İslam dünyasının dünya sivilizasiyası tarixindəki yerin araşdırılır. Kurs həmçinin islami qurumlar, memarlıq, musiqi, ədəbiyyat, təsviri incəsənətin əsas tərəflərini əsas tutaraq İslam xilafətinin yarandığı dövrdən onun İslam dünyasındakı müasir varislərinə qədər İslam sivilizasiyasının tarixi inkişafını araşdıracaqdır. Kurs eyni zamanda 14 əsr ərzində İslam sivilizasiyasını formalaşdıran əsas dini, sosial və mədəni xüsusiyyətləri təhlil edəcəkdir. 


ISL 208 İslam Əxlaqı (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kursun əsas məqsədi İslam əxlaqının əsas metodları, mənbələri, təbiəti və məqsədlərinin, Qurani-Kərim və hədislərdə öz əksini tapmış şeytan, iztirab və ölüm, həyatın mənası, insan təbiəti haqqında İslam əxlaqına aid əsas sualların təhlilini və erkən dövrdən müasir əsərlərə qədər mənbələr əsasında abort, klonlaşdırma, orqan köçürmə kimi müasir əxlaqi məsələlərin araşdırmasını aparmaqdır. Tələbələr əl-Kindi, Əbu Bəkir ər-Razi, İbn Misqəveyh, İbn Sina, Fərabi, Qəzali, Tusi və müasir İslam dünyasında onların düşüncə təsirlərini davam etdirən mütəfəkkirlərdən seçilmiş əsərlər vasitəsilə məşhur filosofların İslam əxlaqı haqqındakı nəzəriyyələrilə tanış olmaq imkanı əldə edəcəklər.


ISL 314 Islam Düşüncəsi (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kursda teologiya (kəlam), fəlsəfə və sufizm kimi üç əsas teoloji məktəb çərçivəsində İslam düşüncəsinin əsas mövzuları təhlil edilir. Kurs adı çəkilən məktəblərin irəli sürdüyü sual və problemləri, onların tarixi inkişafını və səbəblərini, İslamın yarandığı dövrdən müasir dövrə qədərki İslam cəmiyyyətlərindəki təsir və əhəmiyyətlərini araşdıracaqdır.


ISL 313 Islam Fəlsəfəsi (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kurs tələbələrə İslam fəlsəfəsinin əsas məktəbləri, görkəmli alimləri və əsas fəlsəfi sualları araşdırma imkanı yaradır. Kurs həmçinin İslam cəmiyyətlərinin intellectual, sosial və mədəni həyatını formalaşdıran fəlsəfi ənənələrin tarixi inkişafını tədqiq edəcəkdir. Kursun əsas məqsədi bu məktəblərin qabaqcıl nümayəndələrinin seçilmiş əsərləri vasitəsilə İslam fəlsəfəsi məktəbləri arasındakı metodoloji fərqlər və fəlsəfi mövularda meydana çıxan suallara dair filosofların cavablarını analiz etməkdir. 


ISL 310 Sufizm (6 kredit)

İlkin Şərt müəllimin razılığı

Kursun əsas məqədləri bir həyat tərzi kimi sufizmin mənşəyi, mənası və inkişafı; onun Qurani-Kərim, hədislər və klassik ədəbiyyat kimi mənbələri; Sufi təfəkkürünün, əxlaqının və məktəblərinin İslam kimliyinin və cəmiyyətinin, xüsusilə ərəb, fars, türk və urdudilli xalqların yaşadığı böldgələrdəki inkişaf tarixi; mədəni, sosial və siyasi funksiyalarını araşdırmaq, İslam dünyasında xüsusilə Azərbaycanda yaşamış sufilərin seçilmiş əsərləri və həyatları ilə yaxından tanış olmaqdır.


PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025