Fizika və Elektronika departamentinin müdiri
Fizika üzrə fəlsəfə doktoru (Azərbaycan Milli Elmlər Akademiyası)
Fizika üzrə magistr (Bakı Dövlət Universiteti, Azərbaycan)
Fizika və Elektronika departamenti 2010-cu ildə yaradılmışdır. Tədris tələbələr üçün uyğun ixtisas təhsilini təmin etmək üçün nəzərdə tutulmuşdur. Əsas elmi kursları başa vurduqdan sonra, tələbələrə sırf ixtisas kursları təklif olunur. Praktiki təcrübə dərəcəsi tələb olunur və müvafiq olaraq, tələbələrdən yay təcrübəsi keçmək tələb olunur. Seçmə fənlər tələbələrin spesifik sahələrdə öz biliklərini inkişaf etdirmək üçün imkan yaradır.
Elektronika, Telekommunikasiya və Radiomühəndislik proqramı aparıcı qabaqcıl texnologiyalar ilə bağlı olaraq bir çox sahələri geniş əhatə edir. Elektronika, telekommunikasiya və radio mühəndisləri elektrik cərəyanından istifadə olunmaqla məlumat ötürülməsi və ya enerji formasını dəyişən cihazlar və sistemlərin dizayn və avadanlıqlarını yaratmaqla məşğuldur. Məzunlarımıza gələcəkdə problemlər üzə çıxdığı zaman problemsiz olaraq yeni texnologiyalara uyğunlaşmaq aşlanacaqdır ki, bu zaman əsas diqqət avadanlıqların iş prinsiplərinə və texnika üzərində cəmlənmişdir. Bu proqram elektronika, telekommunikasiya və radio mühəndislik üzrə siqnal emalı, mikroelektronika, kommunikasiya, idarəetmə sistemləri, radio tezliyi dizaynı, mikroprosessorlar və elektrik enerjisi kimi əsas fənləri əhatə edir və məzunlarımızı geniş biliklərlə təmin edir. Elektronika, telekommunikasiya və radio mühəndisliyi ixtisası riyaziyyat və fizika anlayışlarını, eləcə də elektron texnologiyalarını geniş şəkildə tələb edir. Bu proqramda tələbələr fizika, riyaziyyat və kompüter proqramlaşdırmanın əsas prinsiplərini elektronika və telekommunikasiyada tətbiq edərək dərin biliklər əldə edir. Proqram üzrə tədris aldıqca əsas diqqəti yeni və daha inkişaf etmiş elektron texnologiyaların öyrənilməsi istiqamətində yönəldəcəyik. Bərpa olunan enerji, radarlar və məsafədən idarəetmə, biotibbi mühəndislik, müdafiə sistemləri, informasiya təhlükəsizliyi, və telekommunikasiya kimi getdikcə inkişaf edən sahələrdə müxtəlif formada bu ixtisaslı kadrlara ehtiyac vardır. Departament yüksək ixtisasa malik mütəxəssislər hazırlamaq üçün yeni, müasir laboratoriyalarla təchiz olunmuşdur. Laboratoriyalarda aşağıdakı imkanlar vardır: