I ELAN
Təhsil sahəsində son yeniliklərin və mövcud problemlərin müzakirə olunması məqsədilə Xəzər Universitəsi, 20-21 Aprel 2018 tarixlərində Beynəlxalq Təhsil Elmləri Konfransına ev sahibliyi edir.
Dünyanın müxtəlif universitetlərindən gələn alimlərin, tədqiqatçıların iştirakıyla keçiriləcək bu konfransın məqsədi təhsildə baş verən son yenilikləri tədqiqatçılarla müzakirə etmək, gənc tədqiqatçıları bu sahələrə təşviq etməkdir.
Konfransa Azərbaycan, Türk, Rus və İngilis dillərində məqalələr qəbul edilir.
Konfransda iştirak etmək üçün qeydiyyatdan keçib, təyin olunan müddətdə tezisləri göndərmək xahiş olunur.