Memarlıq və dizayn departamentinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Sabah Qrupları Layihəsi”-nin təşkilatçılığı ilə 2025-ci il aprelin 30-da Dokuz Eylül Universitetinin (Türkiyə) Memarlıq fakültəsinin Şəhər və bölgə planlama bölümünün professoru Ebru Çubukçunun təqdimatında “Mühit və şəhər ərazisinin abadlaşdırılması” mövzusunda seminar keçirilib.
Seminarda Memarlıq və Dizayn ixtisaslarında təhsil alan tələbələr və həmin ixtisasların müəllim heyəti iştirak ediblər. Təqdimat əsnasında şəhər planlaması və mühitin abadlaşdırılması mövzusunda nəzəri və praktiki biliklər paylaşılıb. Ebru Çubukçu şəhər mühitlərinin davamlı inkişafı və abadlaşdırılmasının önəmi barədə ətraflı məlumat verərək, müasir şəhər inkişafının təkmilləşdirilməsi ilə bağlı maraqlı müzakirələr aparıb.
Seminarda Sabah Mərkəzinin müdiri Pərvin Quliyeva da iştirak edib. O, şəhər planlaması sahəsindəki təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb.
Seminar iştirakçılara mühitin və şəhər ərazilərinin inkişaf etdirilməsi mövzusunda əlavə bilik və təcrübə qazandırmaqla yanaşı, həmkarlar arasında fikir mübadiləsi və gələcək əməkdaşlıq üçün yeni imkanlar da yaratmışdır.
2025-ci il aprelin 3-də Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin təşkilatçılığı ilə universitetin Mərmər salonunda iki alim tərəfindən incəsənət sahəsindəki müasir tədqiqat istiqamətləri və Türk çağdaş sənətinin inkişafı mövzularına həsr olunmuş iki seminar keçirilib.
İlk olaraq Çanakkale Universitetinin (Türkiyə) İqtisadiyyat və idarəetmə fakültəsinin müdiri Prof. Nilay Köleoğlu “İncəsənət sahəsində araşdırma istiqamətləri” mövzusunda çıxış edib. Prof. Köleoğlu incəsənət tədqiqatlarının müxtəlif metodologiyaları və yanaşmalarını izah edərək, bu sahədə aparılan araşdırmaların cəmiyyətə və akademik dünyaya təsirini vurğulayıb.
İkinci seminar isə Aksaray Universiteti (Türkiyə) Rəsm tədrisi departamentinin müəllimi Dr. Banu Davun tərəfindən keçirilmişdir. Dr. Davun “Türk çağdaş dünyasında qadın rəssamlar” mövzusunda çıxış edərək, Türk incəsənətində qadın rəssamların tarixi və müasir dövrdəki rolu barədə dərin bir təhlil təqdim edib. O, Türk incəsənətinin inkişafında qadın rəssamların necə əhəmiyyətli yer tutduğunu və bu sahədəki müasir təlatümləri izah edib.
Hər iki seminara Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələr dəvət olunmuşdur. Onlar maraqlı suallar verərək, müzakirələdə fəal iştirak etmişlər. Seminarlar tələbələrə nəzəri biliklərini genişləndirmək, incəsənət sahəsindəki ən son tədqiqatları və yenilikləri öyrənmək imkanı yaratmışdır.
2025-ci il aprelin 23-də “Greenwood Interior” şirkətinin rəhbəri Fuad Nəcəfov “Dəstək Dizaynı” layihəsi ilə əlaqədar Memarlıq və dizayn departamentinin “Dizayn” ixtisasında təhsil alan 3-cü kurs tələbələri ilə Xəzər Universitetində görüşmüş və məsləhətlərini vermişdir.
2025-ci il aprelin 22-də Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müəllimləri Leyla Hüseynova və İskəndər Məmmədovun rəhbərliyi ilə Dizayn ixtisasında tədris alan 3-cü kurs tələbələri üçün “Dəstək Dizaynı” layihəsi ilə əlaqədar olaraq “Greenwood” və “Turkesh Decor” şirkətlərinə tədris ekskursiyası təşkil edilib. Ekskursiyanın əsas məqsədi tələbələrin mebel dizaynının istehsal prosesini real istehsalat mühitində öyrənmələri və nəzəri biliklərini praktikada tətbiq etmələridir.
Ekskursiya zamanı tələbələr müxtəlif interyer materiallarının istehsal mərhələləri ilə yaxından tanış olublar. Onlar müasir texnologiyalar və istifadə olunan xammallar haqqında ətraflı məlumat alıblar. Şirkət rəhbərləri və nümayəndələri, istehsal proseslərinin necə təşkil olunduğunu nümayiş etdirərək, məhsul dizaynının sənaye tərəfi barədə tələbələrə dəyərli biliklər veriblər.
Bu ekskursiya tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici olmuşdur. Tələbələr dizayn sahəsindəki biliklərini genişləndirərək, gələcək karyeraları üçün vacib təcrübə qazanmaq imkanı əldə ediblər.
Dünyaca məşhur Adobe World Championship müsabiqəsi ilk dəfə olaraq 2025-ci il aprelin 12-də Azərbaycanda keçirilmişdir. Qalibləri ABŞ-da keçiriləcək beynəlxalq final mərhələsində iştirak imkanı gözləyir. Bu möhtəşəm təşəbbüs Adobe və Certiport-un Azərbaycandakı yeganə rəsmi təmsilçisi olan Bakı Dizayn Akademiyası (BDA) tərəfindən həyata keçirilmişdir. Layihə Mədəniyyət Nazirliyi və Yaradıcı Sənayelər Mərkəzinin dəstəyi ilə gerçəkləşmişdir.
450 nəfərin iştirak etdiyi müsabiqənin birinci turundan 50 iştirakçı seçilmiş, ikinci turda isə Hackathon mərhələsinə vəsiqə qazanan 25 yarımfinalçı müəyyən edilmişdir. Bu yarımfinalçılar arasında Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin Dizayn ixtisası üzrə təhsil alan III kurs tələbələri Aydan Səfərova və Heydər Xudaverdiyev də yer almışdır.
Yarışma gənclərin yaradıcılıq qabiliyyətini və peşəkar bacarıqlarını inkişaf etdirmək, eyni zamanda ölkənin yaradıcı sənayelər sahəsindəki potensialını tanıtmaq məqsədi ilə təşkil
Məhsul dizaynı dərsi çərçivəsində tələbələrə verilən tapşırıq fiziki məhdudiyyətləri olan şəxslər üçün mebel dizaynının yaradılması idi. Bu tapşırıq əsasında hazırlanmış layihənin "Dəstək Dizaynı" adı ilə ilk təqdimatı 2025-ci il aprelin 10-da keçirildi.
Memarlıq və dizayn departamentinin müəllimləri Şəhla Abbasova, Leyla Hüseynova və Günay Məmmədova tədbirdə iştirak ediblər. Eyni zamanda, təqdimatın daha müfəssəl və səmərəli olması məqsədilə əməkdaşlıq edilən şirkətlərin rəhbərləri - Marketinq və İctimaiyyətlə Əlaqələr (PR) Departamentinin rəhbəri Tural Məmmədzadə (AZMOB-un rəhbəri), Türkeş Dekor şirkətinin rəhbəri Xəqani Hümbətov, Greenwood şirkətinin rəhbəri Fuad Nəcəfov və Azefurniture şirkətinin rəhbəri Şəhriyar Məmmədli də iştirak etdilər.
Bu layihə fiziki məhdudiyyətləri olan şəxslər üçün həm estetik, həm də funksional mebellərin yaradılmasını hədəfləyir və eyni zamanda, iştirak edən şirkət rəhbərlərinin təcrübə və fikir mübadiləsi aparmalarına imkan yaradır. Layihənin qalib dizaynı əsasında son mərhələdə həmin mebel istehsal edilərək, fiziki məhdudiyyətli bir şəxsə hədiyyə veriləcək. Bu, layihənin sosial məsuliyyətini və məqsədini gücləndirən vacib bir addımdır. Layihənin maliyyə tərəfdaşları isə Türkeş Dekor, Greenwood və Azefurniture şirkətləri olmuşdur. Onların dəstəyi ilə bu təşəbbüs daha da genişlənərək, fiziki məhdudiyyətli şəxslərin həyatına müsbət təsir göstərəcək.
https://www.facebook.com/share/p/1RaBShRxxd/?mibextid=wwXIfr
https://www.instagram.com/p/DITAOOJCJ-E/?igsh=MTV3bmwxODh3MHhjYg==
2024-cü il dekabrın 16-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetinin “Ədəbiyyat səyyahları” (klv.az) saytının fəlsəfi - irfani mövzuda hekayə və esse üzrə elan etdiyi respublika müsabiqəsinə yekun vurulub. Qaliblərin mükafatlandırma mərasiminə universitetin müəllim - tələbə heyəti, müsabiqəyə sponsorluq edən NAB Holdinqin və Mövlana Ədəbi - Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) əməkdaşları, habelə Füzuli poeziyasının pərəstişkarları qatılıb.
Xəzər Universitetinin Mərmər salonunda keçirilən tədbir Xəzər Universitetinin Kamera orkestri və tələbələrdən ibarət xor kollektivinin çıxışı ilə başlayıb. Humanitar, təhsil və sosial elmlər, Təbiət elmləri və mühəndislik fakültələrinin 100-ə yaxın tələbəsinin böyük şairin “Can vermə qəmu-eşqə ki, eşq afəti - candır” misrası ilə başlayan qəzəlini xorla “Şur” muğamı üstə oxumaları Füzuli poeziyasına sonsuz sevginin ifadəsi olub. C.Cahangirovun “Füzuli” kantatası, “Leyli-Məcnun” operasından parçalar, o cümlədən “Arazbarı”, həmçinin universitetin tələbəsi Elvin Əliyevin ifasında M.Füzulinin sözlərinə yazılmış “Vətənimdir” romansı alqışlarla qarşılanıb.
Humanitar, təhsil və sosial elmlər fakültəsinin III kurs tələbəsi Minəxanım Qasımova Füzulinin “Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor”, Təbiət elmləri və mühəndislik fakültəsinin I kurs tələbəsi Aytac Miriyeva “Ey mələksima ki, səndən özgə heyrandır sana” qəzəlini özünəməxsus tərzdə səsləndiriblər.
Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, “Ədəbiyyat səyyahları” saytının təsisçisi Prof.Akad. Hamlet İsaxanlı Füzulinin Azərbaycan və dünya ədəbiyyatındakı rolundan danışaraq, onun poetik dünyasının dərin fəlsəfi və irfani anlamlarla zəngin olduğunu bildirib. Qeyd edib ki, Füzuli yaradıcılığı yalnız ədəbi mətnlər deyil, həm də insanın varlığı, eşq və mənəvi axtarışları haqqında dərin fəlsəfi suallara cavab axtarışı kimi dəyərləndirilməlidir.
Dillər və ədəbiyyat departamentinin müəllimi, “Ədəbiyyat səyyahları” saytının baş redaktoru Qardaşxan Əzizxanlı Füzuli irsində eşq və kamillik axtarışı mövzusuna toxunub. O, Füzulinin “Leyli və Məcnun” əsərindəki irfani eşq anlayışının İslam fəlsəfəsindəki kamillik konsepsiyası ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, Füzulinin eşqi yalnız romantik sevgi deyil, ilahi həqiqətə çatmaq yolunda mənəvi yüksəlişi ifadə edir.
Tədbir iştirakçılarına NAB Holdinqin prezidenti Şahram Mohaqqeq Orominin salamını çatdıran holdinqin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Rüstəm Lazımov çıxış edərək, Füzulinin irfan dünyagörüşünün İbn Ərəbi, Şəhabəddin Sührəvərdi və digər Şərq mütəfəkkirləri ilə ideya yaxınlıqlarına diqqət çəkib. O, qeyd edib ki, Füzulinin yaradıcılığı Şərq irfan ənənəsinin Azərbaycan ədəbiyyatındakı ən parlaq təzahürlərindən biridir.
Sonra hekayə və esse üzrə respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Esse üzrə Əli Ağazadə, Fatmaxanım Heydərli və Təhminə Verdiyeva, hekayə üzrə Nurlana İşıq (Məmmədova), Səma Quliyeva, Gülnaz Allahverdiyeva qalib elan olunublar. Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova, Mövlana Ədəbi - Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) direktoru, filologiya elmləri doktoru Nəzakət Məmmədli, “Ədəbiyyat səyyahları” saytının məsul redaktoru Dos. Ülvi Babasoy qaliblərə pul mükafatları və diplomlar təqdim ediblər.
Tədbirdə Memarlıq və dizayn departamentinin tələbələrinin əl işlərindən ibarət “Füzuli-530” adlı sərgi nümayiş etdirilib.
Xəzər Universiteti Memarlıq və dizayn departamentinin tələbələri tərəfindən 2024-cü il dekabrın 20-də universitetin Neftçilər kampusunda Şuşa şəhərinin 2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş rəsmlərdən ibarət “Mədəniyyət körpüsü – Şuşadan Naxçıvana” adlı sərgi nümayiş etdirilmişdir. Sərgi tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq və qeyd olunan əlamətdar hadisələrin mədəni əhəmiyyətini vurğulamaq məqsədini daşıyırdı.
Tədbirdə Şuşa şəhərinə və Naxçıvan Muxtar Respublikasına həsr olunmuş əsərlər yer almışdır. Mövzu həm tarixi, həm də mədəni baxımdan önəm daşıyaraq, iştirakçılarda dərin maraq doğurmuşdur.
2025-ci il yanvarın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əzim Əzimzadə Mənzil Muzeyində Məmməd Səid Ordubadinın Xatirə Muzeyi və Cəfər Cabbarlının Ev-Muzeyinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə "Gələcəyin Gəncliyi" adlı tədbir keçirib.
Tədbirdə Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müəllimi İskəndər Məmmədovun rəhbərliyi ilə universitetin tələbələri iştirak ediblər. Tələbələrdən Ceyran Süleymanova, Asya Məmmədova, Ləman Hacıyeva, Gülgün Əliyeva və Nigar Həsənlinin müxtəlif mövzularda rəsm əsərləri nümayiş olunub.
Tədbirin məqsədi gənc istedadların yaradıcı imkanlarını göstərmək və onları yeni layihələrə səfərbər etmək idi. “Xəzər”in tələbələrinin əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
2025-ci il fevralın 26-da Xəzər Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Yaddaşdan sənətə” adlı sərgi keçirilib. Sərgidə Memarlıq və dizayn departamentinin Təsviri incəsənət müəllimliyi və Dizayn ixtisaslarında təhsil alan tələbələrin rəsm əsərləri nümayiş olunub. Tələbələrin əsərləri Xocalı faciəsinə gənc sənətkarların yaradıcı baxışlarını əks etdirib.
2025-ci il martın 3-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Memarlıq və dizayn departamentinin dəstəyi ilə Xəzər Universitetinin “Təsviri incəsənət müəllimliyi”, “Dizayn” və “Memarlıq” ixtisası üzrə təhsil alan tələbələri üçün Xəzər Televiziyasının baş rəssamı, Xəzər Universitetinin məzunu Səbinə Əhməd tərəfindən “Sərhədsiz dizayn: bir yaradıcının səyahəti” mövzusunda vorkşop təşkil olundu.
S. Əhməd dizayn sahəsindəki geniş təcrübəsinə əsaslanaraq tələbələrlə 3D dizayn, qrafik dizayn, studiya dizaynı və bədii tərtibat mövzularında öz biliklərini bölüşdü. O, həmçinin, tələbələrə dizayner və quruluşcu rəssam olaraq həyata keçirdiyi layihələri, dizayn etdiyi məkanları nümayiş etdirdi.
Tədbirin sonunda S.Əhməd tələbələri maraqlandıran sualları cavablandırdı.
2025-ci il martın 10-da Xəzər Universitetinin Mərmər zalında Memarlıq və dizayn departamenti tərəfindən təşkil olunmuş “Satira bayramı” adlı seminarın qonağı tanınmış karikaturaçı rəssam Rızvan Quliyevin qızı Sevil Fuks Azərbaycan karikatura sənətinin ilk nəsil nümayəndəsi olan atasının yaradıcılığını geniş şəkildə təqdim etmişdir.
Təqdimatda S. Fuks "Kirpi" jurnalının 1952-1991-ci illər arasındakı təxminən 40 illik dövrünü ətraflı şəkildə analiz edərək, jurnalın Azərbaycan mətbuatındakı yerini, rolunu və cəmiyyətə olan təsirini vurğulamışdır. "Kirpi" jurnalı yalnız dövrün aktual məsələlərini satirik şəkildə işıqlandırmaqla deyil, eyni zamanda sosial və siyasi problemlərə satirik yanaşması ilə də cəmiyyətin inkişafında mühüm yer tutmuşdur.
Almaniyada yaşayan həmvətənlimiz Sevil Fuks Azərbaycanı tanıtmaq məqsədilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına aid “Nizami-biblioqrafiya”,”Nizami nəzm və nəsrdə”, “Fitnə” kitablarını alman dilində nəşr etdirib. “Fitnə” kitabının dizayn-illustrator işi Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müəllimi İskəndər Məmmədova aiddir.
Tədbir qonaqlarından jurnalist və Bakı tarixi üzrə tədqiqatçı Fuad Axundov çıxışında "Kirpi" jurnalının zamanında jurnalistikada böyük əhəmiyyətə malik olduğunu, Rizvan Quliyevin karikatura sənətinə töhfələrini vurğulamış və Sevil Fuksun çıxışının çox ətraflı olduğunun diqqətə çatdırmışdır.
Tədbir həm sənət, həm də tarix baxımından geniş müzakirələrə yol açmış və iştirakçılara "Kirpi" jurnalının cəmiyyətdəki mühüm yerini bir daha xatırlatmışdır.
Tədbirin sonunda Sevil Fuks nəşr etdiyi kitabları Xəzər Universitetinin kitabxanasına hədiyyə etmişdir.
2024-cü il oktyabrın 16-da Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzi tərəfindən universitetin Mərmər zalında “COP29 ərəfəsi: Təhsil, İctimai Səhiyyə və Davamlı İnkişafın Əlaqələndirilməsi” adlı beynəlxalq simpozium keçirilmişdir. Tədbirdə müəllimlər, alimlər, səhiyyə mütəxəssisləri və siyasətçilər bir araya gələrək, iqlim dəyişikliyi ilə bağlı problemləri müzakirə etmişlər. Simpoziumu giriş sözü ilə Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova açmışdır. O, qonaqları salamlayaraq, iqlim dəyişmələri və onların yaratdığı problemlərin müzakirəsinin, bu problemlərin həllində elm və siyasətin qarşılıqlı əlaqələrinin vacib olduğunu vurğulamışdır.
Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzinin dosenti və Alman Beynəlxalq Əməkdaşlığı Təşkilatının (GİZ) nümayəndəsi Dr. Rövşən Abbasov müasir iqlim dəyişmələrinin insan həyatına təsirlərindən və onların qarşısının alınmasında icma və elm fəaliyyətlərinin zəruriliyindən danışmışdır.
Ətraf Mühitin Tədqiqi Mərkəzinin əməkdaşları Dr. Rövşən Kərimov və Dr. Şahnaz Amanova müvafiq olaraq “Şəhərlər və iqlim”, “İqlim dəyişmələti və dağ yerlərində miqrasiya” problemləri haqqında məruzə etmişlər.
Liverpul Universitetinin professoru Suzanne Leroy, Bakı Dövlət Universitetinin professoru Məhluqə Yusifova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktory professor Əlövsət Quliyev, Xəzər Universitetinin qonaq professoru (visiting professor) Natalia Rekhter və başqalarının da iqlim dəyişmələri, sağlamlıq, insan həyatının iqlimlə əlaqəli problemləri mövzularında məruzələri dinlənilib.
GİZ nümayəndələri Günay Həsənova və Samir Abbasov təşkilatın Azərbaycanda keçirdiyi layihələrdən danışmışlar. Simpozium zamanı Xəzər Universitetinin Ekoloji Araşdırmalar Mərkəzi ilə GIZ arasında Azərbaycanda həyata keçirilən layihələr üzrə gələcək əməkdaşlıq da müzakirə olunmuşdur.
Sonra Xəzər Universitetinin tələbələri iqlim dəyişikliyinə həsr olunmuş incəsənət əsərlərini nümayiş etdirmişlər.
2024-cü il oktyabrın 16-da Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzi tərəfindən universitetin Mərmər zalında “COP29 ərəfəsi: Təhsil, İctimai Səhiyyə və Davamlı İnkişafın Əlaqələndirilməsi” adlı beynəlxalq simpozium keçirilmişdir. Tədbirdə müəllimlər, alimlər, səhiyyə mütəxəssisləri və siyasətçilər bir araya gələrək, iqlim dəyişikliyi ilə bağlı problemləri müzakirə etmişlər. Simpoziumu giriş sözü ilə Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova açmışdır. O, qonaqları salamlayaraq, iqlim dəyişmələri və onların yaratdığı problemlərin müzakirəsinin, bu problemlərin həllində elm və siyasətin qarşılıqlı əlaqələrinin vacib olduğunu vurğulamışdır.
Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzinin dosenti və Alman Beynəlxalq Əməkdaşlığı Təşkilatının (GİZ) nümayəndəsi Dr. Rövşən Abbasov müasir iqlim dəyişmələrinin insan həyatına təsirlərindən və onların qarşısının alınmasında icma və elm fəaliyyətlərinin zəruriliyindən danışmışdır.
Ətraf Mühitin Tədqiqi Mərkəzinin əməkdaşları Dr. Rövşən Kərimov və Dr. Şahnaz Amanova müvafiq olaraq “Şəhərlər və iqlim”, “İqlim dəyişmələti və dağ yerlərində miqrasiya” problemləri haqqında məruzə etmişlər.
Liverpul Universitetinin professoru Suzanne Leroy, Bakı Dövlət Universitetinin professoru Məhluqə Yusifova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktory professor Əlövsət Quliyev, Xəzər Universitetinin qonaq professoru (visiting professor) Natalia Rekhter və başqalarının da iqlim dəyişmələri, sağlamlıq, insan həyatının iqlimlə əlaqəli problemləri mövzularında məruzələri dinlənilib.
GİZ nümayəndələri Günay Həsənova və Samir Abbasov təşkilatın Azərbaycanda keçirdiyi layihələrdən danışmışlar. Simpozium zamanı Xəzər Universitetinin Ekoloji Araşdırmalar Mərkəzi ilə GIZ arasında Azərbaycanda həyata keçirilən layihələr üzrə gələcək əməkdaşlıq da müzakirə olunmuşdur.
Sonra Xəzər Universitetinin tələbələri iqlim dəyişikliyinə həsr olunmuş incəsənət əsərlərini nümayiş etdirmişlər.
Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 fevral 2024-cü il tarixli 40 nömrəli Sərəncamı ilə Azerbacan Respublikasında 2024-ci ilin “Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azerbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 23-24 may 2024-ci il tarixində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzüsunda elmi-praktiki konfransda Xəzər Universitetinin “Memarlıq və Dizayn” departamentinin “Dizayn” ixtisası tələbələri iştirak etmiş və onların hazırladıqları Eko Dizayna aid plakatları sözügedən tədbirdə sərgilənmişdir.
Departamentinin müəllimləri Leyla Hüseynova və İlahə Təhməzlinin rəhbərliyi ilə “Dizayn” ixtisasının tələbələr Cəmilə Səfərova, Nuray Hüseynli, Naina Mehdipur, Səbinə Əliyeva, Ayla Papanzadə, Aydan Səfərova, Röya Həmidova, Səma Bayramova və Lətifə babayeva “Yaşıl Dünya” adlı posterler və plakatlar hazırlamışlar. Gənc istedadların təbiəti qorumağa, ekoloji maariflənmə məsələlərinə və s. həsr olunmuş əsərləri böyük maraq doğurub.
2023-cü il dekabrın 5-də Xəzər Universitetinin Mərmər salonunda Memarlıq və Dizayn və İnşaat Mühəndisliyi departamentlərinin təşkilatçılığı ilə “Archida Group” “Dizayn belə olar” adlı seminar keçirib.
Seminrda “Archida Group”-un rəhbəri Afaq Həşimli və əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Sonda bir sıra tələbələrə seminarda aktiv iştiraklarına görə sertifikat verilmişdir.
2023-cü il aprelin 4-də Xəzər Universitetinin Mərmər salonunda “Eko-memarlıq və dizayn perspektivləri” mövzusunda beynəlxalq konqres keçirildi.
Konqres Xəzər Universitetinin Memarlıq və dizayn departamenti, Türkiyənin İKSAD İnstitutu, Azərbaycqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, UNEC Dizayn Məktəbi və Eskişehir Osmanqazi Universiteti Memarlıq fakültəsinin birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunmuşdu.
Mərmər salonda tələbələrin və iştirakçıların əsərlərindən ibarət bədii və dizayn tematik sərgisi də nümayiş etdirilirdi.
Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı iştirakçıları salamlayaraq, konqresin mühüm və aktual məsələyə həsr olunduğunu bildirdi və işinə uğurlar arzuladı.
Xəzər Universiteti Memarlıq və dizayn departamentinin müdiri professor Şəhla Abbasova çıxış edərək, tədbirin məqsədindən danışdı. O, konqresdə Azərbaycanla yanaşı müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, Almaniya, Cənubi Afrika, İndoneziya, Pakistan, Macarıstan, Malayziya, Əlcəzair, Mərakeş və Ukraynadan məruzəçilərin iştirak etdiyini vurğuladı və bildirdi ki, bu beynəlxalq iştirak mövzunun vacibliyini və ekoloji problemlərin həlli üçün qlobal əməkdaşlığın zəruriliyini nümayiş etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Ekoloji Ekspertiza Agentliyindən Mirsalam Qənbərov çıxışında ekologiyanın aktual problemlərindən danışdı və bu məsələlərə hərtərəfli- sosial, iqtisadi və ekoloji amilləri nəzərə almaqla yanaşmağın vacibliyini vurğuladı.
UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova bu sahədəki təcrübəsindən söz açdı və eko-memarlıq haqqında fikirlərini bölüşdü.
TCHOBAN VOSS Architekten memarlıq firmasının direktoru və Tchoban Fondunun təsisçisi, memar Sergei Tchoban və Almaniyadan tədbirə qoşulan layihə memarı Teymur Osmanov eko-memarlıq layihələri ilə bağlı təcrübələri haqqında təqdimat keçirərək, ekoloji təmiz dizayn və tikintiyə öz innovativ yanaşmalarını nəzərə çatdırdılar.
İKSAD-ın prezidenti Dr.Mustafa Latif Emek də çıxışında memarlıq və dizayn sahəsində geniş bilik və təcrübəsini və bunun davamlı və ekoloji cəhətdən təmiz binaların yaradılması üçün necə tətbiq oluna biləcəyini iştirakçılarla bölüşdü.
“İçərişəhər” Elm-Mədəniyyət Mərkəzinin direktorunun elmi işlər üzrə müşaviri, professor Vəfa Quliyeva eko-memarlıq və davamlı dizaynı mənimsəyərkən, mədəni irsin qorunmasının vacibliyi haqqında fikirlərini bildirdi.
Türkiyədən onlayn olaraq konqresə qoşulan ESOGU-nun Bina Biliyi və İxtisaslaşma Direktoru Prof. Dr. Ayşen Öztürk eko-memarlıq sahəsində ən son yeniliklər və onun ekoloji problemlərin həllində necə istifadə oluna biləcəyi haqqında çıxış etdi.
Konqres sonra işini bölmələrdə davam etdirdi. Sonda konqres təşkilatçılarına tədbirin uğurlu təşkilinə görə təşəkkür plaketi təqdim olundu.