Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. MƏZUNLAR
  3. Məzunlarla bağlı yazılar
Çap edin
MƏZUNLARMəzunlar haqqında məlumat bazasıMəzunlarla bağlı yazılarİlk məzunlarımızTədbirlər

Məzunlarla bağlı yazılar

Xəzər Universitetinin məzunu Vüqar Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2023-cü il tarixli sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, Dövlət İdarəçilik Akademiyasını, sonra isə Xəzər Universitetinin magistr proqramıni bitirib.

“Certified Internal Auditor (CIA)” – Beynəlxalq Daxili Auditor və "IBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.

Dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 - 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi fəaliyyət göstərib.

2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı direktorun müşaviri vəzifəsinə təyin olunub. Həmin ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.

Ailəlidir, iki övladı var.

Media vasitələri bu barədə xəbər yayımlayıb.

https://qafqazinfo.az/news/detail/yeni-nazir-kimdir-418745 və s.

 

“Xəzər”in məzunu “GP Cotton Holdings” MMC-nin baş icraçı direktoru təyin olunub

Kərimov Famil Qalib oğlu - 1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Xəzər Universitetində “Maliyyə və mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini alıb. 2013-2014-cü illərdə İspaniyada IE Business Məktəbində “Biznesin idarə edilməsi” üzrə magistr dərəcəsi (“MBA”) almışdır. 2013-cü ildən etibarən Birləşmiş Krallıqda Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) üzvüdür. O, 2005-2013-cü illər ərzində “Deloitte” və “Baker Tilly” kimi xarici audit şirkətlərdə müxtəlif vəzifələr tutmuşdur.

2015-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-də Kommersiya və Əməliyyatlar Departamentinin direktoru və 2016-cı ildən Gilan Sənaye Qrupunda Baş maliyyə direktoru və Baş direktorun müavini işləmişdir. 2018-ci ildən Gilan Holdinqdə Strateji idarəetmə ofisinin rəhbəri və eyni zamanda Direktorlar Şurasının üzvü vəzifəsində çalışıb. 2021-ci ilin yayından etibarən “AFB Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.

https://banker.az/bankin-r%c9%99hb%c9%99rl%c9%99rind%c9%99n-biri-433-milyonluq-holdinq%c9%99-bas-icraci-direktor-t%c9%99yin-edilib/ 

 

 “Xəzər”in məzunu Müdafiə sənayesi nazirinin müavini təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 mart 2023-cü il tarixli sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Təhsili: 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi ( MBA) ” magistr proqramı 2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor ( CİA) ” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir. 2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan "Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 - 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

Ailəlidir. İki övladı var.

Ölkə saytları bu barədə xəbər yayımlayıb.

https://azerforum.com/az/medet-quliyeve-yeni-muavin-teyin-edildi-dosye və s.

 


“Xəzər”in məzunu nazir müavini təyin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 may 2022-ci il tarixli sərəncamı ilə Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

Samir Məmmədov 1974-cü il iyunun 15-də Bakı şəhərində anadan olub. 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili, 2010-2016-ci illərdə Şotlandiyanın Edinburq Universitetində Təhsildə İKT ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Samir Məmmədov 1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib.

1998-1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışıb. 1999-2006-cı illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru olub.

O, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub. 2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

2017-2019-ci illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Rus və ingilis dillərini bilir. Ailəlidir.

Ölkə saytları bu təyinat haqqında xəbər yayımlayıb.

https://qafqazinfo.az/news/detail/yeni-teyin-edilen-nazir-muavinleri-kimdir-364698 və s.

 


“Xəzər”in məzunu yüksək vəzifəyə təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə yeni rəis təyin olunub. Bununla bağlı nazir Rəşad Nəbiyev ynvarın 12-də əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Fidan Fərzəliyevaya həvalə edilib.

O, Bakıda Qərb Universitetində bakalavr, Xəzər Universitetində magistr, Böyük Britaniyanın Nottinqem Trent Universitetində isə "İnsan Resurlarının idarə edliməsi" ixtisası üzrə doktorantura təhsili alıb, İngiltərədəki İnsan Resurslarının İdarə Edilməsi Peşəkarları Assosiasiyasının (CIPD) üzvüdür.

F.Fərzəliyeva BP şirkətinin İnsanlar və mədəniyyət (keçmiş İnsan resursları) departamentinin direktoru olub, 18 il şirkətdə müxtəlif rəhbər vəzifələrdə işləyərkən, həyata keçirdiyi uğurlu layihələrə və əldə etdiyi proqressiv nəticələrə görə, ötən ilin yanvar ayından BP-nin ümumdünya insan hüquqlarının müdafiəsi üzrə mütəxəssisi təyin olunub. O, bir sıra insan resurslarının tranformasiyası layihələrində iştirak və rəhbərlik edib.

Ailəlidir, üç övladı var.

Bir sıra saytlar bu barədə xəbər yayımlayıb.

https://www.mia.az/w1027428/nazir-resad-nebiyev-fidan-ferzeliyevaya-yuksek-vezife-verdi-foto-2022-01-12-183238  və s.

 


Xəzər Universitetinin məzunu yüksək vəzifəyə təyin edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilmişdir. Məmməd Abbasbəyli 1975-ci ildə Gəncə şəhərində anadan olub. Xəzər Universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr dərəcəsi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.1999-ci ildə ABŞ-ın Perdyu Universitetində və 2000-ci ildə ABŞ-nın Corc Vaşinqton Universitetinin hüquq fakültəsinin hüquq üzrə magistri dərəcələri alıb.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.

Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra 2003-cü ilədək firmanın Bakı ofisində işini davam etdirib.

2004-cü ildən “Azpetrol International Holdings B.V.”də, “EUPEC Pipe-Coatings LLC” və “BP Group kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb. 2016-ci ildə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub. 2019-cu ildə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü və Apellyasiya Şurasının üzvü təyin olunub.

Evlidir, 3 övladı var.

Ölkə saytları təyinat haqqında xəbər yayımlamışdır.

https://www.azerbaycan24.com/prezidentin-bu-gun-teyin-etdiyi-xidmet-reisi-kimdir/ və s.

 


 “Xəzər”in məzunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədr təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Bu vəzifəyə Anar Rzayev gətirilib. O, indiyə qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.

Qeyd edək ki, A.Rzayev 1973-cü ildə Bakıda anadan olub, Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.

1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb. O, ötən il ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Hergun.az və digər saytlar bu barədə xəbər yayımlayıb:

https://hergun.az/article/az/55868#new_base 

 


 “Xəzər”in məzunu yüksək vəzifəyə - DANX-ın rəis müavini təyin edilib

Xəzər Universitetinin məzunu Anar Rzayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində rəis müavini təyin edilib.

Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci tədris ilində ACTP tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək, ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin (Syracuse University) Yutika Kollecində təhsil alıb.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək, Beynəlxalq İqtsiadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasına dissertant kimi təhkim edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.

1996-cı ildə Şotlandiyanın OBC Transport şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək DİALOG Freigşt İNTL ABŞ-Rusiya birgə müəssisəsinin Baş meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın Van der Wal International Transport Baku şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə “Moskviçtexxidmət” ASC -nin idarə heyətinin sədri vəzifəzində çalışıb.

2014-cü il fevral ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunub. UNEC-in Beynəxalq iqtisadiyyat (ingilis dilində) kafedrasının dosentidir.

2018-ci ilin may ayından UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəifəsinə təyin olunub.

2015-ci ilin oktyabrında “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2021-ci il avqustun 4-də olke.az, yenisabah.az və digər çoxlu saytlar bu barədə xəbər dərc edib. 

https://olke.az/olke/239487/danx-da-yuksek-vezifeye-teyinat/ 

https://yenisabah.az/yuksek-vezifeye-teyin-edilen-anar-rzayev-kimdir

 

 


“Xəzər”in məzunu Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifəyə təyin olunub

Trend İnformasiya Agentliyinin 2021-ci il iyunun 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB – EBRD) rəsmi səhifəsinə istinadən yaydığı məlumata görə, Xəzər Universitetinin məzunu Aytən Rüstəmova bankın Qırğızıstan, Tacikistan və Türkmənistanda yeni regional meneceri təyin olunub.

Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova 2001-ci ildən AYİB-də işə başlayıb. Bankın Bakı ofisində müxtəlif vəzifələrdə çalışıb. O, 2017-ci ildə AYİB-in Tacikistanda regional rəhbəri təyin olunub.

A.Rüstəmova Azərbaycan Dillər Universitetində xarici dillər üzrə magistr dərəcəsi, Xəzər Universitetində və ABŞ-ın Corciya Dövlət universitetində (Georgia State University) MBA (master of business administration – iqtisadiyyat və menecment sahəsində magistr dərəcəsi) təhsili alıb.

Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib AYİB-in Londonda yerləşən Mərkəzi ofisinə qayıdan Neil McKain`i əvəz edəcək. Ofis Qırğızıstanın paytaxtı Bişkekdə yerləşəcək. A.Rüstəmova 2021-ci il sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

İyunun 28-29-da azerbaycan24.com, zekaishiginda.az, report.az, yeniavaz.com və digər saytlar da müvafiq xəbər yayımlamışlar.

https://en.trend.az/azerbaijan/politics/3446662.html  

https://www.yeniavaz.com/az/news/172168/yuksek-vezifeye-teyin-olunan-ayten-rustemova-bakida-bu-universitetlerde-tehsil-alib 

 


 “Xəzər”in məzunu “AFB Bank”ın Müşahidə Şurasının üzvü təyin olunub

2021-ci il mayın 21-də fed.az, banker.az, aqreqator.az, marja.az və digər saytlar “AFB Bank”ın Səhmdarlarının Ümumi Yığıncağının iclasında qəbul edilmiş qərara əsasən Kərimov Famil Qalib oğlunun bankın Müşahidə Şurasının yeni üzvü təyin edilməsi haqqında xəbər yayımlamışlar.

Bankdan verilən məlumata görə, Kərimov Famil Qalib oğlu 1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Xəzər Universitetində “Maliyyə” ixtisası üzrə təhsil alıb.

O, 2005-2013-cü illər ərzində “KPMG Azerbaijan Limited” şirkətinin nümayəndəliyində, “Deloitte &Touche”, “Baker Tilly Azerbaijan” şirkətlərində audit ixtisası üzrə müxtəlif vəzifələr tutmuşdur. 2013-cü ildə “GRC Assurance and Advisory Services” şirkətində Daxili Audit və Nəzarət Praktikasının rəhbəri, 2015-ci ildən isə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən “Gilan İndustrial Group” şirkətində Baş direktorun müavini işləmişdir. Famil Kərimov” United Enterprises Azərbaycan” şirkətində və “AFB Bank”da tutduğu rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir.

https://fed.az/az/bank/kerimov-famil-afb-bankin-musahide-surasina-yeni-uzvu-teyin-olundu-107016 

 


“Xəzər”in məzunu yüksək vəzifəyə təyin olunub

2021-ci il mayın 19-da ölkə mətbuatı və saytları Xəzər Universitetinin məzunu Aybəniz İsmayılovanın Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə rəhbər təyin olunması haqqında xəbər yayımlamışlar.

Aybəniz İsmayılova 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1993-2000 illərdə Xəzər Universitetində "Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb, sonra isə "Beynəlxalq hüquq” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Mançester Universitetində "Beynəlxalq inkişaf” ixtisası üzrə magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.

A.İsmayılova 20 ilə yaxın BMT, USAİD və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyasəti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiqyaslı layihələrə maliyyə vəsaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nazərət edib.

2019-2021 ci illərdə keçmiş "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. O, Qarabağ mədəni irsinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda "Qarabağnamə” media proqramının müəllifi və aparıcısıdır.

Xəbərlər eyni məzmunda olduğuna görə bir linki təqdim edirik:

https://qaynarinfo.az/az/qaraba-dircelis-fonduna-yeni-sbe-mudiri-teyin-olundu/

 


 “Xəzər”in məzunu yeni vəzifəyə təyin olunub

Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin jurnalistika ixtisası üzrə məzunu Seyidov Elgün Sahib oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Seyidov 1987-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olub. Yeni vəzifəyə təyin olunanadək Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Bu barədə publika.az saytı xəbər yayıb:

https://publika.az/news/sosial/341231.html

 


“Xəzər”in məzunu yeni vəzifədə

Xəzər Universittinin məzunu Nərgiz Əliyeva Mərkəzi Bankda attestasiyadan müvəffəqiyyətlə keçərək, 10 Dekabr 2020-ci il tarixindən etibarən “AccessBank” QSC-nin Daxili audit departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Nərgiz Əliyeva Bakı Dövlət Universitetinin “Türk dili və ədəbiyyatı” fakültəsinin bakalavr dərəcəsini bitirib, sonra EGE Universitetində “Türk ədəbiyyatı” ixtisası üzrə magistr təhsili almışdır. Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə MBA proqramının məzunudur. O, öz peşə fəaliyyətinə “ACDI/VOCA Azərbaycan”da maliyyə meneceri vəzifəsi ilə başlamış, sonra 2007-ci ildən “Finca Bank Azərbaycan”da maliyyə nəzarətçisi olmuş, daha sonra Daxili nəzarət departamentinin meneceri vəzifəsinə yüksəlmişdir. 2017-ci ildən “Finca Bank Qırğızıstan”da Risklərin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Banker.az və digər xəbər saytları bu barədə xəbər yaymışlar:

https://banker.az/accessbankda-yeni-t%c9%99yinatlar-olub/

 


Xəzər Universitetinin məzunu haqqında məqalə mətbuatda yayınlandı

Xəzər Universiteti və UNİCEF-in birgə təşkilatçılığı ilə təşkil olunmuş “Potensial məktəb direktorları” kursunun məzunu, hazırda Səbail rayonu 163 saylı tam orta məktəbin direktoru kimi fəaliyyət göstərən Sevil Cavadova haqqında 525.az saytında geniş yazı dərc edilmişdir.

Məqaləni bu link vasitəsilə oxumaq olar:

 http://525.az/site/?name=xeber&news_id=149898 

 

  


Xəzər Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu 

Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin 2002-ci il məzunu Kamran Məcidov ASC “Xalq” Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. O, 2002-ci ildə Xəzər Universitetinin maliyyə və kredit ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2007-ci illərdə Xəzər Universitetinin Norvec Biznes Ali Məktəbi ilə razılaşmasına əsasən Norvec Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq,maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2007-2010-cu illərdə Xəzər Universitetinin İqtisadiyyat və menecement fakültəsində maliyyə menecmenti fənni üzrə mühazirələr oxumuşdur. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetində “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək, həmin universitetin məzunu statusunu qazanmışdır.

K.Məcidov 2002-ci ildən əmək fəaliyyətinə bank sektorunda başlayaraq, ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən “Xalq” Bankda müxtəlif vəzifələrdə, o cümlədən, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

Ailəlidir, iki övladı var. 

Daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar:

https://banco.az/az/news/kamran-mecidov-xalq-bankin-idare-heyetinin-sedri-teyin-edildi

https://fed.az/az/bank/xalq-bankin-idare-heyetine-yeni-sedr-teyin-edildi-86318

https://hergun.az/article/az/28624#new_base

 


palitranews.az saytında ”Xəzər”in məzunu haqqında məqalə

2019-cu il sentyabrın 17-də palitranews.az saytında Xəzər Universitetinin bakalavriat pilləsini hüquq ixtisası üzrə bitirmiş, Sibir Federal Universitində magistr pilləsi üzrə təhsil almış, hazırda Moskvada Consulting şirkətinin rəhbəri, "Biznes-Dialoq Media Mərkəzi”nin baş direktorunun Azərbaycan-Turkiyə üzrə müşaviri Səadət Qarayeva haqqında Fuad Hüseynzadənin məqaləsi dərc olunmuşdur. Məqaləni bu linkdə oxumaq olar:

http://palitranews.az/news.php?id=114027

 


Xəzər Universitetinin magistratura məzununa vəzifə verildi

2019-cu il sentyabrın 9-da olkənin bir sira xəbər saytları Xəzər Universitetinin magistratura məzunu Cəlalə Nəzəroğlunun "Libraff" kitab mağazaları şəbəkəsinə rəhbər təyin olunması haqqında xəbər yaymışlar.

Qeyd edək ki, Cəlalə Nəzəroğlu 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Xəzər Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində nitq mədəniyyəti müəllimi və Diksiya Akademiyası MMC-nin təsisçisi və rəhbəridir.

https://axar.az/news/hadise/404361.html

https://www.musavat.az/xeber/taninmis-jurnaliste-vezife-verildi-2-131845

https://www.aznews.az/news/society/237166.htm

 


Xəzər Universitetinin məzunu VTB İdarə heyətinin üzvü təyin edildi

VTB (Azərbaycan) Müşahidə Şurası bankın Korporativ biznes departamentinin direktoru, Xəzər Universitetinin beynəlxalq iqtisadi əlaqələr ixtisasının məzunu Yasin Cəlilovu bankın  idarə heyətinin üzvü təyin etmişdir.

Bu haqda daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar:

http://abc.az/ru/news/25236 

 

 


Xəzər Universitetinin daha bir məzunu yüksək vəzifədə

Xəbər verildiyi kimi, Rusiyanın “VTB” bankının Azərbaycandakı törəməsi olan “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinə yeni təyinatlar oldu. Xəzər Universitetinin məzunu Yasin Cəlilov 2019-cu ilin fevralında İdarə Heyətinə üzv seçildi.

Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar:

http://fins.az/bank/972791/tecrubeli-bankir-bank-vtb-azerbaycannin-rehberliyine-getirilib.html.

 


Xəzər Universitetinin məzunu yüksək dövlət vəzifəsinə təyin edildi

Son illərdə Azərbaycan Prezidenti tərəfindən həyatın müxtəlif sahələrində geniş islahatlar aparılır və bu prosesdə gənclərə böyük etimad göstərilir. Etimad göstərilənlər arasında xeyli sayda Xəzər Universitetinin məzunları da var.

Fevral ayının 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xəzər Universitetinin məzunu Elşən Salahov Xəzər Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bundan əvvəl Elşən Salahov həmin rayonda İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmişdir.

Salahov Elşən Rövşən oğlu 2000-ci ilin mart ayında Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsindən Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə məzun olmuşdur.

İnanırıq ki, Elşən Salahov “Xəzər”də əldə etdiyi təhsil, bilik və bacarığı, eləcə də sonrakı həyatında qazandığı təcrübə və təşkilatçılıq qabiliyyəti ilə təyin olunduğu bu yüksək dövlət vəzifəsində uğurla fəaliyyət göstərəcək, Azərbaycanın inkişafı yolunda ona göstərilən böyük etimadı layiqincə doğruldacaqdır.

Xəzər Universitetinin müəllim və tələbə heyəti adından Elşən Salahovu təbrik edir, şəxsi həyatında və fəaliyyətində uğurlar arzulayırıq.

 


Xəzər Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Zəkiyyə Mustafayeva AQTA-nın Aparat rəhbəri təyin edilmişdir.

Qeyd edək ki, Z.Mustafayeva Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi almışdır.

Daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:

http://qaynarinfo.az/az/qosqar-tehmezli-xanim-memura-yuksek-vezife-verdi/

http://qafqazxeber.az/2019/02/qida-təhlukəsizliyi-agentliyinə-aparat-rəhbəri-təyin-olunub/

http://www.avropa.info/az/post/305956.html

https://milletinsesi.info/article/az/122953

http://azfakt.com/d_vlet_agentliyinde_deyi_iklik_-_aparat_rehberi_teyin_olundu-69085-xeber.html

http://hafta.az/index2.php?m=yazi&id=230825

http://yenixeber.org/xeberler/67976-zekiyye-mustafayevaya-yuksek.html

https://tia.az/qosqar-təhməzli-xanim-məmura-yuksək-vəzifə-verdi/

https://sonxeber.az/120481/azerbaycanda-bu-qadina-yuksek-vezife-verildi-foto

https://anews.az/az/qida-tehlukesizliyi-agentliyine-aparat-rehberi-teyin-olunub/

http://www.islaminsesi.info/qida-tehlukesizliyi-agentliyine-aparat-rehberi-teyin-olunub--93940.html

https://report.az/sehiyye/qida-tehlukesizliyi-agentliyine-aparat-rehberi-teyin-olunub/

 


Xəzər Universitetinin məzunu nazirin müşaviri oldu

Xəzər Universiteti Humanitar və Sosial Elmlər fakültəsinin məzunu Mustafa Aslan oğlu Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin edilmişdir.

Daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:

http://azxeber.com/az/yeni-nazir-musaviri-kimdir-dosye/

http://palitranews.az/news.php?id=98783

https://big.az/341642-yeni_nazir_musaviri_kimdir_-_dosye.html

 


Xəzər Universitetinin məzununun müsahibəsi yayınlandı

2018-ci il oktyabrın 30-da “Palitra” qəzetinin rəsmi saytında Xəzər Universitetinin məzunu, hazırda İtaliyada PhD təhsili alan Emin Rüstəmovla müsahibə yayınlanmışdır.

Müsahibəni bu link vasitəsilə oxumaq olar:

http://palitranews.az/news.php?id=94360.

 


Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin məzunları dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirəcəklər

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsindən 2017/2018-ci tədris ilində məzun olmuş tələbələrin bir qismi təqaüdlü və təqaüdsüz təhsil proqramları ilə dünyanın müxtəlif ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunmuşlar. 

Həmin tələbələri təqdim edirik:

Nərmin Səlimova

Universitet: Grenoble Alpes Universiteti, Fransa

İxtisas: Kimya Mühəndisliyi (Nanoelm və Nanotexnologiyalar)

Təqaüdlü təhsil

 

 

Nəzrin Babaşova

Universitet: Linnaeus Universiteti, İsveç

İxtisas: Kimya Mühəndisliyi (Davamlı Enerji Prosesləri)

Təqaüdlü təhsil

 

 

 

Tərlan Həsənli

Universitet: Tartu Universiteti, Estoniya

İxtisas: Kompüter Mühəndisliyi

Təqaüdlü təhsil

 

 

Lətif Quliyev

Universitet: Eötvös Loránd Universiteti (ELTE), Macarıstan

İxtisas: Kompüter Elmləri

Təqaüdlü təhsil

 

 

Lamiyə Məmmədova

Universitet: City University of London, Böyük Britaniya

İxtisas: Kompüter Mühəndisliyi (Cyber Security)

Təqaüdlü təhsil

 

 

 

Adil Babayev

Universitet: Budapest University of Technology and Economics, Macarıstan

İxtisas: Elektronika (Transportation Engineering)

Təqaüdlü təhsil

 

 

Beydulla Zeynalov

Universitet: Óbuda Universiteti, Macarıstan

İxtisas: Kompüter Mühəndisliyi

Təqaüdlü təhsil

 

 

 

Sultan İsmayılov

Universitet: Ruhr University Bochum, Almaniya

İxtisas: İnşaat Mühəndisliyi (Hesablama Mühəndisliyi)

 

 

 

 

Nicat Əliyev

Universitet: Opole Universiteti, Polşa

İxtisas: İnşaat Mühəndisliyi (Construction Management)

Təqaüdlü təhsil

 

 

 

Arsham Sarshogh 

Universitet: Alberta Universiteti, Kanada

İxtisas: Kompüter Mühəndisliyi

 

 

 

 

 


Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin məzun və tələbələri ölkənin nüfuzlu şirkətlərində işlə təmin olundular

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin 2016-cı və 2018-ci illərin məzunları “Schlumberger” şirkətində işə qəbul olunmuşlar. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Aztelekom” MMC və “STP” (Sumqayıt Texnologiyalar Parkı) MMC-də “Yay təcrübə”sində olan tələbələrin bir qismi də proqramı uğurla başa çatdıraraq, işlə təmin olunmuşlar. 

Həmin məzunları və tələbələri təqdim edirik:

Ələvəz Qədimov

Elektronika və telekommunikasiya mühəndisliyi ixtisası

“Schlumberger” şirkəti

 

 

 

 

 

Əlikram Həsənli

Elektronika və telekommunikasiya mühəndisliyi ixtisası

“Schlumberger” şirkəti

 

 

 

 

Lalə Müslümzadə

Kimya mühəndisliyi ixtisası

“Schlumberger” şirkəti

 

 

 

Yusif Ələkbərli

Neft-qaz mühəndisliyi ixtisası

“Schlumberger” şirkəti

 

 

 

 

Rəşid Salmanov

Neft-qaz mühəndisliyi ixtisası (2016-cı il məzunu)

“Schlumberger” şirkəti

 

 

 

 

Sanar Qasımov

Kompüter mühəndisliyi ixtisası (4-cü kurs)

“Aztelekom” MMC

 

 

 

Milada Əliosmanova

Kompüter mühəndisliyi ixtisası (4-cü kurs)

“Aztelekom” MMC

 

 

 

Alış İsmayılzadə

Mexanika mühəndisliyi ixtisası (4-cü kurs)

“STP” MMC

 

 

 

 

 

 

Fidan Rüstəmova

Kimya mühəndisliyi ixtisası

Princeps Legem MMC

 

 

 

Xəzər Universitetinin məzunu Gürcüstanda keçirilən marafonun qalibi olub

2018-ci il avqustun 20-də aznews.az xəbər portalı Xəzər Universitetinin məzunu və keçmiş əməkdaşı Aygül İsayevanın Gürcüstanda keçirilmiş “Həyat üçün Qanadlar - Dünya Qaçışı” adlı marafonda uğur qazanması və bu münasibətlə Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ona təbrik məktubu göndərməsi haqqında geniş xəbər dərc etmişdir.

Xəbərdə göstərilir ki, Aygül İsayeva 2018-ci il iyunun 17-də Kvarelidə keçirilən və peşəkarların qatıldığı yarım marafonda 21,1 km məsafəni 1 saat 56 dəqiqəyə qət edərək, qadınlar arasında 3-cü yerə çıxıb. Qarşısına böyük məqsədlər qoyan həmyerlimiz Gürcüstanın Kazbeki dağlarında keçirilən tam marafonu (42 km) da uğurla sona çatdırıb.

Xəbərin tam mətnini bu linkdə oxumaq olar:

http://www.aznews.az/news/cemiyyet/182561.html#Kalibri

 


Xəzər Universitetinin məzunu müsahibə verdi

2018-ci il iyunun 8-də Banker.az saytında Xəzər Universitetinin, INSEAD-ın, Kembric Universitetin məzunu, Microsoft, BP və PwC London kimi şirkətlərin əməkdaşı olmuş Xəyalə xanım Elyazova ilə müsahibəni yayınlamışdır.

Müsahibəni bu link vasitəsilə oxumaq olar:

http://banker.az/həyat-və-karyeranizda-bir-secim-etdikdə-elə-bir-secim-edin-ki-sizə-butun-qapilari-aca-bilsin/.

 

 

 

 


“Kaspi” qəzetinin internet səhifəsində Xəzər Universitetinin məzunu ilə müsahibə dərc olunmuşdur

2018-ci il iyunun 1-də gündəlik ictimai-siyasi nəşr olan “Kaspi” qəzetinin internet səhifəsində Xəzər Universitetinin məzunu, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun baş müəllimi Rəşad İbadovla “Uğur hekayəsi” rubrikasında “Uğuru şəxsi keyfiyyətlər və qazandığın nailiyyətlər gətirir” sərlövhəli müsahibə dərc olunmuşdur. Müsahibənin müəllifi Aygün Əzizdir.

Müsahibəni bu linkdə oxumaq olar:

http://kaspi.az/az/uuru-sexsi-keyfiyyetler-ve-qazandiin-nailiyyetler-getirir-uur-hekayesi/#Kalibri

 

 


Xəzər Universitetinin məzunu İlahiyyat İnstitutuna rektor təyin olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli sərəncamı ilə Xəzər Universitetinin magistratura məzunu Ceyhun Məmmədov yeni yaradılmış İlahiyyat İnstitutunun ilk rektoru təyin edilmişdir.

C.Məmmədov 1991-1994-cü illərdə Suriyanın Dəvət və İrşad institutunda, 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi Universitetində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsini bitirib. 2000-2002-ci illərdə isə Azərbaycanda Xəzər Universitetinin magistraturasında təhsil alıb.

C.Məmmədov ilahiyyat üzrə fəlsəfə doktorudur və Azərbaycan Dillər Universitetində dərs deyir. 1 kitab, 20 elmi məqalənin müəllifidir.

2001-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif şöbələrdə çalışıb. 2015-ci ildən rektor təyin olunanadək Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsini tutub.

Aşağıdakı linklərdən də əlavə məlumat almaq olar:

http://qafqazinfo.az/news/detail/prezidentin-vezife-verdiyi-yeni-rektor-kimdir-220665

http://tehsil-press.az/index.php?newsid=29943#Kalibri

 


 Xəzər Universitetinin məzunu prorektor təyin olundu

Azərbaycanın media orqanlarının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Xəzər Univeritetinin məzunu Anar Yaşar oğlu Rzayev UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru təyin edilmişdir.

Daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar:

https://report.az/en/education-and-science/new-pro-rector-of-unec-appointed/

http://www.abc.az/en/news/9692

http://demokratikmusavat.com/article/en/62614-New+appointment+at+UNEC.html

https://en.trend.az/azerbaijan/society/2904042.html

 


ABB-nin departament rəhbəri yeni ekspert qrupuna rəhbərlik edəcək 

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılacaq “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” yeni Ekspert Qrupunun formalaşdırılması üzrə iclas keçirilib. 

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclasda Ekspert Qrupunun fəaliyyətinin əhatə edəcəyi sahələr, qarşısında duran məsələlər və onların həlli imkanlarından danışılıb. 

Qrupun fəaliyyəti əsasən aşağıdakı istiqamətləri əhatə edəcək:

– Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi;

– sözügedən bank məhsullarının təqdim edilməsində qarşıya çıxan və potensial problemlərin müzakirəsi;

 – Qeyd olunan sahədə beynəlxalq standartların tətbiq edilməsi imkanlarının araşdırılması və ölkədə bank fəaliyyətinin tənzimlənməsini həyata keçirən orqanlar tərəfindən normativ aktlarda dəyişikliklərin aparılması zamanı müvafiq təkliflərin verilməsi; 

– xarici banklarla əlaqələrin qurulması və genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi; 

– ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmuddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsi kimi məsələləri əhatə edəcəyi bildirilib. 

İclasın sonunda “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” yeni Ekspert Qrupunun yaradılması zərurəti və Qrupa sədr qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ biznes departamentinin direktoru – Yasin Cəlilovun namizədliyinin Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinə təklif edilməsi qərara alınıb. 

Qeyd edək ki, Yasin Cəlilov “Xəzər” Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 

Yasin Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan beynəlxalq bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini – Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-ci ildən hal-hazıradək Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışır. Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox ölkə daxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib. 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 


Xəzər Universitetinin məzunu xəbər saytına müsahibə verdi

2018-ci il fevralın 19-da Banko.az xəbər saytı Xəzər Universiteti Təhsil fakültəsinin məzunu Barat Əlizadə ilə “Gənc biznesmen: “İndi isə bütün böyük adamlar kimi vərdişlərimin quluyam!” başlıqlı müsahibənin mətnini yayınlamışdır.

Müsahibəni bu link vasitəsilə oxumaq olar:

http://banco.az/az/news/genc-biznesmen-indi-ise-butun-boyuk-adamlar-kimi-verdislerimin-quluyam.

 


Xəzər Universitetinin məzunu “Kaspi”yə müsahibə verdi

2018-ci il yanvarın 19-da “Kaspi” qəzetinin rəsmi internet səhifəsində Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsini jurnalistika ixtisası üzrə bitirmiş, hazırda “Astara” qəzetinin baş redaktoru kimi faəliyyət göstərən Fəridə Ağazadə ilə müsahibə yayınlamışdır.

Müsahibəni tam şəkildə bu link vasitəsilə oxumaq olar:

http://kaspi.az/az/85-yasli-qezetin-25-yasli-bas-redaktoru.

 


Xəzər Universitetinin məzunu AGF-in Baş katibi vəzifəsinə seçildi 

Xəbər verildiyi kimi, 2003-cü ildə Xəzər Universitetindən ingilis dili və ədəbiyyatı ixtisası üzrə magistr dərəcəsi almış Nurlana Məmmədzadə Azərbaycan Gimnastika Federasiyasının Baş katibi vəzifəsinə seçilmişdir.

Qeyd edək ki, N.Məmmədzadə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmışdır.

Bu linklər vasitəsilə daha geniş məlumat əldə etmək olar:

https://milletinsesi.info/index.php?view=article&id=36208&dil=az;

http://www.xezerxeber.az/idman/186069.html;

http://qlobal.az/mehriban-eliyevanin-rehberlik-etdiyi-qurumda-kadr-teyinati/;

http://www.dosye.org/ust-khaebaer-lenti/34576-mehriban-əliyevanın-rəhbərlik-etdiyi-qurumda-kadr-təyinatı.html;

http://istiqlal.az/news/46022.html;

http://www.1news.az/az/news/azerbaycan-gimnastika-federasiyasina-yeni-bas-katib-teyin-edilib;

http://youthportal.az/az/news/detail.php?ID=119209;

http://kaspi.az/az/azerbaycan-gimnastika-federasiyasina-yeni-bas-katib-secilib;

http://www.aznews.az/news/cemiyyet/159016.html;

https://millixeber.az/agf-ə-yeni-bas-katib-təyin-edildi/;

http://yenixeber.org/43124-agf-e-yeni-prezident-sechildi.html.

 


“Caspian European Club”a baş icraçı direktor təyin edilib

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club” sədrinin I müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, M.Abbasbəyli uzun illər “Caspian European Club”un hüquq komitəsinə, gömrük və vergilər komitəsinə rəhbərlik edib: “O, biznes problemlərinin tədqiqində, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış bütün təkliflərin hazırlanmasında fəal iştirak edib”. 

Xatırladaq ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində anadan olub. O, 2000-ci ildə “Xəzər Universiteti”ni bitirərək “Beynəlxalq hüquq” ixtisasına yiyələnib, 2001-ci ildə “Türk dili” ixtisası üzrə Egey Universitetini, 2003-cü ildə Ankara Universitetini “Özəl hüquq” ixtisası üzrə bitirib, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında dissertasiya müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 

Maliyyə sahəsi üzrə bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışmış M.Abbasbəyli hazırda “Beyli Group” MMC-yə rəhbərlik edir, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi çalışır. O, Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür, 50-dən artıq elmi işin, həmçinin 3 kitabın müəllifidir. 

Qeyd edək ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Prezident İlham Əliyevdir.

Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. 

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025