1995-ci ildən fəaliyyət göstərən Qərb dilləri departamenti 2004-cü ildən etibarən Müasir dillər və müqayisəli ədəbiyyat departamenti adlandırılmağa başlandı. Departamentin yaradılması təşəbbüsü Universitetin siyasi xətti ilə yanaşı, ictimai əhəmiyyəti və iki müxtəlif dildə səlis danışma qabiliyyətli yüksək səviyyəli mütəxəssis ehtiyacından irəli gəlirdi. Departamentdə müntəzəm olaraq Alman, Fransız, İspan, İtalyan və Rus dilləri təklif olunur.