THE FACULTY AND STAFF OF THE DEPARTMENT OF MUSIC AND FINE ARTS CONSISTS OF THE FOLLOWING MEMBERS

Məmmədova Xuraman Əbilhəsən qızı 1974 cü ildə Bakıda anadan olmuşdur.1989 ci ilde 172 sayli orta məktəbi bitirmiş və həmən ildə Əzim Əzimzadə adina Ressamlıq texnikumunun bədii tərtibatçı fakültəsinə qəbul olmuşdur.1993 cü ilde texnikumu bitirmiş və həmən ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Toxuculuq və yüngül sənaye mallarının bədii layihələşdirilməsi fakültəsinə qəbul olmuşdur.1998-2000 ci illərdə “Aysel” zərgərlik kicik müəssəsində müdir müavini vəzifəsində calışmışdır.1999-cu ildə Bakı Əyləncə mərkəzində zərgərlik işlərinin sərgisi keçirilmişdir.2007 ci ilde İnternational Gemological Institute-nun professional jewellery kursuna daxil olmuşdur.2005-2008 ci illərdə Birləşmiş Ərəb Əmirliyinin Dubai şəhərinde ‘Abilhasan Salmanov Jewellery’ sirkətində zərgər dizayner vəzifəsində çalışmışdır.O illərdə “ Diamonds Are Women Best Friend” ( Almazlar qadınların en yaxın rəfiqəsidir) adlı sərgisini keçirmişdir.Azərbaycanın böyük dramaturq-şairi Hüseyn Cavidin portretini ipək üzərində xırda muncuqlarla işləmişdir. Har hazırda muzeydə yerləşir.2013 cü ildə Park İn Hotelində ‘Ümid var’ fərdi xeyriyyə resm sərgisi keçirilmişdir.2014 ci ilde Abşeron rayon Qobu qəsəbəsinin Sənətkarlıq evində direktor vəzifəsində calışmışdir.