
“Xəzər”in doktorantının tədqiqat işi Türkiyədə çap edildi
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi, universitetin doktorantı Validə Kərimovanın “Possibility of Foreign Languages in the Education System of Azerbaijan: Analysis of the Best Foreign Language among Students’in Higher Private Educational Institutions” (“Azərbaycanın təhsil sistemində xarici dil imkanı: özəl ali təhsil müəssisələrində tələbələr arasında ən yaxşı xarici dilin təhlili”) adlı tədqiqat işi Türkiyənin Sakarya şəhərində TOJQIH (The Online Journal of Quality in Higher Education) jurnalının iyul buraxılışında çap edilmişdir. Qeyd edək ki, müəllif eyni adlı məruzə ilə 2016-cı il noyabrın 24-25-də Sakaryada keçirilən beynəlxalq konfransda (ICQH 2016) çıxış etmişdir. Validə Kərimovanın tədqiqat işi 2015-2016-cı tədris ili müddətində Xəzər Universiteti və Qafqaz Universitetinin (hazırki Bakı Mühəndislik Universiteti) 301 tələbəsi arasında ən yaxşı xarici dilin təhlili mövzusunda aparılmış və iki özəl universitet tələbələri arasında ən yaxşı xarici dilin hansı olduğunu, xarici dili bilmə səviyyələrini müəyyənləşdirmişdir.
“Fakültə"nin departament müdirinə dosent diplomu verildi
2017-ci il iyulun 18-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında diplomların təqdim olunması mərasimi keçirildi. Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadəyə də dosent diplomu verilmişdir.
Kozminski Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin Direktoru Xəzər Universitetində
2017-ci il iyulun 10-14-də, Kozminski Universitetinin (Polşa, Varşava) Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Valentina Guminska Xəzər Universitetində Erasmus+proqramı çərçivəsində mübadilə proqramında iştirak etdi.Mübadilənin əsas məqsədi Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin və universitetin bir sıra digər departament və şöbələrinin işi ilə yaxından tanış olmaq idi. Həmin müddət ərzində Valentina Guminska Xəzər Universitetinin rektoru Hassan Niknafs, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Karyera Mərkəzinin koordinatoru Fatma Ələkbərova, Biologiya departamentinin müdirii İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev və İngilis dili və ədəbiyyatı departamentinin müdir müavini Eynur Mehdiyev ilə görüşdü.Qonağı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı da qəbul etdi.Xəzər Universiteti ilə Kozminski Universiteti arasında Erasmus+ müqaviləsi 2015-ci ilin sonunda imzalanmışdır. O vaxtdan etibarən hər iki universitetin tələbə, akademik və inzibati heyəti mübadilədə iştirak etmişlər.
Humanitar və sosial elmlər fakültəsinin müəllimi fəlsəfə doktorluğu dissertasiyası müdafiə etdi
2017-ci il iyulun 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə şurasında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin müəllimi, Odlar Yurdu Universitetinin doktorantı Elmira Əliyevanın “Tematik proqressiya və diskursun yaranması (Azərbaycan və ingilis dili materialları əsasında)” mövzusunda professor Əfqan Abdullayevin elmi rəhbərliyi ilə yazdığı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi keçirilmişdir.
İclasa Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvüMöhsün Nağısoylu sədrlik etmişdir. İclasın sonunda Müdafiə şurası Elmira Əliyevaya filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında yekdil qərar qəbul etmişdir.
Elmi Şuranın cari dərs ilində son içlası keçirildi
2017-ci il iyulun 6-da Xəzər Universitetinin rektoru Hassan Niknafsın sədrliyi ilə universitet Elmi şurasının cari dərs ilində son iclası keçirildi. İclasın gündəliyinə əsasən rektor 2016-2017-ci tədris ilinin ümumi yekunları haqqında çıxış edərək, əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. O, həmçinin, ilin yekunlarına görə bir qrup əməkdaşın – Təmir-tikinti şöbəsinin işçisi Piri Piriyev, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Riyaziyyat departamentinin müəllimi Cavanşir Əzizov, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, İqtisadiyyat və menecment fakültəsi dekanının köməkçisi Samirə Mirzəyeva, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Lidiya Həmidova, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva və Azərbaycan dili və ədəbiyat departamentinin müdiri Vurğun Əyyubun təşəkkürnaməyə layiq görüldüyünü bildirdi və iştirak edənlərə təşəkkürnamələri təqdim etdi. Universitetin prorektoru Məhəmməd Nuriyev Məzunlarla iş üzrə mərkəzin direktoru Baba Bayramlının Elmi şuranın tərkibinə daxil edildiyi və şuranın elmi katibi təyin olunduğu haqqında məlumat verdi. Məzunluq haqqında fakültə dekanları Elza Səmədova, Cabir Xəlilov, Ceyhun Məmmədov və dekan müavini Vəfa Aslanovanın, dərs vəsaitlərinin və fənn proqramlarının çapa təqdim olunması haqqında Elmi Şuranın katibi Baba Bayramlının məlumatları dinlənildi və müvafiq qərarlar qəbul edildi. Elmi Şuranın iclasında universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, bir sıra məsələlərlə əlaqədar tövsiyələrini bildirdi. O, həmçinin, Direktorlar və Qəyyumlar Şurası sədrinin assistenti Sevda Salayevaya başqa işə keçməsi ilə əlaqədar uğurlar arzuladı və ona təşəkkürnamə təqdim etdi. Elmi Şuranın iclasında cari məsələlər də müzakirə olundu.
İngilis dili və ədəbiyyatı departamentində magistr müdafiəsi keçirildi
2017-ci il iyunun 20-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin magistr tələbələri Könül Mərdanova və Nuranə İsmayılovanın İngilis dili və ədəbiyyatı departamentində dissertasiya müdafiəsi keçirildi. Müdafiədə Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi İrina Orucova, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi İradə Səmədova, İngilis dili və ədəbiyyatı departamentinin müdir müavini Eynur Mehdiyev, Alt proqramlar üzrə koordinator Milana Abbasova, departamentin müəllimləri Cəmalə Məmmədova və Gülnar Abbasova iştirak etdilər. Müdafiə zamanı magistr tələbələr öz tədqiqat işləri haqqında ətraflı təqdimat etdilər və onlara verilən sualları cavablandırdılar. Hər iki tələbə müdafiəni uğurla edib magistr adına layiq görüldü.
Humanitar və sosial elmlər fakültəsinin əməkdaşının məqaləsi çap olundu
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Ədəbi-tənqidi mətndə estetik problematikanin fəaliyyətinin spesifikası” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının Sosial və humanitar elmlər bölməsinin 13-cü cildinin 2-cü buraxılışında çap edilmişdir. Məqalədə rus ədəbi tənqidində fəlsəfi-estetik problematikanın qismən məhz estetik problematika ilə uyğun gəlməsi, tənqidin əsas funksiyasını izahı, estetik problematikanın mətn reprezentasiyasının üsulları, konkret olaraq dahi şəxslərin və onların estetik doktrinalarının dərinliyi və konseptuallığına əsaslanan fikirlər geniş formada araşdırılmışdır. Məqalənin məqsədi ədəbi-tənqidin indi ümumiləşdirici funksiya daşıyıb, estetik problematıkanın nə qədər aşkar və məqsədyönlü olmasını təqdim etməkdir.
Mələk Kərimovanın məqaləsi çap olundu
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini Mələk Kərimovanın (doktorant) “İncəsənət terapiyası” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının Sosial və humanitar elmlər bölməsinin 13-cü cildinin 2-cü buraxılışında çap edilmişdir. Məqalədə incəsənətin psixologiyada necə əks olunmasından, incəsənət terapiyasının əsas məqsədindən, incəsənət terapiyasındakı vasitələrdən, incəsənət terapiyasının tarixi keçmişindən, incəsənət terapiyası sahəsində mütəxəssis hazırlığının zəruriliyindən bəhs edilmişdir.
Humanitar və sosial elmlər fakültəsinin əməkdaşının məqaləsi çap olundu
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “N.Çomskinin dil təliminin məziyyətləri. Dilin yaradıcı olması” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Azərbaycan Dillər Universitetinin “Elmi xəbərlər” jurnalının 2-ci cildinin 3-cü buraxılışında çap edilmişdir. Məqalədə N.Çomskinin dilçilik aləmində böyük əks-sədaya səbəb olmuş ideyaları, dilçilik elmində əvəzsiz görüşləri araşdırılmış, bu alimin elmi nəzəriyyəsinin dünya dilçiliyinə, eləcə də, fəlsəfə, məntiq, psixologiya kimi elm sahələrinə təsiri barədə müzakirə edilmişdir. Beləliklə, tədqiqat işinin qarşısında duran əsas vəzifə N.Çomskinin dilçilik görüşlərinin mahiyyətini açıb göstərməkdən ibarət olmuşdur.
Fakültə əməkdaşımızın məqaləsi çap olundu
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın (doktorant) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Bakı Dövlət Universitetinin Psixologiya jurnalının 1-ci buraxılışındaməqaləsi çap edilmişdir. Məqalədə uşaq və yeniyetmələrdə internet asılılığının təyini ilə əlaqədar testin Azərbaycan mühitinə uyğunlaşdırılması zərurəti və metodunun ətraflı şərhinə yer verilmişdir.
İngilis dili və ədəbiyyatı departamenti əməkdaşımızın məqaləsi çap olundu
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin Alt proqramlar üzrə koordinatoru Milana Abbasovanın (doktorant) “Anqlisizmlər Azərbaycan Kütləvi İnformasiya vasitələrində” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Azərbaycan Dillər Universitetinin “Azərbaycanda xarici dillər” jurnalının 2016 ci il 4-cü buraxılışında çap edilmişdir. Məqalədə qloballaşan ingilis dilindən, Azərbaycan kütləvi informasiya vasitələrinə anqlisizmin təsirindən, anqlisizmin əksər həyat sferalarında əsasən də kütləvi informasiya vasitələrindəki yerindən bəhs edilir. Tədqiqatın araşdırma obyekti “525-ci qəzet”dir.
Jurnalistika departamenti əməkdaşımızın doktorluq dissertasiyasının müzakirəsi keçirildi
2017-ci il mayın 19-da Xəzər Universitetinin əməkdaşı, AMEA Fəlsəfə İnstitutunun doktorantı Cabir Oruc oğlu Məmmədovun “Estetikada faciəvilik problemi” mövzusunda (İxtisas: 7211.01–Estetika) yazdığı fəlsəfə üzrə fəlsəfə doktorluğu dissertasiyasının ilkin müzakirəsi keçirildi. İclasa sədrliyi Fəlsəfə İnstitutunun direktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə edirdi.
Psixologiya departamentinin magistrları dissertasiya müdafiə etdilər
2017-ci il mayın 18-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsi Psixologiya departamentinin magistrları aşağıdakı mövzularda dissertasiya müdafiə etdilər: Günay Məmmədova – “Ağır psixi pozuntusu olan xəstələrin psixososial reabilitasiyasının qiymətləndirilməsi” (elmi rəhbər: tibb e.f.d. Fuad İsmayılov); Günel Məmmədova – “Natamam ailələrdə böyüyən yeniyetmələrdə şəxsiyyət pozuntuları problemi və onların reabilitasiya məsələləri” (elmi rəhbər: fəl.e.f.d. Eldar Shahgaldiyev); Tərlan Qənbərova – “Autizimli uşaqların valideynlərində rast gəlinən psixopotoloji xüsusiyyətlərin aşkarlanması və eksperimental tədqiqi” (elmi rəhbər: tibb e.ü.f.d. İkram Rüstəmov). Müdafiədə Şurasının sədri fəl.ü.f.d. Eldar Şahgəldiyev, üzvləri olaraq hüquq ü.f.d., dos. Cabir Xəlilov, AR-nın Ədliyyə Nazirliyi Penitensiar xidmətinin aparıcı psixoloqu, psixologiya ü.f.d. Ləman Verdiyeva, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, sosial fəlsəfə üzrə doktorant Mələk Kərimova, Tibb Universiteti psixiatriya kafedrasının assistenti, ATU-nun Tədris terapevtik klinikası Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzində aparıcı mütəxəssis tibb e.ü.f.d. İkram Rüstəmov və şuranın elmi katibi Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi, german dilləri üzrə doktorant Validə Kərimova iştirak etdilər.İşlər Müdafiə Şurası tərəfindən müsbət qiymətləndirildi.
Fakültə əməkdaşımız Ordu Universitetində çıxış etdi
2017-ci il mayın 11-də Türkiyənin Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova “Azərbaycan universitet tələbələrinin internet asılılığı və psixoloji simptomları arasında əlaqə” adlı tədqiqat işi ilə çıxış etdi. Tədqiqat işində universitet tələbələri arasında keçirilmiş və internet asılılığı ilə müxtəlif alt şkalalar (somatizasiya, obsesiya, depresiya, anksiyetə, fobiya, paranoya, psixotizm, şəxsiyyətlərarası kimi) arasında əlaqə araşdırılmışdır. Məruzə böyük maraq doğurdu və mədəniyyətlərarası tədqiqatların aparılması ilə əlaqədar təkliflər verildi.Sonda məruzəçi Mələk Kərimovaya sertifikat və məruzələrin çap edildiyi kitab verildi.Qeyd edək ki, mayın 11-dən 14-dək Türkiyənin Ordu şəhərində Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında 12 ölkədən 1254 tədqiqatçı iştirak edirdi.
Fakültə əməkdaşımız beynəlxalq konfransda çıxış etdi
2017-ci il mayın 13-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfransda “Sənətkarlar və onların şəxsi psixoloji xüsusiyyətləri” adlı tezis ilə çıxış etdi. Tədqiqatda incəsənət, incəsənət xadimlərinin şəxsi keyfiyyətləri, incəsənətin şəxsiyyətə və şəxsi keyfiyyətlərin də incəsənət əsərlərində əks olunmasına dair verilən milli nümunələr konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.Qeyd edək ki, mayın 11-dən 13-dək Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfrans keçirilirdi.Sonda məruzəçi Mələk Kərimovaya sertifikat verildi.
Universitet əməkdaşları Respublika Elmi-Praktiki konfransında çıxış etdilər
2017-ci il mayın 11-i və 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin birgə əməkdaşlığı ilə Azərbaycan Dillər Universitetinin yaranmasının 80 illiyinə həsr edilmiş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri İrina Orucova, Elmira Əliyeva, Zamirə Qurbanova (doktorant), Gülnaz Novruzzadə (doktorant), həmin departamentin minor proqramlar üzrə koordinatoru Milana Abbasova (doktorant) və Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimova (doktorant) konfransda iştirak etdilər. İrina Orucova “Обучение стилистическому приему сравнение на уроках художественного перевода (на материале рассказов Э.Хемингуэя)”, Elmira Əliyeva “Дискурс и коммуникативная компетенция”, Gülnaz Novruzzadə “Azərbaycan və ingilis dillərində inkarlıq kateqoriyası”, Milana Abbasova “Sosial şəbəkələrin tələbələrin ingiliscəsinə təsiri”, Validə Kərimova isə “Analyzing the features of Publicist style. Political metaphor in the media” adlı tezisləri ilə uğurlu məruzə etdilər.Konfransda əsas olaraq xarici dillərin öyrənilməsi, tədrisi və metodikasında yaranan problemlər müzakirə edildi, ingilis dilinin tədqiqində İKT-dən istifadə məsələləri, dil öyrənmə prosesində anlam konsepsiyası və bu kimi başqa məsələlər geniş müzakirə edildi. Konfransda, həmçinin, ADU-nun rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev, ADU-nun ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli də öz məruzələri ilə çıxış etdilər.Sonda iştirakçılara sertifikat və məruzələrin çap edildiyi kitab verildi.
Fakültənin Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı
2017-ci il mayın 10-da Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər kafedrası və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Günü ərəfəsində Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı keçirildi.Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamladı və universitetin beynəlxalq əməkdaşlığının önəmini vurğuladı.Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayındakı Brüssel səfərindən sonra Avropa Birliyi ilə Azərbaycanın ikitərəfli münasibətlərində irəliləyişin baş verdiyini və Yeni Hərtərəfli Saziş üzrə danışıqlar aparılacağını söylədi. O, məlumat verdi ki, danışıqlar üçün Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş ilkin sənədin layihəsi tərəflər arasında qarşılıqlı hörmət prinsiplərini əks etdirir. Denis Daniilidis Avropa Parlamenti və Milli Məclis arasındakı parlament əməkdaşlığının bərpa olunmasınını da nəzərə çatdırdı.Xarici İşlər Nazirliyinin Avropa Birliyi üzrə əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açdı. O, Cənub Qaz Dəhlizi üzrə irəliləyişləri vurğuladı. Saziş çərçivəsində sektorlar üzrə əməkdaşlıq üçün Əsas Vasitəçi vəzifəsinin icraçısı kimi Orxan Zeynalov məlumat verdi ki, ilk raundu 2017-ci il aprel ayının sonlarında Bakıda keçirilmiş danışıqlar konstruktiv xarakter daşımış və yeni sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün siyasi iradəni əks etdirmişdir.Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi üçün Avropa Birliyi tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdi. Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq layihələrində xüsusi fəallığını qeyd etdi. İxtisaslar üzrə dövlət standartlarının yenidən işlənib hazırlanması istiqamətində yeni ekspertlərin cəlb olunmasının nəzərdə tutulduğunu bildirdi.Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Avropa inteqrasiyasını əhatə edən fənlər və elmi işlər barədə iştirakçıları məlumatlandırdı. Qeyd olundu ki, Jan Monne Avropa Seminarlar Seriyası da daxil olmaqla öz sahələrində nüfuz qazanmış ekspert, alim, tədqiqatçı və professorlar tərəfindən Avropa Birliyi problemlərini Azərbaycan auditoriyası ilə müzakirə etmək üçün kafedra tərəfindən mütəmadi qaydada bir sıra tədbirlər silsiləsi təşkil olunur. Muxtar Hacızadə, Avropa Birliyi və Azərbaycan cəmiyyətləri arasında anlaşmanın təşviq olunmasının önəmini və bu istiqamətdə görülən işləri xüsusi vurğuladı. 2014-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası və Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin vacibliliyini qeyd etdi. O, Avropa Birliyinin Azərbaycanda öz nüfuzunu və sülhpərvər niyyətlərini sistematik şəkildə artırmağın əhəmiyyətini diqqətə çatdırdı. Təəssüflə qeyd olundu ki, Avropa Birliyinin qonşuluğundakı bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda Avropa resurs və informasiya mərkəzləri yoxdur. Muxtar Hacızadə daha çox təmaslara və keyfiyyətli kommunikasiyalara ehtiyac olduğunu xatırlatdı.Konfransdan sonra politologiya, beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Trans Adriatik Boru Xətti üzrə əməkdaşlığın gərgin müzakirə edildiyi “Avropa Birliyinin Nazirlər Şurasının simulyasiyası” təşkil olundu.
Türkiyə mətbuatı Xəzər Universitetində keçirilmiş konfransdan yazdı
Xəbər verildiyi kimi, 2017-ci il aprelin 22-23-də Xəzər Universitetində Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirilmişdi. Aprelin 29-da İstanbuldakı BİA Haber Merkezinin (BİAQAM) internet səhifəsində konfransda iştirak etmiş jurnalist Ayla Türksoyun konfrans haqqında məqaləsi dərc olunmuşdur.Məqaləni bu link vasitəsilə oxumaq olar: http://m.bianet.org/biamag/bilim/185976-hazar-in-soraginda
“Addım” qısametrajlı filminin təqdimat mərasimi oldu. Fakültə tələbələrimizin uğuru
2017-ci il aprelin 25-də Xəzər Universitetinin “Mərmər” zalında “Tormenta” Media Production-ın hazırladığı “Addım” qısametrajlı filminin təqdimat mərasimi keçirildi. Film intihar etməyin son addımlığından geri dönüşdən, həyatda tutunacaq yaxınlarının, gördüyün xeyirxah yaxşılıqların daim səninlə yanaşı addımlamasından bəhs edir. Filmin rejissoru Elçin İsmayıl və İmran Əsədovdur. Filmdə Humanitar və sosial elmlər fakültəsinin tərcümə ixtisası üzrə təhsil alan tələbələri Samir Quliyev və Dəyanət Dənyarov da rol almışlar. Təqdimat mərasiminin sonunda Xəzər Universitetinin İctimai əlaqələr və media şöbəsinin rəhbəri Əlövsət Əmirbəyli, universitetin fəlsəfə müəllimi Mail Yaqubov, ilahiyyatçı, din xadimi; “Mənəvi dünya” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyini təsisçisi və sədriHacı Şahin Həsənli, Psixoloji Mərkəzin rəhbəri psixoloq Aytən Ələkbərova və digərləri film haqqında olan təəssürat və görüşlərini izləyicilər ilə paylaşdılar.
Fakültəmizin Doktorantının növbəti məqaləsi çap olundu
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Diskursun tipoloji xüsusiyyətləri” (Typological characteristics of Discourse”) (ingiliscə) adlı elmi məqaləsi Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Azərbaycan Dillər Universitetinin “Elmi xəbərlər” jurnalının 2-ci buraxılışında çap edilmişdir. Məqalə diskursun müxtəlif növlərinin (qəzet, siyasi, hüquqi, bədii, akademik və ya elmi və s.) praqmatik və koqnitiv perspektivləri nöqteyi-nəzərdən ifadəsini araşdırır. Araşdırma bunu göstərir ki, dəlili olan asılılığın səbəbi diskursun (qəzet, siyasi, hüquqi, bədii, akademik və ya elmi və s.) əsas xarakterik cəhəti hesab edilir.
Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi
2017-cı il aprelin 22-si və 23-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.Aprelin 22-də konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 23-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə Omandan dəvət olunmuş Pr.Dr. Ali Kemal Tekin dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda İstanbul Bilgi Universitetində akademik fəaliyyət göstərən Dos. Dr. Aytən Zara, Sultan Qaboos Universitetinin Məktəbəqədər Uşaqların Təhsili kafedrasının müdiri, UNESKO-nun müşaviri Pr.Dr. Ali Kemal Tekin, Hasan Kalyoncu Universitetinin prorektoru, Qara Dəniz Texnik Universitetində akademik fəaliyyət göstərən Pr.Dr. Yaşar Özbay və Antalya Fərdi Terapiya Tibb Mərkəzində psixiatriya üzrə ekspert Pr.Dr. Burhanettin Kaya iştirak edirdilər. Dos. Dr. Aytən Zara konfransa 6 nəfərdən ibarət “World Human Relief” komandası ilə qatılmışdı. Bu komandanın üzvləri Dilan Bozdağ, Seher Tarhan, Esra Zırhlıoğlu, Tuğçe Merve Aytac, Narlı Yıldız, Kader Tarhan çıxış edərək, konfransı daha da zənginləşdirdilər.Konfransda uşaqlarda aqressiv, antisosial, emsional və asılı davranış pozuntularının səbəbləri və aradan qaldırılması yolları, pozitiv ailə inkişafı və dayanıqlılıq, uşaqlara qarşı cinsi təcavüz və istimar, travma və onunla əlaqədar pozuntulara EMDR metodundan istifadə edilməsi haqqında müzakirələr aparıldı.Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi.Konfrans iştirakçılarına Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.
HSE fakültəsi əməkdaşının məqaləsi Rusiyada nəşr edildi
Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant)“Развитие иностранных языков как способ общественной дипломатии” adlı elmi məqaləsi Rusiyanın Tatarıstan vilayətinin Kazan şəhərində “Общество с ограниченной ответственностью Издательство” nəşriyyat evinin “Молодой ученый” adlı elmi jurnalın 14-cü sayında çap edilmişdir.Çap edilmiş elmi tədqiqat işində müasir dövrdə xarici dillərin ünsiyyəti vasitəsi olmasından, dil və ünsiyyətdən, həmçinin dilin ünsiyyət vasitəsi olmasına aid sullara verilmiş geniş cavablardan və müasir dövrdə xarici dillərin hansı məqsədlə istifadə edilməsindən əhatəli bəhs edilmişdir.
HSE fakültəsi əməkdaşının məqaləsi Amerikada nəşr edildi
2017-ci ilin martında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Dil etikası: Linqvo psixologiya və psixolinqvistika. Dilin psixoloji problemlərlə təhlili” (ingiliscə) (“Language Ethıcs: Linguo Psychology And Psycholınguıstics; Analysis of The Language With Psychological Problems”) adlı məqaləsi Amerikanın “Science Publishing Group” nəşriyyat evinin “Psychology and Behavioral Sciences” adlı elmi jurnalında çap edilmişdir.Çap edilmiş elmi tədqiqat işinin əsas məqsədi psixolinqvistika məktəb və istiqamətləri haqqında qısa məlumat vermək, dilin yaranma mahiyyətini, fəaliyyət qanunauyğunluqlarını, prinsip və üsullarını üzə çıxarmaq, həmçinin insanların dili necə dərk etmələri və qavramaları və dili necə istehsal etmələri haqqında qısa və vacib məlumatları verməkdir. Məqalə psixologiya və linqvistika sahələrini əhatə edən əsas anlayışları təhlil edərək, birbaşa olaraq dil və nitq patalogiyasını, dil psixologiyasını, dilin öyrənilmə və davranışını və ya idrak elmini əhatə edir.
Fakültə əməkdaşının məqaləsi çap edildi
Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi Validə Kərimovanın (doktorant) “Ədəbi tənqiddə estetik nəzəriyyə (Ədəbi tənqiddə estetik meyarların təhlili)” (ingilis dilində) (“Aesthetic Theory in Literary Criticism (Analysıs of Aesthetic Criterion in Lıterary Crıtıque)” adlı elmi məqaləsi Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının “Sosial və humanitar elmlər bölməsi”nin 1-ci buraxılışında çap edilmişdir.Məqalədə ədəbi tənqiddə estetik nəzəriyyə, ədəbi tənqiddə estetik meyarın təhlili araşdırılmış, bu mövzuda aparılmış tədqiqatlar və məhşur alimlərim fikir və görüşləri də məqalədə yer almışdır.
Tələbəmiz Avropa çempionu oldu
2017-ci il fevralın 17-24-də Polşanın Lutsk şəhərində sanda idman növü üzrə Avropa kuboku uğrunda yarışlar keçirilmişdir. Humanitar və sosial elmlər fakültəsinin üçüncü kurs tələbəsi Firudin Həsənov (tərcümə ixtisası) həmin yarışlarda iştirak edərək, öz çəki dərəcəsində (85 kq) turnirin qalibi olmuşdur. Qeyd edək ki, bu, Firudinin növbəti qələbəsidir. O, beş dəfə Azərbaycan çempionu olmuş, 2013-cü ildə Bolqarıstanın Sofiya şəhərində keçirilmiş beynəlxalq turnirdə Avropa çempionu, 2015-ci ildə Bakıda təşkil olunmuş yarışlarda Avrasiya çempionu titullarını qazanmış, 2016-cı ildə Ukraynanın Xarkov şəhərində keçirilmiş dünya çempionatında ikinci yeri tutmuşdur.On yeddi ölkə idmançılarının qatıldığı Lutsk turnirində Azərbaycanı Firudindən başqa daha doqquz idmançı təmsil etmişdir. Onlar da vətənə qələbə ilə qayıtmışlar: altı idmançımız öz çəki dərəcələrində Avropa kubokunu qazanmış, üç idmançımız ikinci yeri tutmuşdur.Qalibləri təbrik edirik.
Fakültəmizin tələbələrindən ibarət “Panzer” komandası çempion oldu