MUSİQİ VƏ İNCƏSƏNƏT DEPARTAMENTİNİN PROFESSOR-MÜƏLLİM VƏ İŞÇİ HEYƏTİ AŞAĞIDAKI ÜZVLƏRDƏN İBARƏTDİR
Məhsəti Cabbarova Mirzəağa qızı 2 Avqust 1985-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildən-1999-cu ilədək orta məktəbdə oxumuşdur.Eyni zamanda 1999-cu ildən – 2004-cü ilədək S.Ələsgərov adına musiqi incəsənət məktəbində vokal üzrə təhsil almışdır.2004-cü ildə Bakı Musiqi Akademiyasının solo oxuma fakultəsinə daxil olmuşdur və 2008-ci ildə Akademiyanı bitirmişdir.
Azərbaycan dövlətində keçirilən “Qönçə 2004”,”Pöhrə”,”Rodniki duşı”,Qara Qarayev adına keçirilən vokalçılarınmusabiqəsində 1-ci yerlərə layiq görülmüşdür.
2006-cı ildə Qazaxıstan dövlətində keçirilən “Dədə Qorqud və Böyükn Səhranın musiqisi” adlı festivalda Azərbaycanı layiqli təmsil etmişdir.
2007-ci ildə Belarussiya Dövləti “Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibəti ilə keçirilən konsertdə çıxışlar edib.
2006-cı ildə Qazaxıstan dövlətində keçirilən “Dədə Qorqud və Böyükn Səhranın musiqisi” adlı festivalda Azərbaycanı layiqli təmsil etmişdir. Roman Azaflı rəhbərliyi altında “Qoca Qartal”ozan ansambılında fəaliyyət göstərib(1995-ci ildən)şO cümlədən ”Sing your song”2005, ”Azəri Star-2005”Televiziya estrada müsabiqəsində cıxış edib.
2008-ci ildə Türkiyədə,Qazaxıstanda,Kırğıstanda keçirilən Türksoy Prodakşının Ü.Hacıbəyovun “Koroğlu Operası ” əsəri üzrə keçirilən uluslar arası festivalda Azərbaycanı layiqli təmsil edib.
2009-cu ildə Ukrayna Dövlətində Zərifə Əliyeva adına parkın açılışında çıxışlar edib.
2010-cu ildə Firəngiz Əlizadəninbvə Nərgiz Paşayev “İntizar” operası ”Kumuşka” obrazını ifa etmişdir.
2010-cu ildən Opera Balet teatırına dəvət olunub və Operalarda iştirak edir.
2011-ci ildən Xəzər Universitetində Muəllim vəzifəsində çalışır.
2012-ci ildə “Arsenium” adlı Nərgiz Paşayev proyektində Səhnədə çıxışlar etmişdir.
2013-cü ildə sentyabrın 17-də UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir.
Azərbaycanın əməkdar incəsənət xadimi Əli Usubovun rejissorluğu, Azərbaycanın xalq artisti, professor Ağaverdi Paşayevin dirijorluğu və Qazaxıstanın Karakanda Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gəlmiş aktyorlar “Arşın mal alan” operettasını göstərmişlər. Onların çıxışı böyük maraqla qarşılanmışdır.
Tamaşada Asya rolunu beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Filarmoniyası xor kapellasının artisti, M. F. Axundov adına Opera və Balet Teatrının solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova ifa etmişdir. O, uğurlu çıxışına görə UNESCO-nun diplomu və TÜRKSOY-un təşəkkürnaməsi ilə təltif olunmuşdur.
Həmin tamaşa sentyabrın 13-də Qazaxıstanın paytaxtı Astana və Karakanda şəhərlərində də nümayiş etdirilmişdir.