MUSİQİ VƏ İNCƏSƏNƏT DEPARTAMENTİNİN PROFESSOR-MÜƏLLİM VƏ İŞÇİ HEYƏTİ AŞAĞIDAKI ÜZVLƏRDƏN İBARƏTDİR
Arif Babayev İmran 1938 ci ildə fevralın 20-də Ağdam şəhərində Sarıhacılı kəndində anadan olub.1962-1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.1966-ci ildə M.F.Axundov adına Opera və Balet Teatrına dəvət olunmuşdur.O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdudur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur.Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Seygah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.1978-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Artist” fəxri adına ,1988-ci ildə Azərbaycan Respublikasının “Xalq artist” fəxri adı ilə təltif olunmuşdur.1998-ci ildə fevral ayında Azərbaycan Respublikasının prezidenti tərədindən “Şöhrət Ordeni”,2008-ci ildə fevralın 19-da “İstiqlal ordeni” ilə təltif olunmuşdur.1992-ci ildə dosent,1996-ci ildə professor adı təsdiq olunmuşdur.2002- ci ildən Prezident təqaüdçüsüdür.2007-ci ildə“El atası”, 2010-ci ildə “Beynəlxalq qızıl çinar “ mükafatına layiq görülmüşdür.Dünyanın 60 ölkəsində qastrol səfərində ölkəmizi təmsil etmişdir.Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Xalq artisti Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetinin Musiqi və İncəsənət departamenitində müəllim vəzifəsində çalışır.