Bu səhifə qəbul tələbləri, seçim prosesi, seçim cədvəli, təqaüd imkanı və digər vacib məlumatları vermək üçün nəzərdə tutulub.
Sizə uyğun olan proqramı seçin
Xəzər Universiteti beynəlxalq tələbələrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil proqramları təklif edir. 2018-2019-cu tədris ili üçün təklif olunan proqramların siyahısını görmək və proqramınızı seçmək üçün uyğun Ərizə formasını yükləyin və ya Beynəlxalq Proqramlar linkinə klik edin.
Təqaüd İmkanları
Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramı heç bir məhdudiyyət olmadan bütün ölkələrin vətəndaşlarına açıqdır və bakalavr, magistratura və doktorantura səviyyələrini əhatə edir. Təqaüd haqqında ətraflı məlumat almaq üçün bura klik edin.
Ərizə Formalarını yükləyin:
Ümumi qəbul və KUISP üçün ərizə formaları
Bachelor Application for Admission 2018
Master Application for Admission 2018
PhD Application for Admission 2018
Scholarship Application Form 2018-2019
Qəbul cədvəli, seçim prosesi və müraciət tarixi
Son müraciət tarixi 17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Bazar, 15 Aprel, 2018-ci ildir.
Xəzər Universitetində seçim prosesi üç (3) mərhələdən: ərizələrə ilkin baxış, onların nəzərdən keçirilməsi və yarı finalçıların müsahibəsindən ibarətdir.
Tarix |
Fəaliyyət |
Dekabr, 2017 |
Qəbul açılır |
17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Bazar, 15 Aprel, 2018-ci il |
Qəbul üçün son tarix |
Aprel – May, 2018 |
Seçim prosesi |
İyunun ortası, 2018 |
Nəticələr haqqında bildiriş |
İyul – Avqust, 2018 |
Vizaya müraciət / Tələbə vizalarının əldə olunması |
10 Sentyabr, 2018 |
Tələbələrin ölkəyə daxil olması üçün son gün |
Ərizənizi təqdim edin
Ərizələr digər tələb olunan sənədlərlə birlikdə birbaşa Beynəlxalq Əlaqələr Ofisinə təqdim olunur və elektron şəkildə international@khazar.org ünvanına və ya poçt vasitəsilə göndərilə bilər. Ərizə formasını təqdim etməmişdən əvvəl seçdiyiniz təhsil səviyyəsi üzrə tələblər siyahısını nəzərdən keçirin.Tamamlanmamış və gecikən ərizələr nəzərə alınmayacaq.
VACİB MƏLUMAT: Başqa dildə olan bütün sənədlər rəsmi tərcümə xidməti və ya universitetiniz tərəfindən ingilis dilinə tərcümə olunmalıdır.
Qəbul tələbləri
Bakalavr Qəbul Tələbləri
Əlavə:
Magistratura Qəbul Tələbləri
Əlavə:
Doktorantura Qəbul Tələbləri